İçi almalarla doldurulmuş ördək resepti Dadlı yeməyin daha bir resepti - İçi almalarla doldurulmuş ördək resepti. Tərkibi: 2 kq ördək 1-2 ədəd turş alma (300 qram) 200 qram içalat (toyuq və yaxud ördək)

Bu konu 1208 kez görüntülendi 0 yorum aldı ...
İçi almalarla doldurulmuş ördək resepti 1208 Reviews

    Konuyu değerlendir: İçi almalarla doldurulmuş ördək resepti

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1208 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart İçi almalarla doldurulmuş ördək resepti

    İçi almalarla doldurulmuş ördək resepti



    Dadlı yeməyin daha bir resepti - İçi almalarla doldurulmuş ördək resepti.

    Tərkibi:
    2 kq ördək
    1-2 ədəd turş alma (300 qram)
    200 qram içalat (toyuq və yaxud ördək)
    150 qram bekon
    1 ədəd soğan
    1 ç.q. mərzə
    1-2 ədəd kəklikotu yarpağı
    zeytun və yaxud bitki yağı
    1-2 x.q. çörək qırıntıları
    1 ədəd yumurta
    duz, yeni döyülmüş istiot

    Hazırlanma qaydası:
    Ördəyi yuyub, yaxşıca qurulayın.
    Boşqabda duz, mərzə, yeni döyülmüş istiotu birləşdirib, üzərinə bitki yağı tökərək qarışdırın. Hazırladığınız qarışıqla ördəyin içini və üstünü yaxşıca sürtüb 2-3 saat ərzində kənarda və yaxud axşamdan soyuducuda saxlayın.

    İç hazırlamaq üçün:
    Toyuq və yaxud ördəyin içalatını yuyub xırdalayın.
    Bekonu nazik dilimlərlə doğrayıb, zeytun və yaxud bitki yağında 30-60 dəqiqə ərzində qovurun. Qızardılmış bekonu tavadan götürüb ayrı boşqaba qoyun. Həmin tavaya isə yarımhalqa şəklində doğranılmış soğanı töküb, üzərinə duz səpin, 4-5 dəqiqə ərzində qovurun.
    Qızardılmış soğanları tavadan götürüb boşqabdakı bekonun üzərinə əlavə edin. Yenə də həmin tavaya içalatı töküb 20-30 saniyə ərzində bişirin. Daha sonra qızardılmış içalatın üzərinə bişmiş bekon və soğanı əlavə edib qarışdırın.
    Almaların qabığını soyub xırdalayın.
    Bir boşqabda xırdalanmış alma, bekon, içalat, soğan, kəkliotu yarpaqları, duz, yeni döyülmüş istiot və çörək qırıntılarını yaxşıca qarışdırın. Yumurtanı sındırıb, həmin qarışığın üzərinə tökərək qarışdırın.
    Daha sonra ördəyin içini hazırladığınız içlə doldurub, mətbəx ipiylə tikin və yaxud kokteyl çubuğuyla bərkidin. İçi doldurulmuş ördəyi dərin yağlanmış forma qabına qoyub üzərinə yarım stəkan su tökərək, 2 saata qədər 180 dərəcə qızdırılmış sobada bişirin. Ördək çox yağlı olmasın deyə, bişirilən zaman hər 30 dəqiqədən bir ördəyin döş və bud hissələrindən kokteyl çubuğu ilə deşin. Sonra ördəyin üzərinə onun ərinmiş yağını tökərək, qızarana qədər bişirin. Bişməyinə 30 dəqiqə qalmış kənarlarına iri və yaxud iki hissəyə bölünmüş almaları düzün.
    Bişməyinə 15-20 dəqiqə qalmış ördəyin üzərinə duzlu su töküb (2-3 ç.q. duz+3-4 x.q. su), bişirin. Bişmiş ördəyi falqaya büküb, 10-15 dəqiqə ərzində kənara qoyun.
    Süfrəyə verərkən, ördəyi bişmiş almalarla bəzəyin.
    Nuş olsun!


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: İçi almalarla doldurulmuş ördək resepti

          Kategori: Azerbaycan Mutfağı

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1208

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş