Bahalı şokolad qutusu (Hekayə) http://www.educult.az/images/stories/news/H.jpgə, əzizlərim, sizə bahalı bir şokolad qutusunun başına gələn qəribə əhva*latı danışacağam. O bayram münasibəti ilə şirniyyat fabrikində doldurulmuş ən gözəl, ən bahalı şokolad qutularından biriydi. Balaca, qəşəng bir qızın ad gününə alıb gətirmişdilər... Qonaqlar hələ dağılışmamışdılar. Ad günü keçirilən balaca, qəşəng qız gözdən oğurlanıb hədiyyələr olan otağa keçdi. Cürbəcür şokolad, konfet qutularının

Bu konu 2406 kez görüntülendi 0 yorum aldı ...
Bahalı şokolad qutusu 5,00 2406 Reviews

    Konuyu değerlendir: Bahalı şokolad qutusu

    5 üzerinden 5,00 | Toplam: 1 kişi oyladı ve 2406 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Bahalı şokolad qutusu

    Bahalı şokolad qutusu

    (Hekayə)



    ə, əzizlərim, sizə bahalı bir şokolad qutusunun başına gələn qəribə əhva*latı danışacağam. O bayram münasibəti ilə şirniyyat fabrikində doldurulmuş ən gözəl, ən bahalı şokolad qutularından biriydi. Balaca, qəşəng bir qızın ad gününə alıb gətirmişdilər...

    Qonaqlar hələ dağılışmamışdılar. Ad günü keçirilən balaca, qəşəng qız gözdən oğurlanıb hədiyyələr olan otağa keçdi. Cürbəcür şokolad, konfet qutularının arasında bahalı şokolad qutusu nəzərini daha artıq cəlb etdi. Tez qapağını açdı. İçindəki şokoladlardan birini götürüb yedi. Çox dadlı, ləzzətliydi...

    Qız elə bildi ki, şokolad qutusunu görən kimi ata-anasının da ağzının suyu axacaq. Amma valideynləri qızın hərəkətini bəyənmədilər. Onlar tamam başqa fikirdəydilər. Anası bahalı şokolad qutusunu tərifləyə-tərifləyə dedi:

    - Bir məclisin yaraşığıdı. Dost-tanışa pay apararıq, üzümüzü ağardar...

    Atası qutunu o tərəf-bu tərəfinə çevirdi, altına baxdı. Saxlama müddəti yazılmış yazı yaxşı oxunmurdu.

    - Bəlkə köhnədi, - dedi, - çox saxlamaq olmaz?..

    - Filankəslər bizə köhnə şokolad gətirməzlər, - anası dedi.

    Sonra qutunun içindəkilər tərpənib səs-küy salmasın deyə nisbətən ucuz şokoladlardan bir dənəsini qızın yediyi bahalı şokoladın yerinə qoydular. Ağzını əvvəlki kimi səliqə ilə yapışdırdılar. Açıldığı qətiyyən bilinmirdi...

    Günlərin bir günü bahalı şokolad qutusunu təzə mənzilə köçmüş dostlarının evgörməsinə apardılar...

    Bax, elə həmin gündən də bahalı, qəşəng şokolad qutusunun qara günləri başlandı. Ev-ev gəzir, əldən-ələ keçirdi. Hər dəfə də gözləyirdi ki, ucuz konfet qutuları kimi onun da ağzını açacaq, içindəki dadlı şokoladları ləzzətlə yeyəcəklər. Lakin bahalı olduğuna görə heç kəsin buna əli gəlmirdi. Ötür-ötürə salmışdılar. Təkcə ona bükülən qəzet və kağızlar, torbalar dəyişirdi...

    Artıq soyuducuların da köməyi dəymirdi. Şokoladlar yavaş-yavaş keyfiyyətini itirib qurtlamağa başlamışdı. Bahalı şokolad qutusu indi onu evdən-evə ötürən, hər şeydən xəbərsiz adamların əvəzinə xəcalət çəkirdi. Onların üzünü ağarda-ağarda özü üzüqara olmuşdu...

    İş elə gətirdi ki, bahalı şokolad qutusu tamam başqa bir rayona, başqa bir şəhərə səyahətə çıxdı. Amma onu oralarda da dinc dayanmağa qoymadılar...

    Bahalı şokolad qutusu hərlənib-fırlanıb günlərin bir günü təzədən geri qa*yıtdı. Əvvəlki rayona. Hətta əvvəlki evə...

    O vaxtdan düz bir il keçmişdi. Balaca, qəşəng qız bir yaş böyümüşdü. Bahalı şokolad qutusu saysız-hesabsız evlər, müxtəlif markalı soyuducular gəzmiş və yenidən həmin qəşəng qızın ad gününə gəlmişdi...

    Qız bahalı şokolad qutusunu görən kimi tanıdı. Qaçıb anasına dedi:

    - Ana, xəbərin var, bizim şokolad qutusu qayıdıb!..

    Valideynləri bu işə mat qaldılar. Nəhayət, qutunu açdılar. Təəccüblü idi, qurtlar bahalı şokoladların hamısını gəmirib yemiş, bircə sonradan qoyulmuş ucuz şokolada dəyməmişdilər. Demə, onlar da ağızlarının dadını bilirmiş...


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Bahalı şokolad qutusu

          Kategori: Kısa Hikayeler

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 2406

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş