Şeştrəngli aş
Düyü ilıq suda 3 saat saxlanılaraq qaynadılır, sonra süzülür. Yağı vurulub dəmə qoyulur. Böyük tavada soğan qovurulur. Üzərinə zoğal axtası, kişmiş əlavə edilir, yuvalara yumurtalar vurulur. Sonra üzərinə duz, istiot, darçın tökülür. Süfrəyə ayrı- ayrılıqda verilir.