Bağışlayan və mehriban Allahın adı ilə Yunus ibn Zəbyan İmam Sadiq (ə)-dan nəql edib: Allah-təalanın dərgahında Fatimənin doqquz adı var; 1. Fatimə, 2 Siddiqə, 3 Mubarəkə, 4 Tahirə, 5 Zəkiyyə, 6. Raziyyə, 7. Mərziyyə, 8. Muhəddisə, 9. Zəhra. (Biharul-ənvar 43/10) Rəsulullah (s): “Qızım ona görə Fatimə adlanıb ki, Allah Onu, onun pak nəslini və onu sevənləri Cəhənnəmin odundan amanda saxlayıb” (Yənabiul məvəddə 395, Nurul-əbsar səh. 41) Rəsulullah (s): “Allah-təala Fatimənin nurunu şölə

Bu konu 1700 kez görüntülendi 0 yorum aldı ...
Fatimə (s.ə.)- dünya və axirət qadınlarının seyyidəsi 1700 Reviews

    Konuyu değerlendir: Fatimə (s.ə.)- dünya və axirət qadınlarının seyyidəsi

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1700 kez incelendi.

  1. #1
    İravani - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    27.01.2009
    Mesajlar
    14
    Konular
    2
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    0
    @İravani

    Standart Fatimə (s.ə.)- dünya və axirət qadınlarının seyyidəsi

    Bağışlayan və mehriban Allahın adı ilə

    Yunus ibn Zəbyan İmam Sadiq (ə)-dan nəql edib: Allah-təalanın dərgahında Fatimənin doqquz adı var; 1. Fatimə, 2 Siddiqə, 3 Mubarəkə, 4 Tahirə, 5 Zəkiyyə, 6. Raziyyə, 7. Mərziyyə, 8. Muhəddisə, 9. Zəhra. (Biharul-ənvar 43/10)

    Rəsulullah (s): “Qızım ona görə Fatimə adlanıb ki, Allah Onu, onun pak nəslini və onu sevənləri Cəhənnəmin odundan amanda saxlayıb” (Yənabiul məvəddə 395, Nurul-əbsar səh. 41)

    Rəsulullah (s): “Allah-təala Fatimənin nurunu şölə saçan bir məşəl kimi xəlq etdi, sonra onu ərşin ətrafına asdı. Asimanı və yerin üzünü Fatimənin nuru ilə işıqlandırdı. Ona görə də Fatiməni Ərşdə Zəhra adlandırdı. Mələklər Allaha bu nura görə təsbih deyirdilər. Allah-təala buyurdu: İzzət və cəlalıma and içirəm ki, bu təsbihlərin səvabını Qiyamətin gününə qədər Fatiməni, Atasını, Onun ərini və övladlarını sevənlərə əta edəcəyəm.” (Biharul-ənvar 43/17)

    Rəsulullah (s): “Mənim qızım Fatimə dünyanın əvvəlindən axırına qədər bütün qadınların seyyidəsidir. O mənim canımın bir parçasıdır, gözümün nurudur, qəlbimin meyvəsidir, bədənimdə olan ruhumdur, .... O insan simasında olan mələkdir.” (Biharul-ənvar 43/73)

    Rəsulullah (s): “Allah-təala ərşi qızım Fatimənin nurundan xəlq etdi. Qızım Fatimənin nuru Allahın nurundan xəlq olub” (Biharul-ənvar, 15/10)

    Rəsulullah (s): “Cənnət qadınlarının ən əfzəli Xədicə bintə Xuvəylid, Fatimə bintə Muhəmməd, Asya bintə Muzahim və Məryəm bintə İmrandır” (Musnəde Əhməd 1/293 hədis 2668)أفضل نساء أهل الجنة خديجة بنت خويلد وفاطمة بنت محمد وآسية بنت مزاحم امرأة فرعون ومريم ابنة عمران رضي الله عنهن أجمعين


    Rəsulullah (s): “Fatimə! İstəmirsən ki, dünya xanımlarının və bu ümmətin xanımlarının seyyidəsi olasan?” (Musnəde Əhməd 3/170 hədis 4740, Muslim 4/1904 hədis 2450 Buxari 5/2317 hədis 5928)

    Rəsulullah (s): “Fatimə mənim canımın bir parçasıdır, hər kəs onu qəzəbləndirsə elə bil məni qəzəbə gətirib”(Səhih Buxari, kitab fəzailu əshabin nəbiy, bab mənaqibu Fatimə, hədis 3767,


    Rəsulullah (s): “Fatimə mənim canımın bir parçasıdır, onu incidən məni incidib” (Səhih Muslim, kitab fəzailul səhabə bab 15, hədis 6308, səh 1108, Rəsulullah (s).

    Rəsulullah (s): “Əgər Allah-təala Əlini xəlq etməsəydi yer üzündə bəni adəmdən Fatiməyə layiq zövc tapılmazdı” (əl-Fəqih, 3/169, hədis 4383)

    Rəsulullah (s): “Mən də sizin kimi bir bəşərəm. Sizin kimi evlənirəm, amma qızım Fatimənin evlənmə hökmünün asimandan nazil olmasını gözləyirəm” (əl-Fəqih, 3/169, hədis 4382)

    Rəsulullah (s): “Qızım Fatimə Qiyamətin günündə Məhşərə əlində qanlı köynəklə gələcək. Ərşdən yapışıb fəryad edəcək: “Ey Ədalət sahibi Mənimlə oğlumun qatili arasında hökm et!” Allah o zaman Fatimənin xahişi ilə hökm edəcək. And olsun Kəbənin Rəbbinə Allah Fatimənin qəzəbi ilə qəzəblənər onun razılığı ilə razı olar” (Uyunul əxbar, 2/8 hədis 8)

    Rəsulullah (s): “Qiyamətin günü Allahın əmri ilə munadi səslənəcək: Ey Məhşər əhli! Gözlərinizi bağlayın ki, Muhəmmədin (s) qızı keçsin” (Uyunul əxbar, 2/25 hədis 55)

    Rəsulullah (s): “Ey Əli! Dünya qadınlarının seyyidəsi və Səndən sonra mənə ən əziz olan qızım Fatiməni Sənə təzvic edirəm. Cənnət cavanlarının ağaları sizin iki övladınız olacaq. Məndən sonra zülm ilə qanlarına qəltan olan şəhidlər onların övladları olacaq. Allah onların vasitəsilə zalımın odunu söndürəcək, onların əli ilə haqqı dirildəcək və batili məhv edəcək. Onların sayı ilin aylarının sayı qədərdir. Axırıncısının arxasında İsa ibn Məryəm (ə.s) namaz qılacaq.” (Qeybəte Nomani səh. 90)
    Elman İbadov


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Fatimə (s.ə.)- dünya və axirət qadınlarının seyyidəsi

          Kategori: Ehlibeyt

          Konuyu Baslatan: İravani

          Cevaplar: 0

          Görüntüleme: 1700

    Konu İravani tarafından (27.01.2009 Saat 14:17 ) değiş;tirilmiş;tir. Sebep: Müəllifin adini yazmamisdim.
    İrəvan əzəli AZƏRBAYCAN torpağıdır.

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş