Qarabağın musiqi məclisləri http://garabagh.net/uploads/musiqi-meclisi.jpg Azərbaycan xalqı qədim və zəngin musiqi xəzinəsinə malikdir. Qədim musiqimiz haqqında ilkin məlumatlar Qobustan (e.ə XVII-III minilliklər) və Gəmiqaya (e.ə III-I minilliklər) qayaüstü rəsmlərində öz əksini tapmışdır. Bundan başqa “Kitabi Dədə Qorqud” və “Koroğlu” dastanlarında, eyni zamanda Nizami, Füzuli, Əbülqadir Marağayi və Mir Möhsün Nəvvabın əsərlərində zəngin musiqi sənətimiz haqqında geniş məlumat

Bu konu 1778 kez görüntülendi 0 yorum aldı ...
Qarabağın musiqi məclisləri 1778 Reviews

    Konuyu değerlendir: Qarabağın musiqi məclisləri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1778 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Qarabağın musiqi məclisləri

    Qarabağın musiqi məclisləri




    Azərbaycan xalqı qədim və zəngin musiqi xəzinəsinə malikdir. Qədim musiqimiz haqqında ilkin məlumatlar Qobustan (e.ə XVII-III minilliklər) və Gəmiqaya (e.ə III-I minilliklər) qayaüstü rəsmlərində öz əksini tapmışdır. Bundan başqa “Kitabi Dədə Qorqud” və “Koroğlu” dastanlarında, eyni zamanda Nizami, Füzuli, Əbülqadir Marağayi və Mir Möhsün Nəvvabın əsərlərində zəngin musiqi sənətimiz haqqında geniş məlumat verilir.
    XIX yüzilliyin axırlarından etibarən Azərbaycanın bir sıra şəhərlərində musiqi məclisləri, cəmiyyətlər, dərnəklər təşkil edilmişdir ki, bu da musiqimizin inkişafına böyük təkan olmuşdur. XIX əsrin 80-ci illərində M.M.Nəvvab və Hacı Hüsnü tərəfindən “Musiqiçilər məclisi” təşkil olunmuşdu ki, bu məclisdə muğam sənəti müzakirə olunurdu. Məşədi Cəmil Əmirov, İ.Abdullayev, S.Şuşinski, Sadıqcan kimi tanınmış incəsənət nümayəndələri bu məclisin iştirakçıları idilər.
    Qeyd edilidiyi kimi, xanəndəlik sənətinin inkişafında mühüm rol oynamış amillərdən biri də XIX əsrin ikinci yarısında Azərbaycanda təşkil olunmuş ədəbi musiqi məclisləri idi. Məşhur musiqişünas Xarrat Qulunun ölümündən sonra Kor Xəlifə adlı birisi Şuşada musiqi məktəbi açmışdı. O, tələbələrə muğam oxumağı, tar və kamança çalmağı öyrədirdi. Kor Xəlifənin məktəbi bir çox musiqiçi yetişdirmişdir. Kor Xəlifənin ölümündən sonra məktəb bağlansa da, bu dövrdə Azərbaycanın bir sıra şəhərlərində musiqişünaslar məclisi və krujoklar (dərnəklər), musiqi sənətinə dair maraqlı söhbətlər olurdu. Şuşada “Nəvvabın məclisi”, Şamaxıda “Mahmud ağanın krujoku”, Bakıda isə “Məşədi Məlik Mənsurovun salonu” əsl musiqi məktəbinə çevrilmişdi. Burada Şərq musiqisinin incəliklərinə dərindən bələd olan görkəmli musiqişünaslar xanəndələrin düzgün oxumasına və ustalığına xüsusi qayğı göstərirdilər. Musiqi məclislərində “Şur”, “Rast”, “Mahur”, “Çahargah”, “Bayatı-İsfahan” muğamlarının oxunması iki, bəzən də üç saat çəkərdi.

    Maraqlı budur ki, məclislərdə bütün muğamları düzgün və tamam dəstgah oxumağı öyrənən xanəndələr hər hansı bir muğamı daha kamil öyrənər, ixtisaslaşmağa çalışardılar. Hacı Hüsü “Zəmin-xarə” və “Şüştər”i, Məşədi Isi “Mahur”u, Bülbülcan “Hasar-müxalif”i, Mirzə Məhəmmədhəsən “Mənsuriyyə”ni, Qasım Abdullayev “Zabul”u, Malıbəyli Həmid “Rast”ı, İslam Abdullayev “Yetim Segahı”nı, şəkili Ələsgər “Şur”u, Seyid Mirbabayev “Simayi-Şəms”i, Cabbar Qaryağdı oğlu “Heyratı”nı, Keçəçi oğlu Məhəmməd “Bayatı-Qacar”ı bütün muğamlardan yaxşı oxuyardılar.
    Musiqi məclisləri xalq musiqisinin milli ruhunu, eyni zamanda musiqi dilini yabançı meyllərdən təmizləmiş, muğamatın orijinallığını mühafizə edərək onların assimilyasiya olunma təhlükəsinə qarşı kəskin müqavimət göstərmişdir. Bu məclislər ziyafətlərdən, toy şənliklərindən fərqlənmişlər. Burada şeir, musiqi və sənətin estetik problemləri ətraflı müzakirə olunurdu. Bu musiqi məclislərindən “Şuşa məclisi” xüsusi şöhrət qazanmışdı. Çünki Şuşada Azərbaycanın başqa yerlərinə nisbətən musiqiçilər, rəqqaslar daha çox idi. Təsadüfi deyil ki, xalq şairi Səməd Vurğun yazmışdır: “Şuşanı əbəs yerə musiqi və poeziyanın beşiyi adlandırmırlar, demək olar ki, Azərbaycanın bütün məşhur səs və musiqi ifaçıları Şuşada doğulmuşdur...”
    Şuşanın musiqi mərkəzi kimi məşhur olmasının səbəblərindən biri, şübhəsiz ki, onun saf havası, sərin bulaqları, səfalı meşələri, təkrarolunmaz seyrəngahları, bir sözlə, füsunkar təbiətidir. Sağlamlıq ocağı kimi tanınmış Şuşada hələ XIX əsrin axırlarında həyat qaynayardı: hər il yay aylarında Qafqazın, Yaxın Şərqin və Orta Asiyanın hər yerindən buraya şairlər, dramaturqlar, bəstəkarlar, artistlər və musiqiçilər, həm də Rusiyada və Qərbi Avropada, ali məktəblərdə oxuyan azərbaycanlı tələbələr toplaşaraq teatr tamaşaları göstərir, musiqi məclislərində iştirak edirdilər. Hər xanəndə öz dəstəsi ilə Şuşanın “Yay klubu”nda, səfalı seyrangahlarında, sərin bulaqlarının başında qurulan məclislərdə dinləyicilər qarşısında çıxış edərək Şərq musiqisindən qəribə hekayətlər söylərdilər. Hər evdən, hər həyətdən, hər ağac kölgəsindən tar, kaman, ney, qarmon səsi ucalırdı.

    Şuşa Qafqazın konservatoriyası, həm də vokal məktəbi kimi də bütün Yaxın və Orta şərqdə məşhur idi. “Italiya vokal məktəbi” Avropa musiqi tarixində hansı mövqeyi tutursa, “Şuşa vokal məktəbi” də Şərq musiqi tarixində eyni mövqeyi tutur. Təsadüfi deyildir ki, vaxtilə Şuşanı “Qafqazın İtaliyası” adlandırmışlar.
    Görkəmli yazıçı Ə.B.Haqverdiyevin qeyd etdiyi kimi, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəlləri Qafqazın harasına getsəydin, orada musiqiçinin - ifaçının, oxuyanın qarabağlı olduğunu görərdin. Bakı, Şəki, Şamaxı, Aşqabad, Tehran, hətta Istanbul şəhərlərinin toy məclislərinə sazəndə dəstəsini çox vaxt məhz Şuşadan dəvət edərdilər. Qarabağ xanəndələri öz gözəl səsləri, mahir sənətləri ilə İran, Türk müğənnilərini həmişə kölgədə qoymuşlar. Qarabağ xanəndələri Şamaxı, Bakı musiqi məclislərinin üzvləri arasında da xüsusi bir hörmət və ehtirama malik idilər.
    Bu xanəndələr o zaman musiqi sahəsində çalışan bütün digər sənətkarlara istiqamət verirdilər. Müxtəlif yerlərdən xanəndə və tarzənlər Şuşaya gəlib Qarabağ musiqiçiləri üçün çalıb-oxuyar, onlardan göstəriş və qiymət almağa can atardılar. Onlar muğam mülkünün sultanları olan Hacı Hüsünün, Sadıqcanın, Mirzə Muxtarın necə qiymət verəcəyini səbirsizliklə gözləyərdilər...
    Beləliklə, Şuşa musiqi məclisi milli musiqi xadimlərinin yetişməsində müstəsna rol oynamış və Azərbaycan musiqisinin inkişafına təkan vermişdir. Məşhur rus şairi Sergey Yesenin məktublarının birində şuşalıların gözəl səsə malik olmalarına işarə edərək yazırdı: “Əgər biri oxumağı bacarmırsa, deməli, şuşalı deyildir”.

    Beləliklə, Şuşa şəhəri XIX əsrin sonunda musiqi mərkəzinə çevrilmişdi. Burada 70-ə qədər sazəndə fəaliyyət göstərirdi. Şuşada musiqi məktəbinin yaradıcısı məşhur musiqişünas Xarrat Qulu Məhəmməd oğlu (1823-1883) idi.
    Şuşa musiqi məclisinin rəhbəri olan Mir Möhsün Nəvvab XIX əsrin ən mahir musiqişünaslarından biri olmuşdur. Nəvvab əhalinin maariflənməsi, mədəni inkişafı uğrunda ciddi çalışmışdır. O, Şuşanın musiqi mərkəzinə çevrilməsinə xüsusi qayğı göstərirdi. Nəvvab böyük xanəndə Hacı Hüsünün yaxından iştirakı ilə “Xanəndələr məclisi” təşkil etmişdi. Onun musiqi məclisi Xarrat Qulunun musiqi məclisindən və Xurşidbanu Natəvanın “Məclisi-üns”ündən (dostluq məclisindən) sonra şəhərin mədəni həyatında müstəsna rol oynamışdır. Nəvvabın musiqi məclisindən sonra, Şuşada Molla Ibrahimin musiqi məktəbi yaranmışdı. Bu məktəbdə bir çox musiqiçilər dərs almışlar. Məşhur sənətkarımız Bülbül də ilk təhsilini bu məktəbdə almışdır.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Qarabağın musiqi məclisləri

          Kategori: Azerbaycan Müzik Adamları

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1778

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş