Şahsevəni
Şahsevəni — Azərbaycanın milli rəqsi. Şahsevani xatırladığımız tərəkəmə və xançobanı qəbilələrində olduğu kimi, şahsevənlərin də öz mahnıları, rəqsləri olub və bunlar Azərbaycanın başqa-başqa rayonlarında yayılmışdır. Bu rəqslərdən biri Naxçıvanda məşhur olan "Şahsevəni"dir. Bu qədim rəqsi toy şənliklərində həvəslə oynayırlar. Rəqs çox ağır tempdə gedir. Onu ancaq qocalar oynayırlar.