Gəncədə yerləşən Qafqaz İslam Ordusu Qərargahı, bolşeviklərin irəli hərəkata başlaması ilə birlikdə, qarşılarında heç bir fiziki əngəl qalmadığını və dəmir yoluna da hakim olduqlarını görüncə bu durumun paytaxt üçün böyük bir təhlükə yaradacağı nəticəsinə gəldi. Nuru paşa Gəncə üçün əsl təhlükənin Göyçay yaxınlıqlarındakı düşmən qüvvələrindən gələcəyini hesabladı. Çünki Göyçay bölgəsində aparılan müharibələr, strateji əhəmiyyətə malik idi. 5-ci Qafqaz piyada diviziyasının bütün qüvvələri hələ

Bu konu 1301 kez görüntülendi 1 yorum aldı ...
Qafqaz İslam Ordusunun irəliləməsi 1301 Reviews

    Konuyu değerlendir: Qafqaz İslam Ordusunun irəliləməsi

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1301 kez incelendi.

  1. #1
    ŞiMaL - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    10.12.2009
    Mesajlar
    21.656
    Konular
    10831
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @ŞiMaL

    Standart Qafqaz İslam Ordusunun irəliləməsi

    Gəncədə yerləşən Qafqaz İslam Ordusu Qərargahı, bolşeviklərin irəli hərəkata başlaması ilə birlikdə, qarşılarında heç bir fiziki əngəl qalmadığını və dəmir yoluna da hakim olduqlarını görüncə bu durumun paytaxt üçün böyük bir təhlükə yaradacağı nəticəsinə gəldi. Nuru paşa Gəncə üçün əsl təhlükənin Göyçay yaxınlıqlarındakı düşmən qüvvələrindən gələcəyini hesabladı. Çünki Göyçay bölgəsində aparılan müharibələr, strateji əhəmiyyətə malik idi. [37]
    5-ci Qafqaz piyada diviziyasının bütün qüvvələri hələ Gəncəyə çatmamışdı. 10-cu Qafqaz alayı Qarakilsə – Dilican yolunu yeriyərək keçmiş və Qazax yaxınlığındakı Ağstafaya daxil olmuşdu. Bakıdan çıxıb şimaldan irəliləyən bolşevik qüvvələrinə qarşı qoymaq üçün bölgəyə yeni gələn 10-cu Qafqaz alayı uzun bir yol gələrək Azərbaycan torpaqlarına yeni girmiş olmasına rəğmən, Mehmetçik dincəlməyə belə vaxt tapmadan Ağstafadan qatara mindirildi və Ucara göndərildi. Oradan da 15 iyunda Göyçaya çatdı. Qafqaz İslam Ordusu qərargah rəisi yarbay Nazim bəy komandanı ələ almaq üçün Müsüslü və Kürdəmir cəbhəsinə göndərildi. Yarbay Osman bəy komandasındakı 10-cu Qafqaz alayı isə Göyçaya çatdıqdan sonra Qaraməryəm qəsəbəsində olan düşmən qarşısında cəbhədəki yerini aldı. Osman bəy 10-cu alaya bağlı 30-cu taboru Sultankənd, Mollaishaqlı və Veysəlli kəndləri ətrafında olan silahlı erməni dəstələrini bölgədən uzaqlaşdırmaqla vəzifələndirildi. 30-cu taborun şiddətli hücumu nəticəsində erməni dəstələri Qalakər kəndinə doğru qaçdı. [38] [39]
    Müsüslüdə olan Qafqaz İslam Ordusu qərargah rəisi yarbay Nazim bəy Osman bəyə bolşevik qüvvələrinə qarşı bir kəşfiyyat hücumu aparması üçün təlimat verdi. Osman bəyin əmrinə görə 28-ci tabor Qaraməryəmin qərbindəki düşmən qüvvələrinə qarşı 17 iyunda hərəkətə keçdi. Yol boyu irəliləyən 28-ci tabor lazımi tədbirləri vaxtında almadığı üçün bolşeviklərin pusqusuna düşdü. Cəbhədən və yandan düşmən təcavüzünə uğradı. Bir an çaşqınlıq keçirdi və məğlub olaraq geri çəkilmək məcburiyyətində qaldı. [40]
    Durumun təhlükəli bir hal aldığını görən Osman bəy 28-ci taboru yandan qorumaq üçün 30-cu taboru hərəkətə keçirdi, 29-cu taboru da yardıma göndərdi, ancaq son dərəcə dik vadilərin və təpələrin olduğu bölgədə bu qüvvələr də bolşevik qüvvələrin hücumuna uğradı. İki tərəfdən də mühasirəyə alınan 29-cu tabor olduqca qanlı müharibədən sonra Veysəlli kəndinə çəkilə bildi. [41]
    Tərəflər gün boyunca isti havada aparılan bu müharibədə bir-birinə üstün gələ bilmədi və axşam qaranlıq düşdükdə vuruşmalara ara verdilər və mövqelərinə çəkildilər. Türk Qafqaz İslam Ordusunun Azərbaycandakı bu ilk ciddi savaşı Qaraməryəm yaxınlıqlarında uğursuzluqla nəticələndi. Boışeviklərə bağlı 3-cü diviziyanın və onun başındakı Hamazaspın əhvalı isə olduqca yüksəlmişdi. Beləcə işğal altındakı Qaraməryəmdə daha da gücləndilər və Göyçaya hücum üçün bəzi önəmli mövqeləri ələ keçirdilər.
    10-cu Qafqaz alayı komandiri kurmay yarbay Osman bəyə, düşmənin Göyçay üzərinə yeriməsini əngəlləmək üçün Qaraməryəm yaxınlıqlarında onların başını qatmaq vəzifəsi verilmişdi. [42] Osman bəy Gəncədən gələcək əsl qüvvələrin cəbhəyə çatmasını gözləməmişdi. Müsüslüdə olan Qafqaz İslam Ordusu kurmay başkanı Nazim bəy ilə birlikdə öz təşəbbüsləri ilə komandan Nuru paşadan izin almadan düşmən qüvvələrinə qarçı kəşfiyyat hücumu aparılmasına qərar vermişdilər. Bu ciddi müharibədə qabaqcıl kəşfiyyat qollarından istifadə etmədən və düşmənin gücü və mövqeləri haqqında kifayət qədər bilgi toplamadan yürüş etmişdilər. Hücum anında ehtiyat qüvvələri də buraxılmamışdı. Bütün bunlarla bərabər, türk ordusunun bu cür savaşlarda sıx istifadə etdiyi yandan hücum və düşmən arxasına uzanma taktikaları da tətbiq olunmamışdı.
    Düşmən qüvvələrinin 28-ci tabora qarşı tətbiq etdiyi pusqu və cəbhə hücumu qarşısında alınan uğursuzluq, 10-cu alayda böyük çaşqınlığa yol açdı
    Bolşevik qüvvələri ilə aparılan Qaraməryəm yaxınlıqlarındakı bu ilk savaşda türk ordusu 200 şəhid verdi. Yaralıların sayı isə 156 idi. Şəhidlər arasında 28-ci tabordan ehtiyat teyməni Lütfü əfəndi, 29-cu tabordan kiçik teymən İsmayıl Hakkı və teymən Zəki əfəndilər ilə 30-cu tabordan teymən Kazım və İbrahim əfəndilər şəhid oldu. 2 top və 41 top mərmisi, 2 avtomat tüfəng ilə çox sayda piyada tüfəngi, bunlara aid mərmi və süngü də düşmənin əlinə keçdi.[43]
    Nuru paşa bu məğlubiyyətdən sonra Azərbaycanlı türklərdən ibarət hərbi qüvvələrin komandanı general Əliağa Şıxlinski və 5-ci Qafqaz piyada diviziyası qərargah rəisi Rüştü bəy ilə birlikdə 18 iyun 1918-ci ildə Gəncədən cəbhəyə hərəkət edərək Müsüslü stansiyasına çatdılar. Orada Qafqaz İslam Ordusu qərargah rəisi Nazim bəy və Veysəllidəki 29-cu tabor komandirindən Qaraməryəm savaşı haqqında bilgi aldılar. Nuru paşa və yanındakılar Müsüslüdən Göyçaya keçdilər. Burada 10-cu Qafqaz alayı komandiri yarbay Osman bəy ilə apardıqları görüşmədə savaşın gedişi haqqında vəziyyəti dəyərləndirdilər. Türk kurmay heyəti 200 şəhid və 156 yaralı ilə 2 topun itkisini ciddi bir hadisə olaraq dəyərləndirdi. Nuru paşa və yanındakılar cəbhə xəttini və hərbi qüvvələrin nizamını vaxt itirmədən yenidən qurdular. Ətrafdan gələn kəşfiyyat bilgilərini də hamısı birlikdə analiz etdilər. [44] [45]
    Bu bilgilərə görə bolşevik hərbi qüvvələri Bakıdan Qaraməryəmə gedərkən ətrafdakı 50-dən artıq kəndi yandırmış, bölgədə yaşayan türkləri öldürmüşdülər. At, araba və başqa tapa bildikləri vasitələrlə və ya piyada evlərini, ocaqlarını tərk edənlər, canlarını qurtara bilənlər isə Göyçay və ətrafındakı qəsəbə və kəndlərə sığınmışdılar. Şamaxı, İsmayıllı və ətrafdakı qəsəbə və kəndlərdən qaçaraq, Göyçay, Ağdaş və Yevlax ətrafına sığınan türklərin sayı bir həftə içində 400 mini keçmişdi. [46]
    Bolşevik qüvvələri ətrafdakı erməni və rusların da qatılması ilə 30 min nəfərlik bir heyətə sahib olmuşdu. Sayca bu qədər üstün, silah baxımından yaxşı təchiz olunmuş, yemək və su təmini baxımından bir sıxıntı çəkməyən düşmənə qarşı yalnız 5-ci Qafqaz piyada diviziyasının qarşı gəlməsi imkansızdı. Üstəlik 5-ci Qafqaz piyada diviziyasının bütün qüvvələri də hələ Gəncəyə çata bilməmişdi.
    Nuru paşa Qafqaz İslam Ordusunun qurulması əsnasında Azərbaycanlı türklərdən böyük qatılım olacağını düşünmüşdü. Ancaq bu gözləntilər boşa çıxmışdı. Orduya qatılan az sayda milislərdən də umulan fayda təmin edilə bilməmişdi. Nuru paşa bu təsbitlərdən sonra Göyçayda xalqa xitabən tənbeh dolu bir çıxış etdi. Osmanlı dövlətinin, öz vətəninin ehtiyacı olmasına rəğmən qardaş Azərbaycanı və burada yaşayan türkləri düşmən çəkməsindən qurtarmaq üçün Qafqaza əsgər göndərdiyini anlatdı. Bu orduya hər kəsin könüllü olaraq qatılması və can-başla xidmət etməsi lazım gəldiyini, ancaq bunu hələ görə bilmədiyini bildirdi. Paşa çıxışında Mehmetçiyin yandırıcı istidə düşmənə qarşı var gücü ilə savaşdığını bildirərək dedi:
    "Bu şiddətli istidə savaşan əsgərlərimizdən bir çoxu susuzluqdan ölmüşdür. Madam ki, könüllü olaraq orduya qatılmırsınız, heç olmazsa bu əsgərə yemək və su daşıyaraq yardım etməniz lazımdır". [47]
    Nuru paşanın Göyçay ilə ətraf qəsəbə və kəndlərdə yaşayan ağsaqqal və ağıllı adamlarla apardığı görüşmələrin nəticəsində Azərbaycan türklərindən könüllülər toplanmağa başladı. Göyçay, Ağdaş, Yevlax, hətta Bərdə ətrafından toplanan gənclər və əli silah tutanlar qısa müddətdə cəbhə xəttindəki yerlərini almaq üçün hərbi təlimə cəlb olundu. [48]
    İstər Nuru paşa və istərsə Şərq Orduları Komandanlığı tərəfindən İstanbula göndərilən raportlarda bolşeviklərin bölgədə ciddi bir hərbi qüvvə yerləşdirdiyi, buna qarşılıq olaraq Azərbaycan türklərinin Qafqaz İslam Ordusunda önəmli bir güc təşkil edə bilməyəcəyinin anlaşıldığı bildirilərək, bu şərtlər altında 5-ci Qafqaz piyada diviziyasının bölgədə heç bir varlıq göstərə bilməyəcəyi qeyd edildi. [49]
    Nuru paşa və Şərq Orduları Komandanlığı tərəfindən 27 iyun və 1 iyul 1918-ci ildə İstanbula göndərilən raportlarda Azərbaycandakı durum acı bir şəkildə ortaya qoyulur və belə deyilirdi:
    "Yeni qurulmağa çalışılan Qafqaz İslam Ordusu çalışmalarından bir nəticə əldə edilmir. Buradakı türk gənclərindən silah altına ən az 30 min nəfərin toplanacağını ümid edirdik. Buna qarşılıq hərbiyə qatılanların sayı 37 nəfərdir. Bu şərtlər altında Bakı məsələsini öz başımıza həll edə bilmək üçün Qafqaza daha bir diviziya göndərilməsi uyğun olacaqdır. Buradakı müsəlmanlar çox söz söyləyir, az iş görürlər. Kef çəkən və pulu çox sevən insanlardır. Yardım və fədakarlıqlarını çox az görürük. Orduya qatılan yox deyəcək qədər azdır. Bu şərtlər altında Azərbaycanın və Bakının qurtuluşunu təmin etmək, Osmanlı dövlətinin xalq nəzərindəki etibarını qorumaq üçün daha çox gərəkli hala gəlmişdir. 5-ci diviziyanın təcili gücləndirilməyə ehtiyacı var. Əks halda durumumuz heç də yaxşı deyildir." [50]
    Türk və bolşevik qüvvələri, Göyçay-Qaraməryəm cəbhə xəttində bir müddət qarşılıqlı müdafiədə qaldılar. Türk Qafqaz İslam Ordusu Komandanlığı Qərargahı və Nuru paşa bolşeviklərə qarşı hücumun 28 iyunda aparılmasına qərar verdi. Nuru paşa 5-ci Qafqaz piyada diviziyası komandiri Mürsəl bəyə 22 iyunda göndərdiyi əmrdə belə deyirdi:
    "Vətənindən uzaqda ağır bir vəzifə daşıyan Osmanlı zabitlərinin üstün düşmən qüvvələri qarşısında uğursuzluğa uğrama təhlükəsi mövcuddur. Bütün ümidimiz ordumuzun başlayacağı hərbi hərəkatda bolşevik qüvvələri əzməsinə bağlıdır. Zaman, gözləməyə müsaid deyildir və arxadan təzə gücləndirici qüvvə göndəriləcəyinə dair bir işarə də yoxdur. Bu baxımdan zabit və əsgərlərimizin üzərinə düşən vəzifə son dərəcə ağırdır, ancaq bu vəzifənin də yerinə yetirilməsi şərtdir. 5-ci piyada diviziyasının düşmənə vuracağı ilk zərbə bizə Qafqazın bu zonasında güclü və qüvvətli bir mövqe qazandıracaqdır. Hücumdan əvvəl bir həqiqətin əsgərlərə lazım gəldiyi şəkildə anladılması zəruridir. Diviziyanın hissələri imkanlar daxilində 23-24 iyunda cəbhəyə göndəriləcəkdir. Bolşeviklərə qarşı 27-28 iyunda ümumi bir hücum aparılması düşünülür. Bu durum göz önünə alınaraq, gərək olan hazırlıqların aparılması lazımdır." [51] [52]
    Hücum hazırlıqlarının son dərəcə gizli aparılmasına rəğmən, düşmən qüvvələrinin görülən işlərdən xəbərdar olduğu bilinir. Bolşeviklər 27 iyunda üç tabor piyada ilə səhər tezdən hücum etdi. Düşmən qüvvələri Göyçay-Qaraməryəm yolunun şimalındakı 10-cu Qafqaz alayına şimal tərəfdən və arxadan təcavüz etdilər. [53] Cənubda yerləşən Müsüslüdə isə göstəriş hücumu etdilər. 10-cu Qafqaz alayının əmrinə verilən diviziya ehtiyatı 25-ci tabor və nizami 2-ci süvari alayının da savaşa qatılması ilə şimaldakı bu təhlükə qısa müddətdə aradan qaldırıldı. [54] Alayın hər pilləsindəki komandirlər, Qaraməryəm – Göyçay yolu boyunca irəliləyən düşmənin atəşinə qarşılıq olaraq, cəbhədən və yandan müdafiə edərək, ciddi bir müqavimət və qərarlılıq göstərdilər. Bolşeviklərin taktika və manevralarını vaxtında sezərək, müharibənin gedişini dəyişdilər və düşmənin qarşısını aldılar.
    [redaktə]Qaraməryəmin azad edilməsi
    10-cu alayın qüvvələri qarşı hücuma keçərək Qızıl Ordu qüvvələrini səhərki mövqelərindən təxminən 3 kilometr geriyə atdı. [55] 5-ci Qafqaz piyada diviziyası Azərbaycan torpaqlarında ilk dəfə 29 iyunda birgə hücuma hazırlaşırdı. Hücum 10-cu və 13-cü Qafqaz alayları ilə aparılacaq, nizami 2-ci süvari alayı da düşmənin sol yan və arxasına Qaraməryəm istiqamətində axın edərək, düşmənin qaçmasına əngəl olacaqdı. Səhər tezdən başlayan hücumda komandirləri ən çox düşündürən içməli su və məhdud olan cəbbəxana idi. [56] [57]
    Günorta saatlarında havanın isti olması səbəbindən, hər iki tərəfin hərəkət qabiliyyəti qalmırdı. Ona görə də tərəflər vuruşmaya ara verirdilər. Türk əsgərlərinin içməli suyu arabalarla Göyçaydan gətirilirdi. Cəbbəxanası da məhdud idi. Bu üzdən daha çox atəş açmaq əvəzinə süngü taxaraq savaşırdılar. Susuzluq isə günortadan sonra kəskin həddə çatmışdı. [58] Günün sonunda Qaraməryəmin qərbi tamamən, şimal-şərqi də qismən türk hərbi qüvvələrinin əlinə keçmişdi. Qaraməryəmdə yerləşən Qızıl Ordu qüvvələrinin qərbində düzənlik var idi. Bu istiqamətdən tamamən sıxışdırılmışdılar. Şərq istiqamətində isə Ağsu var idi. Ağsu qəsəbəsinin düz arxasında isə dik təpələr yüksəlirdi. Düşmənin qaçış yolları ciddi mənada kəsilmişdi. Bu üzdən axşama doğru Qaraməryəmin şərqindəki təpələrə doğru çəkildilər. Beləliklə Qaraməryəmin şərqi tamamən türk hərbi qüvvələrinin əlinə keçdi. [59]
    Qızıl Ordunun səhər etdiyi ani hücum qarşısında bir an çaşqınlıq yaşayan 10-cu alay qısa müddətdə toparlanmış və düşməni geri oturtduqdan sonra irəli gedərək, yeni mövqelər də ələ keçirmişdi. Bu uğur cəbhə xəttindəki türk qüvvələrinin əhvalını olduqca yüksəltmişdi. Bu savaşda Müsüslüdən gətirilən Həbib Səlimovun komandasındakı Azərbaycan könüllü süvari birliyinin də böyük qatqısı olmuşdu. [60]


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Qafqaz İslam Ordusunun irəliləməsi

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: ŞiMaL

          Cevaplar: 1

          Görüntüleme: 1301


  2. #2
    ŞiMaL - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    10.12.2009
    Mesajlar
    21.656
    Konular
    10831
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @ŞiMaL

    Standart

    Göyçayın azad edilməsi


    AXC əsgərləri (1918)
    Qızıl Ordu hərbi qüvvələri qərb və cəbhə istiqamətindən hücum imkanı qalmadığını və arxalarında da dağlar olduğunu görüncə, 5-ci Qafqaz piyada diviziyasının sol tərəfindən arxasına doğru, o bölgədəki erməni və rus kəndlərinin də yardımı ilə gecədən istifadə edərək şimaldan bir hücum hərəkatına girişdilər. [61] Bu bölgənin olduqca eniş-yoxuşlu bir ərazi quruluşu var idi. 30 iyunda səhərə yaxın min nəfərlik piyada, iki top və iki avtomat tüfənglə Göyçaya basqın etdilər. Erməni əsilli Emirov komandasındakı bolşevik qüvvələri Pəzəvənd və Kırdadut kəndlərindən hərəkata başladı. Topçu və avtomat tüfəng atışları ilə Göyçaya doğru hərəkət edirdilər. Xalq təlaş içində Ucar istiqamətində qaçırdı. Bu arada Göyçayda nizamlı bir hərbi qüvvə yox idi. Çox təhlükəli bir durum ortaya çıxmışdı. O gecə Qazaxdan Gəncəyə yeni gəlmiş olan könüllü süvari birliyinin başına öz təşəbbüsü ilə keçən minbaşı Əhməd Həmdi bəy şəhərin şimalına doğru hərəkət etdi. Bu arada Qərargah başqanı Qaraməryəm cəbhəsindəki 25-ci tabora telefonla xəbər verərək Göyçayın yardımına tələsməyi əmr etdi. Ağdaş ərazisi komandiri minbaşı İhsan bəyə də əmr verərək, əlindəki bütün qüvvələrlə yardıma gəlməsini istədi. [62] Əhməd Həmdi bəyin idarə etdiyi Azərbaycan süvari milisləri bolşeviklərə qarşı ləngitmə taktikası aparırdılar, ancaq davam gətirə bilmədilər və səhər saat 07.00 radələrində tamamən dağıldılar. [63]
    Qaraməryəm cəbhəsindəki 25-ci piyada taboru və bəzi milis qüvvələri Göyçaya çatmışdı. Göyçayın alınmaq üzrə olduğunu və cəbhənin arxadan mühasirə təhlükəsi olduğunu görən Nuru paşa Qaraməryəm ilə Ağdaş ətrafındakı bəzi qüvvələri ilə Göyçaydakı bolşeviklərin üzərinə göndərdi. Poylu stansiyasında yerləşən 9-cu Qafqaz alayı komandiri Cəmil Cahid bəy ilə Şəki və Zaqatala bölgəsindəki albay (polkovnik) Yusif bəyə dəstələri ilə Göyçaya hərəkət etmələrini əmr etdi. Topçu və avtomat tüfəng dəstəyindəki 25-ci piyada taboru Ağdaş milis və piyada bölüyü, bolşevik qüvvələrini Göyçaya girmədən mühasirəyə aldı. ġəhərin talan və məhv edilməsinin qarşısını aldı və qarşı hücuma keçərək, böyük hissəsini burada məhv etdi. Göyçayı talan etmə imkanı tapa bilməyən bolşevik qüvvələrinin geridə qalanı gəldikləri yoldan Pəzəvənd, Kırdadut və İvanovkadan Qaraməryəmə doğru məğlub halda qaçarkən, 13-cü Qafqaz alayı da cəbhədən hücuma keçmişdi. Bundan sonra əsas bir təqibə girişən 5-ci Qafqaz piyada diviziyası, bolşevik rus və erməni daşnak qüvvələrinə böyük itkilər verdirdi. Bu müvəffəqiyyət cəbhə hakimiyyətinin 5-ci Qafqaz piyada diviziyasının əlinə keçməsini təmin etdi. O biri qüvvələrin də şiddətli hücuma başlamasından sonra bolşeviklər Qaraməryəmdə də davam gətirə bilməyərək, məğlub halda şərq istiqamətində qaçmağa başladılar. [64] [65]
    Göyçay və Qaraməryəm savaşlarında Qızıl Ordu qüvvələrindən çox sayda silah və sursat ələ keçirildi. Ağdaş, Göyçay, Qaraməryəm və İsmayıllı ilə bölgədəki qəsəbə və kəndlərdə yaşayan erməni və ruslar qəti olaraq itaət altına alındı. Əllərindəki silahlar da toplandı. [66]
    Göyçay savaşında şəhid olan türk əsgərlərinin böyük bir hissəsi ilə yaralılar Gəncəyə aparıldı. Şəhidlər Gəncə ilə daha Şimal-qərbdəki Xanlar və Goranboy qəbiristanlıqlarında dəfn edildi. Bəzi şəhidlər isə İslam adət-ənənəsinə uyğun olaraq qanlı libasları ilə və şəhid olduqları yerdə dərhal o gün torpağa tapırıldı. Bu məzarlardan bəziləri Göyçay, Qaraməryəm, Bığır və İsmayıllı bölgələrindədir. Türk əsgəri Anadolunun bağrından qopub, Qaf dağından yüksələn imdad fəryadına yardıma gəlmiş və özlərinə heç də yabançı olmayan bir başqa vətən torpağının qara bağrında əbədi yuxuya getmişdilər.
    Türk Qafqaz İslam Ordusu Göyçay yaxınlarında savaşarkən, çarlıq tərəfdarı rus kazakı albay (polkovnik) Biçeraxov, 1500 tərkibli hərbi qüvvəsi ilə bərabər, Ənzəlidən gəmilərlə hərəkət etdi və 2 iyul 1918-ci ildə Bakının cənubundakı Ələt qəsəbəsində quruya çıxdı. Şaumyan ilə görüşüb, cəbhə bölgəsində araşdırmalar apardılar. Biçeraxov 6 iyulda da rus bolşevik-erməni daşnak qüvvələrinin komandanlığına gətirildi. Rus-erməni birləşmiş qüvvələrində cəbhənin sağ qanadının komandiri isə Korqanov idi. [67] Türk Qafqaz İslam Ordusu komandiri Nuru paşa erməni daşnak və rus bolşeviklərin ruslardan və ətrafdakı erməni kəndlərindən davamlı dəstək alaraq, arxadan və yandan basqın şəklindəki hücumlara qalxmalarının ordu üçün təhlükə törətdiyini düşünürdü. Bu hücumların davam etməsi halında 5-ci Qafqaz piyada diviziyasının böyük təhlükə altında olacağından əndişələnirdi. Bakının mövcud qüvvələrlə ələ keçirilə bilməyəcəyi qənaətinin qüvvətlənməsi səbəbiylə Şərq Orduları Qrupu Komandanlığından bir dəfə də dəstək istəməyə qərar verdi.
    [redaktə]Ağsu və Kürdəmirin azad edilməsi


    5-ci Qafqaz piyada diviziyasının komandiri Mürsəl paşa
    Qaraməryəmdə məğlub olan və darmadağın edilmiş halda qaçan Qızıl Ordu qüvvələrinin bir hissəsi türk ordusunun sıx təqibi altında Ağsuya gedərək burada bir müdafiə xətti təşkil etməyə çalışdı. 5-ci Qafqaz piyada diviziyası isə cəbhəni Müsüslü-Kilisli arasındakı xətt üzərində qurdu. Qaraməryəmdəki müvəffəqiyyətdən sonra cəbhəyə gedən Nuru paşa 10-cu və 13-cü Qafqaz alaylarına 5 iyul 1918-ci ildə hücuma keçmələri üçün əmr verdi. Rüşdü. Böyük Hərbdə Bakı yollarında, s. 81 Erməni daşnak və rus bolşevik qüvvələri təxminən 7 min nəfərlik bir hərbi qüvvə ilə Kürdəmirə doğru çəkilirdi. Türk ordusunun hərbi hərəkat planı bu şəkildə idi: Müsüslü dəstəsi Kürdəmirə basqın edəcək, mürəttəb süvari alayı da Xəlilli-Qarasaqqal istiqamətində hərəkət edərək Ağsu-Kürdəmir yolunu kəsəcəkdi. 13-cü alay isə Şamaxı-Ağsu xəttinə qarşı hücuma keçəcək, 10-cu alay da Kəlağaylı-Ağsu-Gürcivanın şimalındakı dağlıq bölgəyə basqın edəcəkdi. Beləcə ordunun arxadan mühasirə olunması imkanı ortadan qalxdıqdan sonra Ağsu tamamən azad ediləcək və daha sonra Kürdəmir üzərinə yeriyərək, şəhərə şimaldan giriləcəkdi. Türk Qafqaz islam Ordusu düşməni burada tamamən məhv etdikdən sonra Şamaxı üzərinə yeriyəcəkdi. Burada qüvvələr yenidən nizamlanacaq və Bakının ələ keçirilməsi üçün hərəkətə keçiləcəkdi. [68] [69]
    İsti bir havada başlayan hücum, yavaş irəliləyirdi. Ərazinin dik və eniş-yoxuşlu olması hərbi qüvvələrin yeni bir pusquya düşməmək üçün ehtiyatlı davranması və havanın qaralması kimi səbəblərlə hərəkat 6 iyula saxlanıldı. Ertəsi gün səhər tezdən hərəkata yenidən başlayan Mehmetçik Qızıl Ordu cəbhəsini yarıb, onları geri çəkilməyə məcbur etdi. Təlaş içində qaçan düşmən əsgərlərinin bir hissəsi Kürdəmirə, bir hissəsi də Ağsu təpələrini aşaraq Şamaxı istiqamətinə doğru çəkilirdi. 13-cü Qafqaz alayının qabaqcıl qüvvələri günortadan sonra Ağsuya girərək, qəsəbəni Qızıl Ordu qüvvələrindən tamamən təmizlədi. Erməni daşnak dəstələri, Şərqi Anadoluda Sarıqamış, Van, Ərdahan və bir çox yerdə etdikləri kimi, Ağsu qəsəbəsini də tamamən yandıraraq qaçmışdılar. [70]
    Ağsunun qurtarılması üçün aparılan əməliyyatlarda Qızıl Ordu birliklərindən bir səhra topu, beş pulemyot, bir cəbbəxana arabası, on beş nəqliyyat arabası və bir tibb çadırı ilə birlikdə çoxlu tibbi ləvazimat ələ keçirilmişdi.
    Göyçay basqınından sonra gücləndirmə qüvvəsi və xüsusilə cəbbəxana göndərilməsi ilə bağlı istəklərin sonunda, 9-cu Ordu komandanlığı 38-ci alayın 6 iyulda Gümrüdən hərəkət etdiyini və 11 iyulda Qazax stansiyasına daxil olacağını bildirdi. Türk Qafqaz İslam Ordusunun tərkibi yaralanma, itkilər və yoluxucu xəstəliklər üzündən getdikcə azalırdı. 38-ci alayda 65 zabit, 2475 əsgər, 701 heyvan, 2092 tüfəng, 16 ağır pulemyot və 4 güclü dağ topu, bir güclü dağ batareyası var idi. [71]


    Kürdəmir döyüşləri
    Qaraməryəm və Ağsudan qaçan Qızıl Ordu qüvvələrinin bir hissəsi cənub istiqamətində irəliləyərək, Müsüslü-Kürdəmir bölgəsinə çəkilmişdi. Cəbhə xəttinin Müsüslü bölgəsində isə bir bolşevik hərbi dəstəsi mühasirəyə alınmışdı. Həsən bəyin dəstəsi 250 piyada ilə gücləndirilərək 7 iyulda Kürdəmirə doğru qaçan düşməni təqib etməyə başladı. ġiddətli çarpışmalardan sonra Mehmetçik Qarasaqqal stansiyasını ələ keçirdi. 13-cü Qafqaz alayı bölgəni nəzarət altına alaraq Müsüslü yaxınlarına gəldiyində Həsən bəyin dəstəsi ilə Müsüslü dəstəsi də onlara qatıldı. Mehmetçik Kürdəmir yaxınlıqlarında axşama qədər davam edən qanlı vuruşmalardan sonra bolşevik qüvvələrini cənuba doğru sıxışdırdı. Göydəlikli-Çaylı xəttində İbrahimbəyli və Musabəyli kəndlərinə çatdı və gecəni burada keçirdi. 8 və 9 iyulda irəliləyişini davam etdirən 5-ci Qafqaz piyada diviziyası Kürdəmiri qəti olaraq qurtarmaq üçün 10 iyul səhəri hərəkətə keçdi. 13-cü alay şiddətli bir hücuma başladı. Döş-döşə gedən vuruşmalar oldu. Axşama doğru Dikaya diviziyanın süvari bölmələri ilə bir dağ topçu dəstəsi və 46-cı tabor da Kürdəmirə çataraq müharibəyə qatıldı. Burada tamamən mühasirəyə alınmaq və məhv edilmək üzrə olduğunu anlayan bolşevik zabitləri bölgəni tərk etməyə başladı. Aparılan təqib nəticəsində düşmən məğlub halda axşam saatlarında dağlara doğru çəkilməyə başladı. Beləcə üç gün davam edən şiddətli və qanlı vuruşmalardan sonra Kürdəmir və ətrafı rus bolşevik və erməni daşnak qüvvələrindən təmizlənərək tamamən nəzarət altına alındı. 5-cı Qafqaz piyada diviziyası cəbbəxana yoxluğunu düşmənə etdiyi basqınlardan əldə olunan ləvazimatlarla aradan qaldırmağa çalışırdı. [72] [73]
    5-ci Qafqaz piyada diviziyasının Bakı istiqamətində irəliləyə bilməsi üçün biri Ağsu-Şamaxı istiqamətindəki dağlıq ərazidən, digəri də Kürdəmir-Kərrar-Hacıqabul istiqamətində düz ərazidən hərəkatı sürdürməsi lazım gəlirdi. Bu da hərbi qüvvələrin bir-birindən uzaqlaşmasına və yardımlaşmalarının kəsilməsinə yol açacaqdı. İrəliyə doğru hərəkətin davam edə bilməsi üçün düzənlikdəki dəstələrin düşməni qısa müddətdə bölgədən qovub çıxarması şərt idi. Kərrar bölgəsindəki düşmənin geri oturdulması üçün 5-ci Qafqaz piyada diviziyası komandiri belə bir əmr verdi:
    "Bir tabor piyada, mürəttəb və milis süvari alayı Müsüslü dəstəsindəki süvari bölmələri və səhra topları ilə piyadaları və 13-cü alayın əmrindəki rus səhra topu qrupundan ibarət dəstə podpolkovnik Həbib Səlimov (Azərbaycanlı yarbay) komandasında 12 iyul 1918-ci ildə hərəkətə keçərək, Kərrar stansiyası və ətrafındakı düşməni geriyə oturdacaq və bölgəni işğal edəcəkdir. Eyni zamanda bir qisim dəstələr də Qarasaqqal kəndindəki düşməni zərərsizləşdirəcəkdir." [74]
    Müsüslü dəstəsinin 12 iyulda Kürdəmir yaxınlarındakı Kərrar stansiyasına etdiyi hücum uğurlu olmadı. Bunun başlıca səbəbi, ərazinin düz olması və düşmənin zirehli avtomobillərlə etdiyi qarşı hücumlar olmuşdur. 14 iyulda Kərrara edilən ikinci hücuma 13-cü piyada alayı da qatıldı və buradakı bolşevik rus və erməni daşnak qüvvələri geri oturdula bildi. [75]
    Göyçay yaxınlarında vuruşmalar davam edərkən bolşeviklər Gürcüstan hökumətindən dəmir yolunu kəsmələrini və türk hərbi qüvvələrinin istifadə etməsinə əngəl olmalarını istəmişdilər. Tiflisdə çap olunan qəzetlər Gürcüstan hökumətinin buna müsbət cavab verdiyini yazmışdılar. Türk Qafqaz İslam Ordusu tərəfindən Göyçayda əsir alınan erməni və rus zabitlərdən öyrənildiyinə görə, rus kazakı Biçeraxovun hərbi dəstələrindən 3 min nəfərin Cənubi Azərbaycandakı Ənzəlidən Bakıya çatdığı xəbəri gəlmişdi. Biçeraxovun Bakıdakı təxminən min nəfərlik əsir alman əsgərini silahlandıracağı və Bakını ələ keçirəcəyi, bolşevik və erməniləri şəhərdən qovacağı da gələn xəbərlər arasında idi. [76]
    [redaktə]Şamaxının azad edilməsi

    [redaktə]Qafqaz İslam Ordusunda yeni təşkilatlanma


    5-ci Qafqaz piyada diviziyasının qərargah rəisi Rüşdü bəy
    Qafqaz İslam Ordusu Göyçay ilə Salyan-Neftçala bölgələrindəki düşməni təmizlədikdən sonra iyul ayının ortalarında paytaxt Bakıya 130 kilometr yaxınlaşmışdı. Qarşılarında Ağsu təpələri və bundan sonra isə Şamaxı qəsəbəsi vardı. Ənvər paşa Nuru paşaya göndərdiyi əmrdə Bakının tezliklə düşmən işğalından qurtarılaraq hərbi hərəkatın sona çatmasını istəyirdi. Çünki Almaniya və Rusiyadakı bolşevik Sovet idarəsi hərbi hərəkatın dayandırılması üçün təzyiqlərini get-gedə artırırdılar.
    Nuru paşa almanların müdaxiləsi qarşısında Osmanlı hərbi qüvvələrinin Bakı üzərinə yürüşünü gizləyə bilmək üçün yeni bir təşkilatlanmaya getdi. Əvvəlcə Şərq Cəbhəsi və ya Bakı Cəbhəsi Komandanlığı quruldu. Başına da Mürsəl paşa gətirildi. Hərbi qüvvələr iki qrupa ayrıldı. Şimal qrupu, kurmay yarbay Osman bəy komandasında Şamaxı üzərindən Bakıya hərəkət edəcəkdi. Şimal qrupunu təşkil edən hərbi dəstələrindən 10-cu Qafqaz alayına yarbay Səlim bəy, 13-cü Qafqaz alayına yarbay Əhməd Rza bəy və süvari minbaşı Zihni bəyin komandirlik etməsi qərarlaşdırıldı. Bundan başqa 25, 26 və 28-ci taborlar da ehtiyat olaraq vəzifələndirildi. Bakı üzərinə yeriyəcək əsl qüvvələrin isə şimal qrupu olması qərarlaşdırıldı. [77]
    Cənub qrupuna da Azərbaycan türklərindən Həbib Səlimov komandirlik edəcəkdi. Bu qrup Müsüslü-Kürdəmir-Hacıqabul-Bakı dəmir yolu xətti boyunca cənuba doğru irəliləyəcək və qarşılarındakı düşməni təmizləyəcəkdi. Cənub Qrupu Komandanlığının tərkibində Müsüslü dəstəsi, 26-cı tabordan bir piyada bölüyü, bir süvari dəstəsi, 38-ci alayın 3-cü taboru, 27-ci tabordan iki piyada bölüyü, 5-ci Qafqaz piyada istehkam bölüyü ilə 2 top və bir zirehli qatar var idi.[78] [79]
    5-ci Qafqaz piyada diviziyasını möhkəmləndirmək məqsədilə iyul ayının 6-da Türkiyədən bir hərbi birləşmə yola salınmışdı. Bu birləşmədə 65 zabit və 2.475 sıravi var idi. Uzun bir yol gəldikdən sonra 38-ci alay iyul ayının ortalarında cəbhə xəttinə çatdı. Bu alayın 3 batalyonu paytaxt Gəncədə qaldı. 2 batalyonu Müsüslü dəstəsinə qoşuldu, 1 batalyon da ehtiyatda saxlanıldı. Beləliklə, 38-ci alayın əsgərləri digər birliklərə paylandı. 38-ci alayın komandanı yarbay Səlim bəy şimal qrupu Komandanlığına gətirilən 10-cu alay komandiri yarbay Osman bəyin yerinə keçdi. [80]
    Bakı üzərinə yeriyəcək qüvvələrin əsas hissəsini 5-ci Qafqaz piyada diviziyası və 38-ci alay təşkil edirdi. Bakının azad edilməsi üçün hazırlıqların getdiyi bir vaxtda, Almanlar şəhərin türklərin əlinə keçməsini istəmədiklərindən Türkiyə Baş Qərargahına etdikləri təzyiqi daha da qüvvətləndirmişdilər. Baş Komandan vəkili Ənvər paşa və Şərq Orduları Komandanlığı, Nuru paşaya ardıcıl təlimatlar göndərərək, Bakının tez bir zamanda düşməndən təmizlənməsini tələb edirdilər. Ancaq, Qafqaz İslam Ordusunun bir çox hərbi birləşmələri, ermənilərin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri qırğınların qarşısını almağa, asayişi təmin etməyə çalışırdı. Top və silah sarıdan korluq çəkən Türk hərbi birləşmələri cəbhə bölgəsində toplaşaraq, düşmənə sarsıdıcı zərbə vura bilmirdi. Silahın azlığından, lüzumsuz yerə atəş açılmırdı. Döyüşlərin getdiyi yerlərdə su qıtlığı olduğundan, əsgərlər arasında yoluxucu xəstəliklər yayılmışdı ki, bu da ordunun gücünə öz mənfi təsirini göstərirdi. Lakin bütün bunlara baxmayaraq, türk əsgərlərinin tezliklə Bakıya girməsi lazım idi. [81]
    Qafqaz İslam Ordusu Komandanı Nuru paşa 5-ci Qafqaz piyada diviziyası komandanlığına göndərdiyi gizli əmrdə belə deyirdi:
    "Almanlar Bakının Osmanlı qoşunu tərəfindən ələ keçirilməsi ilə barışa bilmədiklərindən, işə müdaxilə etməyə hazırlaşırlar. Vəhib paşa, əməliyyatın sürətlə icra edilməsini əmr edir. Bizə başqa kömək və sursat da gəlməyəcəkdir. Əsgərlərimizin yerləşdiyi mövqe susuz və insan sağlamlığı üçün əlverişsiz olmaqla bərabər, yoluxucu xəstəliklərin də ortaya çıxması işin getdikcə çətinləşəcəyindən xəbər verir. Hal-hazırda bolşevik qüvvələrinin sayı yüz mini keçməkdədir. Vaxt ötdükcə düşmənin İranda yerləşən Baratov qüvvələrindən istifadə etməsi və kənardan əlavə kömək alması mümkündür. Allahın köməyinə sığınaraq, ümumi hərəkətə şənbə günü, sübh tezdən başlamağı münasib bilirəm. Hədəfiniz Bakı olacaqdır" [82]
    [redaktə]Türk ordusunun Şamaxı üzərinə yürüşü


    Qafqaz İslam Ordusunun Şamaxıda fəxri keçidi
    Şamaxı və onun ətrafında törədilən qətllər barədə xəbərlər, tez bir zamanda Gəncədə Qafqaz İslam Ordusunun qərargahına çatdırıldı. Göyçay həndəvərində Qızıl Ordunun hərbi birləşmələrinin dağıdıldığını görən rus bolşevikləri və erməni daşnakları Şamaxıdan Bakıya doğru qaçırdılar. Nuru paşa 19 iyul 1918-ci il tarixində 13-cü Qafqaz alayının Şamaxı istiqamətində hücuma keçməsi və şəhərin ələ keçirilməsi barədə əmr verdi. Şimal qrupunun sərəncamında olan 10-cu Qafqaz alayının vəzifəsi Qızıl Ordu birliklərini Şərq və cənubdan mühasirə edərək, Bakıya doğru çəkilmələrinin qarşısını almaq və tamamilə məhv etmək idi. [83] [84]
    Hərəkətə gəlmək üçün əmr alan 13-cü Qafqaz alayı, Ağsudan Mədrəsə istiqamətində hücuma keçdi. Gecə boyunca leysan şəklində yağan şiddətli yağış və palçıq rabitəni pozmuşdu. Yağış altında və palçıq izində irəliləyişini davam etdirərək, Alpaqut yüksəkliklərini aşdı və səhər saatlarında Şamaxının cənubunda yerləşən Mədrəsə qəsəbəsinin ətrafındakı aşırım və təpələri ələ keçirdi. [85]
    Qızıl Ordu birləşmələri ġamaxının cənubundakı Mədrəsə qəsəbəsi ətrafında cəmləşməyə çalışırdılar. Malakan kəndi və ətrafındakı rusların da qoşulması ilə Qızıl Ordunun min nəfərdən ibarət əsgəri heyətinin sayı get-gedə artırdı. Mədrəsə qəsəbəsində olan 13-cü alay günorta saatlarında yeni bir hücuma başladı. Düşmən müqavimət göstərə bilməyib Şamaxı istiqamətində geri çəkilməyə başladı. Mədrəsə ətrafında gedən qanlı döyüşlərdə Türk Qafqaz İslam Ordusu bir yüzbaşı və dörd sıravi şəhid vermişdi.
    Qızıl Ordu birləşmələrinin Mədrəsədə məhv edilməməsi Nuru paşa və qərargahdakıları məyus etmişdi. Verilən əmrə görə düşmənin mütləq darmadağın edilməsi lazım idi. Çünki Bakıya çatan düşmənin yenidən öz qüvvələrini möhkəmlətməsi, Qafqaz İslam Ordusu üçün yeni bir təhlükə ola bilərdi. [86][87]
    Nuru paşa düşmənin Şamaxı yaxınlığında məhv edilə bilməməsi səbəbiylə cəbhə komandanlığına belə bir gizli əmr göndərdi:
    "Bugünkü hərəkətin nəticəsi məni razı salmadı. Çünki düşmənin əsir və məğlub olmasını, o cümlədən Bakıya çəkilməyə müvəffəq olmamasını istəmişdim. Daha əvvəl də sizə Göylər kəndi üzərindən Şamaxı-Bakı yolunu kəsmək üçün bir qolun hərəkətə gətirilməsinin münasib olacağını yazmışdım. Düşmənin qüvvəsi az və geri çəkilərkən, xırda-xuruş ardzı hissələrlə iki alayın məşğul olması və bunlardan 13-cü alayın Mədrəsəyə dönməsi məqsədə uyğun bir hərəkət deyil. Bundan başqa, əlinizdəki süvari ordunun hamısıyla və təcili olaraq düşməni uzaqdan mühasirəyə alacaq surətdə hərəkətə keçin. Ya piyada qüvvələrini sövq edərək, ya da hər süvari heyvanına bir piyada mindirərək əsl süvari qüvvələri gücləndirə bilərsiniz. Sabahkı hərəkətin nəticəsi bundan asılıdır".[87]
    Şimal və Cənub birlikləri Şamaxı yaxınlığında düşməni sıxışdıraraq arasıkəsilməz atəşə tutmağa çalışırdı. Mehmetçik, Məlikçoban-Çuxalı xəttində, 20 iyul gecəsinə qədər davam edən şiddətli döyüşlər nəticəsində bolşevik birləşmələrini dağıtdı və Şamaxı üzərinə yürüş etdi. Buranı qısa bir vaxt ərzində düşməndən azad etdi. Öndə piyada, ardınca isə süvari bölüklərinin təqibi düşmənə göz açmağa imkan vermirdi. Qızıl Ordu birliklərinin başçısı Kazarov ordunun geri çəkilməkdə olduğunu anlayaraq, geri dönmək əmri verdi. Mərəzə istiqamətinə doğru çəkilən düşmən, burada da müqavimət göstərə bilmədi. Get-gedə sıxışdırılan Hamazasp və Kazarov məğlub olacaqlarını başa düşərək, qəti bir hərəkətlə Bakı istiqamətində qaçmağa başladılar. Ətrafda yaşayan rus və erməni əsilli sakinlər də pərakəndə halda qaçan əsgərlərlə bərabər Bakıya doğru hərəkət etdilər. [88]
    Mərəzədə içməli su var idi. Mərəzə-Bakı arasında isə ordunun istifadəsi üçün təmiz su tapmaq mümkün deyildi. [89] Düşmən birlikləri 21 iyulda Mərəzədən Bakı istiqamətində pərakəndə halda qaçmağa başladı. Şamaxı və Mərəzə bölgələrindəki döyüşlərdə düşməndən iki top, üç top arabası, iki pulemyot, ikisi zirehli olmaqla üç avtomaşın, mərmi və əşya ələ keçirildi

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş