http://www.felsefedunyasi.org/img/pics/large/26_uh7ey8pc2n.jpg Şərq ruhunun Qərb həyatı. Aida İmanquliyeva yaradıcılığının izi ilə - Səlahəddin Xəlilov Redaktor: prof. Nərgiz Paşayeva Bakı, Şərq-Qərb, 2009, 380 s. Reliz / Релиз: felsefedunyasi.org Məzmun / Описaние: Kitab Azarbaycanda Şərq-Qərb proble*mati*ka*sının sistemli tədqiqinin əsasını qoymuş görkəmli şərq*şünas alim Aida İmanquliyevanın yaradıcılığına həsr olunmuşdur. Bu*ra*da həmçinin Aida xanım tərəfindən Azərbaycan

Bu konu 2580 kez görüntülendi 1 yorum aldı ...
Şərq ruhunun Qərb həyatı - Səlahəddin Xəlilov 2580 Reviews

    Konuyu değerlendir: Şərq ruhunun Qərb həyatı - Səlahəddin Xəlilov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2580 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Şərq ruhunun Qərb həyatı - Səlahəddin Xəlilov



    Şərq ruhunun Qərb həyatı. Aida İmanquliyeva yaradıcılığının izi ilə - Səlahəddin Xəlilov
    Redaktor: prof. Nərgiz Paşayeva
    Bakı, Şərq-Qərb, 2009, 380 s.
    Reliz / Релиз: felsefedunyasi.org

    Məzmun / Описaние: Kitab Azarbaycanda Şərq-Qərb proble*mati*ka*sının sistemli tədqiqinin əsasını qoymuş görkəmli şərq*şünas alim Aida İmanquliyevanın yaradıcılığına həsr olunmuşdur. Bu*ra*da həmçinin Aida xanım tərəfindən Azərbaycan oxucularına təqdim olun*muş məşhur romantic şairlər : Şərqdə - C.X.Cübran, Ə. ər-Reyhani və M.Nü*aymanin, Qərbdə - U.Bleyk, C.Bayron, R.Emerson, U.Uitmenin ideya dün*yası işıqlandırılır, onların poetic yaradıcılığında tərənnüm olunan Şəqr ilə Qərb arasında vəhdət ideyası hərtərəfli şəkildə şərh olunur.

    Kitab Şərq-Qərb düşüncə tərzləri, sivilizasiyaların dialoqu, ədəbi əla*qə*lər və romantic poeziya problemləri ilə maraqlanan tədqiqatçılar, habelə geniş oxucu kütləsi üçün üçün nəzərdə tutulmuşdur.




    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Şərq ruhunun Qərb həyatı - Səlahəddin Xəlilov

          Kategori: Azerbaycan Müzik Adamları

          Konuyu Baslatan: Emine

          Cevaplar: 1

          Görüntüleme: 2580


  2. #2
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Cevap: Şərq ruhunun Qərb həyatı - Səlahəddin Xəlilov



    Aida Nəsir qızı İmanquliyeva — şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1987).

    Birinci xanım Mehriban Əliyevanın anasıdır.
    Nəsir İmanquliyevin qızıdır.


    Həyatı

    Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Burada 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil almışdır (1957-1962). Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib (1966), Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi (1966-1976), ərəb filologiyası şöbəsinin müdiri (1976-1988), elmi işlər üzrə direktor müavini (1988-1991), həmin institutda direktor vəzifəsində çalışmışdır (1991-ci ildən).

    Elmi fəaliyyəti

    "Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı" adlı ilk mətbu məqaləsi "Azərbaycan" jurnalında (1964, N 12) dərc olunmuşdur. O, Livan yazıçısı M.Nüaymənin bir neçə hekayəsini ərəb dilindən ruscaya çevirib "Vostoçnı almanax"da (Moskva, 1979, VU buraxılış) çap etdirmişdir. Müasir ərəb ədəbiyyatının aktual problemləri və rus-ərəb ədəbi əlaqələri haqqında məqalələri dövri mətbuatda - toplularda və elmi-kütləvi məcmuələrdə müntəzəm çap olunmuşdur.

    Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru olmuşdur (1971-1973-1979-1981). "Şərq şairləri Lenin və Sovetlər ölkəsi haqqında" (1970), "Böyük Oktyabr və Şərq xalqlarının milli azadlıq mübarizəsi" (1977), "Sovet Azərbaycanı və xarici Şərq" (1980), "Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi" (1982), "Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri" (1985), "Şərq filologiyası məsələləri" (1986-1987), "Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə" (1987), "Xarici Şərqin problemləri: tarix və müasirlik" (1988), "Şərq ədəbiyyatında ənənə və novatorluq" (1988) məqalələr məcmuələrinin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olmuşdur. İctimai işlərdə fəal çalışmışdır.

    Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü (1987) və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olmuşdur (1983-cü ildən). Moskva, Bakı, Düşənbə, Hamburq (ADR) şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.

    1992-ci il sentyabrın 19-da Bakıda vəfat etmişdir.

    Əsərləri

    "Ассоциaция перa" и Михaил Нюйме, M.: Нaуka, 1975, 145 səh.
    Cübran Xəlil Cübran (həyatı və yaradıcılığı), Bakı: Elm, 1975, 71 səh.
    Корифеи новоaрaбсkой литерaтуры, Bakı: Elm, 1991, 324 səh.
    Cübran Xəlil Cübran, Bakı: Elm, 2002, 120 səh.
    "Qələmlər birliyi" və Mixail Nüaymə, Bakı: Elm, 2002, 180 səh.
    Yeni ərəb ədəbiyyatının korifeyləri, Bakı: Elm, 2003, 400 səh.

    Tərcümələri (ərəbcədən)

    İnsan və quş (hekayələr), Bakı: Azərnəşr, 1974, 118 səh.
    Ağ günlərin sorağında (İraq ədəbiyyatından nümunələr), Bakı: Yazıçı, 1983, 137 səh.

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş