Zaqafqaziya bonları 1917-ci ilin fevral ayında Rusiyada baş vermiş inqilab nəticəsində hakimiyyət Müvəqqəti Hökumətə keçir. Dövlət Bankı dövlət kredit biletlərinin (rublun) emissiyasını əvvəlki kimi davam etdirirdi (sadəcə olaraq "Nikolayevka"ları "Kerenka"lar əvəz etdi). Müvəqqəti Hökumət Qafqaz Canişinliyini ləğv edir və ərazini idarə etmək üçün 1917-ci ilin mart ayında Xüsusi Qafqaz Komitəsini yaradır. 11(24) noyabr 1917-ci ildə Tiflisdə Zaqafqaziya Komissarlığı yaradılır.

Bu konu 848 kez görüntülendi 0 yorum aldı ...
Zaqafqaziya bonları PULLAR 848 Reviews

    Konuyu değerlendir: Zaqafqaziya bonları PULLAR

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 848 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Zaqafqaziya bonları PULLAR


    Zaqafqaziya bonları



    1917-ci ilin fevral ayında Rusiyada baş vermiş inqilab nəticəsində hakimiyyət Müvəqqəti Hökumətə keçir. Dövlət Bankı dövlət kredit biletlərinin (rublun) emissiyasını əvvəlki kimi davam etdirirdi (sadəcə olaraq "Nikolayevka"ları "Kerenka"lar əvəz etdi).
    Müvəqqəti Hökumət Qafqaz Canişinliyini ləğv edir və ərazini idarə etmək üçün 1917-ci ilin mart ayında Xüsusi Qafqaz Komitəsini yaradır. 11(24) noyabr 1917-ci ildə Tiflisdə Zaqafqaziya Komissarlığı yaradılır. Koalision hökumətin tərkibinə menşevik, eser, Daşnaksutyun və Müsavat partiyalarının nümayəndələri daxil oldu.
    Başlanan pul aclığı ilə mübarizə məqsədi ilə hökumət 5 fevral 1918-ci ildə pul nişanlarının emissiyasını başlayır. Bu emissiya Zaqafqaziya Komissarlığının bonları şəklində buraxılır və Gürcüstan, Ermənistan və Azərbaycan arasında danışıq yolu ilə paylaşdırılır.
    Bonlar adi kağızda, rənglərin bir neçə çalarlarında çap olunurdu. Bonların üzərində 4 dildə - rus, erməni, gürcü və Azərbaycan dillərində olan yazı belə səslənirdi: «Zaqafqaziya Komissarlığının bonları dövriyyədə dövlət kredit biletləri ilə bərabər işlədilmək hüququna malik idi».
    Zaqafqaziya Komissarlığının bonları 1, 3, 5, 10, 50, 100 və 250 rublluq nominallar şəklində buraxılmışdır. 22 aprel 1918-ci ildə Zaqafqaziya Seymi Zaqafqaziyanı müstəqil federativ dövlət elan etmişdir. 26 may 1918-ci ildə Seym dağılmış, əvəzində üç demokratik respublika yaranmışdır: Gürcüstan, Ermənistan, Azərbaycan. Lakin Zaqafqaziya Komissarlığının bonları 1919-cu ilin sentyabrına qədər çap olunmuşdur. Bütün dövr ərzində nominal üzrə 1.360.000.000 rublluq emissiya buraxılmışdır. İlk dövrdə müstəqil respublikada Rusiya pulları və Bakı bonları ilə yanaşı Zaqafqaziya bonlarından da geniş istifadə olunurdu.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Zaqafqaziya bonları PULLAR

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 848


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş