Tərəkəmə Tərəkəmələr və ya Qarapapaqlar — türkdilli tayfalardır. Oğuz türkləri olub, müasir dövrdə Azərbaycanlılara aid etnoqrafik qrupdur.. Əvvəllər Sırdəryanın sağ sahilində yaşayıblar. Oğuz türkləri (tərəkəmələr) XI əsrdən başlayaraq, İran, Zaqafqaziya, Kiçik Asiya və Mesopotamiyaya yayılıblar. Köçəri həyat sürən oğuzların bir hissəsinə tərəkəmə (ərəbcə "tərakimə" - türkmənlər) deyiblər. Tərəkəmələr Azərbaycan, Türkiyə və Gürcüstanda yaşayırlar. Azərbaycanda Kür-Araz ovalığında,

Bu konu 1272 kez görüntülendi 0 yorum aldı ...
Tərəkəmə 1272 Reviews

    Konuyu değerlendir: Tərəkəmə

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1272 kez incelendi.

Konu: Tərəkəmə

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Tərəkəmə

    Tərəkəmə


    Tərəkəmələr və ya Qarapapaqlar — türkdilli tayfalardır. Oğuz türkləri olub, müasir dövrdə Azərbaycanlılara aid etnoqrafik qrupdur.[1][2][3][4][5][6][7].
    Əvvəllər Sırdəryanın sağ sahilində yaşayıblar. Oğuz türkləri (tərəkəmələr) XI əsrdən başlayaraq, İran, Zaqafqaziya, Kiçik Asiya və Mesopotamiyaya yayılıblar. Köçəri həyat sürən oğuzların bir hissəsinə tərəkəmə (ərəbcə "tərakimə" - türkmənlər) deyiblər. Tərəkəmələr Azərbaycan, Türkiyə və Gürcüstanda yaşayırlar. Azərbaycanda Kür-Araz ovalığında, Mil-Qarabağ, Muğan və Şirvan düzlərində yaşayan və icma halında yaylağa gedən tərəkəmələr həm də əkinçiliklə məşğul olurdular. Tərəkəmələrin qalan hissəsi aranda biçini qurtarıb, payız əkininə hazırlıq görürdülər. Onlar əsasən heyvandarlıq məhsulları (yağ, pendir, yun və s.) istehsal edir, bunları taxıl və sənətkarlıq məhsulları ilə dəyişirdilər. Xalçaçılıq, toxuculuq və s. də inkişaf etmişdi. "Tərəkəmə" xalq rəqsi və musiqisi tərəkəmələrlə bağlıdır. Tərəkəmə tayfaları Azərbaycan, Türkiyə, Gürcüstan və İran ərazilərində yaşayırlar.
    Tərəkəmələr əsasən qoyunçuluqla məşğul olurlar. Azərbaycanda yayı müvəqqəti olaraq Dağlıq Qarabağ və ətrafı rayonlarda, digər fəsilləri isə əsasən Aran ərazilərdə yaşayırdılar. Qarabağ müharibəsində, Ermənistanın Azərbaycanın 20% ərazisinin işğalı ilə əlaqədar tərəkəmələr yay aylarında dağlıq ərazilərə köç edə bilmədikləri üçün əvvələr köçəri həyat sürən tərəkəmə tayfaları getdikcə oturaq həyata keçirlər. Rayon mərkəzlərində digər əhaliylə qaynayıb qarışsalar da, kəndlərdə yaşayan tərəkəmələr tayfa birliyini qoruyub saxlamışlar.
    Tarixi kökü Oğuz türklərinə dayanan tərəkəmələr Azərbaycan türkcəsinin (Türkman Türkcəsi) özünə məxsus ləhcəsində danışırlar. Tarixən İslamı qəbul etmiş və bu dinə sitayiş edirlər.
    Azərbaycan Respublikasının iqtisadi həyatında əsaslı rol oynayaraq, kənd təsərüfatı məhsulun əsas hissəsini istehsal edirlər. Həmçinin tərəkəmə tayfalarından bir çox alimlər, professorlar çıxmış, elmə töhfələr vermişlər. Genetik cəhətdən savadlı tayfalardır və bu cəhətdən digər əhalidə seçilirlər.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Tərəkəmə

          Kategori: Azerbaycan Halk Dansları

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1272

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş