Şor qoğalı
Əla növ buğda unu - 726 q, quyruq cızdağı - 300 q, yumurta - 1 əd, quyruq yağı - 60 q, maya - 15 q, zirə - 1 q, zəfəran - 0,5 q, razyana - 2 q, qara istiot - 0,5 q, xaşxaş - 3 q, duz
Una su, duz və maya qatılıb xəmir yoğrulur. Xəmir gəldikdən sonra ondan 9-11 gündə hazırlanır. Kündələr nazik yayılır və hər laya yağ sürtüb üstə-üstə yağılır. Yağılıb üstə-üstə yağılmış xəmir iri kvadratlara doğranır, onlar rulet kimi bükülür, burulur və yastılanaraq kökə şəklinə salınır. Ortasına içlik qoyulur. Quyruq cızdağı ətçəkən maşından keçirilir, ona yumurtanın ağı, ədviyyat və duz qatılıb yaxşı çalınır, bir qədər un əlavə edib iç hazırlanır. Səthinə zə`fəran şirəsi ilə çalınmış yumurta sürtülür, xaşxaş səpilir və 230-240 0 C temperaturda 20-25 dəq, bişirilir.