Qızardılmış turac
Turac - 280q, xama - 10q, baş soğan - 30q, pomidor - 50q, xiyar - 50q, cəfəri və keşniş göyərtisi - 30q, istiot, duz.
Turac təmizlənir, istio və duz vurulur. Üzərinə xama sürtülüb şişə taxılır. Manqalda və ya təndirdə qızardılır. Qızardılmış turac şişdən çıxarılıb başqaba qoyulur, yanına doğranmış baş soğan, pomidor, xiyar və göyərti düzülür.