PDA

Orijinalini görmek için tıklayınız : Hacıbaba Hüseynov....



S€®C€
28.01.09, 15:32
[Sadece Kayıtlı Kullanıcılar Linkleri Görebilir]

Ne qeder qeribe olsa da, Azerbaycanın XX yüzilin son onilliklerindeki en bilgin ve bişkin muğam ustalarından olan Hacıbaba Hüseynov musiqimizin esas mebedlerinden sayılan Müslüm Maqomayev adına Dövlet filarmoniyasının sehnesine ilk defe1989-cu ilde - 70 yaşı tamam olarken çıxdı.

Layiq olduğu esl şöhretlere ve diqqetlere de böyük senetkar ele hemin yuvarlaq ildönümünden sonra çatdı. Qısa zaman içinde emekdar ve xalq artisti fexri adlarına layiq görüldü, ömründe Azer-baycandan qırağa çıxmamış senetçi İranda, İraqda, Fransada konsertler verdi, oxuları yazılmış disk dünyaya yayıldı, ona xarici memleketlerden yeni-yeni devetler gelmeye başladı.

70-inde çoxları artıq senetden ayrılmış olur. Ömrün bu merhelesinde yetişdiyi (gecikmitş de olsa) ehbtiram meqamı, isti münasibet Hacıbaba ustadı nece ruhlanındırdısa, sanki onda idmançılardakı kimi ikinci nefes açıldı. Yeni şövqle, yeni hevesle, yeni ilhamlarla oxudu, o çağacan ifasında olmayan neçe yeni tesnifler yaratdı.

Hacıbaba Hüseynov mekteb görmemişdi.

Aldığı tehsil vur-tut natamam ibtidai savad idi. Hele dördüncü sinifde oxuyanda mektebi atmışdı. Lakin ilahi ona ömrünün sonuna qeder tükenmeyen bir başqa sevgi bağışlamışdı - kitaba, deyerli edebiyyata, qezeliyyata vurğunluq.

Bir qezelinde bele misralar vardı:

Hele de Hacı gedir dersi-debistan oxuya,
Çalışıb her oxuyan Molla Penah olmaz imiş.

Ömrünün axırınacan oxudu.

Hem avazla oxudu, hem kitab oxudu.

Sonacan özünü öyrenci sandı. Ona göre Böyük Öyreden oldu.

Azerbaycan muğamının bu gün üzde olan üstün ifaçılarının hamısında araşdırsanız, diqqetle izleseniz Hacıbaba senetinden soraq tapacaqsınız.

Özü mekteb görmemiş Hacıbaba ustad mekteb yaratmağa müveffeq oldu.

Paxıllar, bedxahlar ona sataşırdılar, qelbine deyirdiler. "Nağaraçıdan ne oxuyan?" - deyirdiler, "Onun oxuduqları derviş havacatıdır"- söyleyirdiler.

Hacıbaba ustad heqiqeten evvelde nağaraçı olmuşdu ve bu sonrakı xanendeliyinde, şairliyinde dadına çox yetirdi.

ela qaval çalırdı - bu öz yerinde Amma nağaraçılıqdan qazandığı en vacib üstünlük onun yüksek ritm sahibliyi idi. Bu üstün ritm duyğusunun gücüne bir-birinden melodik tesnifler yaradırdı ve ritm baxımından üzden sade görünse de, bu tesniflerden eleleri vardı ki, başqaları onu oxumaqda acizdiler.

Ritm vaqifliyinin ona bağışladığı ikinci üstün-lük eruzun behrlerinden, tefilelerinden xebersiz ola-ola ele hemin veznle-rin qulaq yaddaşındakı deqiq eks-sedasına esasen heyranedici şerler qeleme almasıydı.

eruzşünas ekrem Cefer "Hacıbabanın qe-zellerinde, müxemmes-lerinde, müstezadlarında bir zerrece eruz xetası yoxdur" inancındaydı.

Ruhani ailede böyü-müşdü, lap körpelikden evezsiz mersiyexanaları, dervişleri dinlemişdi. Güclü yaddaşına uşaqlıq illerinden hopmuş hemin yandırıcı musiqilerin dini sözlerini bir qırağa qoyub noheleri, sinezenleri, mersiyyeleri öz qezelleriyle yenileşen, dirileşen çağdaş tesniflere çevirirdi.

Lezzetle qulaq asan reziller çımxırırdılar: "Hacıbaba üstüörtülü şekilde dini tebliğ edir".

Heyfler ki, Hacıbaba ustadın etiraf olunması, onun ikinci nәfәsinin açılması 70-inden sonraya düşdü.

Günahkar bizik.

Daha tez etiraf olunsaydı, daha erken layiq olduqları ondan Esirgenmeseydi, elbette ondan qalan irs indikinden de qat-qat zengin olardı.

Her halda o ses daha heç vaxt bizi terk etmeyecek.

O ses daim bir zövq qaynağa olmaqdan savayı, hemişe derslik, müntexabat kimi umulacaq.

Arzusuydu ki, 75 illiyinde "Çahargah" oxusun.

75-e çatmadı. ALLAH rehmet elesin.