Badımcan çığırtması
Badımcan - 250q, baş soğan - 50q, ərinmiş yağ - 25q, yumurta - 2əd., cəfəri - 15q, istiot - 0,1q, duz.
Badımcanın qabığı soyulub yarımhalqavari doğranır, duz vurulur və acı suyu çıxarılır. Badımcanı yağda qızardılmış soğana əlavə edib öz buğunda qovurub, üstünə çalınmış yumurta vurulur və qızdırıcı şkafda bişirilir. Süfrəyə verildikdə üstünə yağ tökülür və göyfərti səpilir.