Bakının ingilislər tərəfindən işğalı Ənzəlidəki ingilis komandanı General Tomson, 12 noyabr 1918-ci ildə Bakıya bir heyət göndərərək, şəhərin 17 noyabr 1918-ci il tarixində saat 10.00-da işğal ediləcəyini, bu səbəbdən Bakının boşaldılmasını, Qafqaz İslam Ordusu Komandanı Nuru paşadan rəsmən tələb etdi. İngilis heyəti Mudros sazişi imzalandıqdan sonra davam edən Mahaçqala hücumu və bölgənin ələ keçirilməsinin, barışıq şərtlərinə zidd olduğunu nəzərə çatdıraraq, 17 noyabr 1918-ci il

Bu konu 1100 kez görüntülendi 0 yorum aldı ...
Bakının ingilislər tərəfindən işğalı 1100 Reviews

    Konuyu değerlendir: Bakının ingilislər tərəfindən işğalı

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1100 kez incelendi.

  1. #1
    ŞiMaL - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    10.12.2009
    Mesajlar
    21.656
    Konular
    10831
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @ŞiMaL

    Standart Bakının ingilislər tərəfindən işğalı

    Bakının ingilislər tərəfindən işğalı

    Ənzəlidəki ingilis komandanı General Tomson, 12 noyabr 1918-ci ildə Bakıya bir heyət göndərərək, şəhərin 17 noyabr 1918-ci il tarixində saat 10.00-da işğal ediləcəyini, bu səbəbdən Bakının boşaldılmasını, Qafqaz İslam Ordusu Komandanı Nuru paşadan rəsmən tələb etdi. İngilis heyəti Mudros sazişi imzalandıqdan sonra davam edən Mahaçqala hücumu və bölgənin ələ keçirilməsinin, barışıq şərtlərinə zidd olduğunu nəzərə çatdıraraq, 17 noyabr 1918-ci il tarixində saat 10.00-dan sonra Bakıda və bölgədə qalan türk əsgərlərini əsir götürəcəyini bildirdi. [253]
    Nuru paşa ingilislərə verdiyi cavabda, Bakının işğal edilməsi məsələsini Azərbaycan hökuməti ilə müzakirə etmək lazım olduğunu söylədisə də, General Tomson belə bir hökuməti tanımadıqlarını bildirdi. Bundan sonra Bakıdan bir heyət, Ənzəliyə getdi. İngilis generalı Tomson türk heyətinə verdiyi cavabda belə demişdi:
    "Bizim bildiyimizə görə Azərbaycan xalqının səsverməsi ilə qurulmuş bir respublika ortada yoxdur. Türk komandanlığının intriqaları ilə təşəkkül tapmış bir hökumət vardır. Madam ki siz bunun əksini iddia edirsiniz, gəlib vəziyyəti yerində araşdırar və ona uyğun qərar verərik". [254]
    General Tomson, Bakıya rus və erməni əsgəri gətirməyəcəyi barədə türk heyətinə söz də vermişdi. Nuru paşa, bu danışıqlarda 17 noyabra qədər Dağıstandakı qüvvələrin daşınmasının qeyri-mümkün olduğunu bildirərək, verilən vaxtın 26 noyabra qədər uzadılmasını istədi. General Tomson köçmə işlərinin verilən vaxt ərzində həyata keçirilməsində israr etsə də, sonradan Biləcəri stansiyasından əsgər daşıyan qatarların keçişinə icazə verilə biləcəyini qeyd etdi.
    Azərbaycandakı türk hərbi birlikləri və qərargahları yavaş-yavaş Xırdalanda toplaşmağa başlamışdı. Qafqaz İslam Ordusu Komandanı Nuru paşa, vəzifəsindən istefa verərək, Azərbaycan ordusunda xidmət etməyi qəbul etdi. Qafqaz İslam Ordusu ləğv edildiyi üçün Nuru paşa əmr və komandanı 5-ci Qafqaz piyada diviziyası komandanı Mürsəl paşaya həvalə etdi. Beləliklə, Mürsəl paşa Azərbaycandakı Osmanlı hərbi qüvvələrinin komandanı oldu.
    İngilis komandir General Tomson 17 noyabr 1918-ci il tarixində səhər saatlarında çar Rusiyası bayraqları altında üzən gəmilərlə Bakı limanına gəldi. Bərabərində təxminən 1.200 ingilis əsgəri ilə Dağıstanın şimalına çəkilən Biçeraxovun tabeliyindəki çar ordusundan bir alay qədər rus kazakı və bir neçə yüz erməni əsgəri var idi. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 641 Eyni gündə, Bakı səmalarında uçan rus təyyarələri xalqa vərəqələr ataraq "Bakının ana vətənə yenidən qovuşması münasibəti ilə Rusiya vətəndaşlarını" təbrik edirdi. [255] General Tomson isə 19 noyabr 1918-ci il tarixində yaydığı bir bildirişdə "Rusiyadan qoparılmış Qafqazın düşmən işğalından qurtarılması üçün Ufada qurulan rus hökuməti ilə razılığa gələrək Bakıya gəldikləri" barədə məlumat verirdi.
    Azərbaycan hökuməti, bu bildirişlə bağlı bir nota verərək General Tomsona etiraz etdi. Çünki Azərbaycan hökuməti çox ağır vəziyyətdə idi. Bir tərəfdən müharibənin qalibi olan ölkənin silahlı qüvvələri paytaxtı işğal etmişdi və Azərbaycan Respublikası adlı bir dövləti tanımadığını iddia edirdi, digər tərəfdən də xalqın seçdiyi və dəstəklədiyi bir Milli Məclis və onun Nazirlər Kabineti vəzifə baĢında idi. Üstəlik bu məclisin və hökumətin güvəndiyi silahlı güc isə ortadan çəkilmişdi. İngilislərin Bakını işğal etməsi şəhərdəki erməni və rus cəmiyyətləri və partiyalarına qol-qanad vermişdi.
    Baş Nazir Fətəli Xan Xoyskinin ciddi mövqeyi və Milli Məclisdəki siyasi partiyaların birlikdə fəaliyyəti nəticəsində, Bakının işğalından sonra yayılan şayiələrə son qoyuldu. Mandat fikri qətiyyətlə rədd edildi. Milli Məclis qəbul etdiyi bir qərarda Azərbaycan torpaqlarında yaşayan "rus və erməni əhalinin Məclis nizamnaməsinə görə hökumətə üzv ola biləcəklərini, bundan başqa irəli sürüləcək heç bir şərtin qəbul edilməyəcəyini" qətiyyətlə elan etdi. [256]
    [redaktə]Türk ordusunun çəkilməsi
    Əsas məqalə: Mudros müqaviləsi
    Bakıda olan türk hərbi birləşmələri şəhərin ətrafındakı münasib yerlərdə və sanki şəhəri mühasirəyə almış kimi yerləşmişdi. Bu vəziyyət, ingilisləri şübhələndirdi və türk hərbi birliklərinin geri çəkilməsinin nə üçün gecikdiyini soruşdular. "Yolların dağılması səbəbindən geri çəkilmə işlərinin mümkün olmadığı" cavabını aldılar. Alınan qərara görə, ilk olaraq 106-cı Qafqaz alayı 19 noyabr 1918-ci il tarixində birbaşa Qarsa getmək üçün Biləcəridən qatarla yola çıxacaqdı. 13-cü Qafqaz Alayı isə Puta stansiyasından qatarla Gəncə istiqamətində yola düşəcəkdi. [257]
    Bakıda bu hadisələr cərəyan edərkən, zabit, çavuş və sıravilərdən arzu edənlərin Azərbaycan ordusu sıralarında xidmətə keçməsi ilə əlaqədar Hərbiyə Nazirliyinin 27 oktyabr 1918-ci il tarixli qərarı, 23 noyabrda verilən yeni bir əmrlə ləğv edildi. 9-cu Ordu əmrinə görə, Şimali və Cənubi Qafqazdakı bütün zabit, çavuş və sıravilərin 30 dekabr 1918-ci il tarixinə qədər 9-cu Ordu sıralarına keçməyi tələb olunurdu. Əmrə tabe olmayanlar haqqında qanunla ölçü götürüləcəyi də bildirilirdi. [258]
    Bu əmrə görə 5-ci Qafqaz piyada diviziyası da Türkiyəyə qayıtmalı idi. Mürsəl paşa ingilis generalına göndərdiyi məktubda türk hərbi qüvvələrinin nəqlinə 19 noyabrdan etibarən başlanılacağını və 5-ci Qafqaz piyada diviziyası ilə 106-cı Qafqaz alayının 24 noyabr axşamüstü Biləcəri stansiyasından yola salınacağını bildirdi. Dağıstandakı birliklərin köçürülməsinə isə 21 noyabrda başlanılacağını və son eşelonun 26 noyabr 1918-ci il tarixində Biləcəridən keçəcəyini qeyd etdi. [259]

    Dağıstanda isə 15-ci piyada diviziyasının köçürülməsinə 21 noyabrda başlandı. Biçeraxov qüvvələrinin Mahaçqala yaxınlığından qaçarkən dağıtdığı Manas çayının üzərindən keçən körpü təmir edilərək, yalnız bir istiqamətdə qatar keçə biləcək bir vəziyyətə gətirildi. Türk hərbi birliklərini daşıyan son qatar 26 noyabrda Mahaçqaladan çıxdı. 15-ci piyada diviziyası qərargahı da elə həmin gün Dərbənddən tərpəndi. 15-ci piyada diviziyası komandanı (podpolkovnik) yarbay Süleyman İzzət bəy Mahaçqaladan Dərbənd istiqamətinə gedərkən, hansı hisslər keçirdiyini belə yazıya alıb:
    "Qatarın çox yavaş hərəkət etməsinə rəğmən, Manas körpüsündən keçərkən çox yırğalanırdı. Qeyri-ixtiyari nəzərlərimi şərqə, Xəzər dənizinə doğru çevirdim. Tarki dağına baxa bilmirdim. Çünki Manas körpüsünün qərbinə düşən bu dağda, bir çox şəhid müharibə yoldaşım və bunların içində ən qəhrəman və fədakar bölük komandirlərimizdən Əziz, Səbri və Haqqı əfəndiləri qoyub gedirdim. Heç bir yaralının Temirxan Şura və Mahaçqala xəstəxanalarında qalmaması üçün lazımi əmrləri vermişdim. Bunlar üçün xüsusi bir qatar hazırlatmışdım. Buna baxmayaraq mənə elə gəlirdi ki, kimsə qalıb. Buna görə də son dərəcə mütəəssir idim". [260]
    Şimali Qafqaz Komandanı Yusif İzzət paşa, Bakıya gələrək ingilis işğal qüvvələri komandanı General Tomson ilə görüşmüdü. General Tomson "Türkiyənin imzaladığı sazişdən kənara çıxılmayacağını və eləcə də Şimali Qafqaz hökumətini tanımayacaqlarını, Dağıstandakı Osmanlı əsgər və zabitlərinin də bölgəni boşaltmasının tələb olunduğunu" söyləmişdi. Bakıdan Dərbəndə gedən Yusif İzzət paşa, əvvəlcə Şimali Qafqaz (Dağıstan) Respublikasının əmrində qalacaq zabit və əsgər heyətinin bölgəni boşaltmaq üçün Temirxan Şurada dərhal toplanmasını istədi. İstər Bakı, istərsə də Dağıstanda olan hərbi birliklərin çəkilməsi haqqında verilən əmrlər bir-birini təkzib edirdi, ortada bir anlaşılmazlıq yaranmışdı. Dağıstanda yaralı türk əsgərlərindən qalan olub-olmadığı, silah, sursat və mühümmat qalıb-qalmadığı dəqiq məlum deyildi. Bu çəkilmə nizami bir şəkildə deyil, sanki düşmən qabağından qaçırmış kimi çox sürətli və təlaş içində gerçəkləşirdi. [261]
    Yusif İzzət paşa Dərbənddə qalaraq Temirxan-Şuradan gələcək türk zabit və əsgər heyətini gözləyirdi. 15-ci piyada diviziyası komandanı Süleyman İzzət bəy qəhrəman Mehmetçiyin Dərbənddən çıxmağını belə təsvir edir:
    "Hərəkətdən əvvəl musiqiçilərimiz vida havaları çalırdı. Dərbəndin isti qanlı insanları heyətimizlə qucaqlaşaraq, dostcasına vidalaşırdılar. Qatar yerindən tərpənəndə stansiyadakı camaat ağlayaraq, dəsmal yelləyərək bizi yola salırdılar. Stansiyadan çıxanda hamımızda bir hüzn var idi. Təxminən bir ay əvvəl Dərbəndə hücum edərkən düşmənin zirehli qatarından açılan ani atəş nəticəsində burada 56-cı alayın 1-ci batalyonundan 25 nəfər şəhid vermişdik. Ertəsi gün mühasirə ilə Şimali Qafqazın qapısı olan bu türk qəsəbəsini ələ keçirmişdik və cümə namazını qədim məsciddə xalq ilə birlikdə qılmışdıq. Şimali Qafqaz Respublikasının istiqlalını, düşmənin güclü hücumunu geri oturdarkən, burada elan etmişdik. Bunları düşünərək mütəəssir və pərişan bir halda Xaçmaza daxil olduq. Burada camaatla birlikdə bizi qarşılayan azərbaycanlılardan bir minbaşı, ağlayaraq bunları söylədi: "Sizlər buralara qədər gəldiniz. Bizə yardım edərək bizi Dövlət sahibi etdiniz. İndi bizləri qoyub gedirsiniz. Ancaq kimlərin ümidinə qoyub gedirsiniz?" Ona münasib sözlərlə təsəlli verdim". [262]
    15-ci piyada diviziyası komandanı və qərargahını aparan qatar, 29 noyabr 1918-ci ildə Biləcəri stansiyasına çatdı. Qəhrəmancasına döyüşdüyü və heyətindən bir çoxunu şəhid verdiyi ərazilərdən, yüksəkliklər və dərələr arasından keçərək, həzin duyğular içində Gəncəyə getdi. Gəncə Bələdiyyə sədri Həsən bəy, komandanlar Gəncədəykən Nuru paşa, Mürsəl paşa və Süleyman İzzət bəy ilə şəhər rəhbərlərinin də iştirak etdiyi bir vida yeməyi vermişdi. Nuru paşa qoltuq ağacı ilə yeriyən Süleyman İzzət bəyi təqdim edərkən, Bakının qurtuluşu üçün böyük fədakarlıqla döyüşən 38 və 56-cı alayların tabe olduğu 15-ci piyada diviziyasının komandiri olduğunu və daha sonra da Dağıstan və Mahaçqalanı fəth etdiyini bildirdi. Süleyman İzzət bəy də öz qısa nitqində bunları söylədi:
    "Yollarda gələrkən heç bir şəhid məzarı görmədim. Bu şəhidlərimizi toplayın və münasib bir yerdə dəfn edin. Bu şəhidlər içində, heç olmazsa zabitlərimizin adlarını və şəkillərini hərbi hissələrdən istəyin. Məmləkətinizin istiqlalı uğrunda bu qəhrəman silah yoldaşlarımızı gələcək tarixinizə yazın. Bunu, xüsusilə, Bələdiyyə sədrindən rica edirəm, dedim. Möhtərəm sədr bunun mütləq ediləcəyini vəd etdi". [263]
    Azərbaycan torpaqlarında son türk hərbi birliyi olan 15-ci piyada diviziyası komandanı və qərargahı 30 noyabr 1918-ci il tarixində Gəncədən Tiflisə yola düşdü. İstər Gəncədə, istərsə də Azərbaycanın son dayanacağı olan Ağstafa stansiyasında böyük bir izdiham var idi. Ortada heç bir məsul şəxs olmadığı üçün, sərhədin digər tərəfindəki gürcülər də türk əsgərinə böyük çətinliklər yaradırdılar.
    Hərbi birliklər, Gəncə və Ağstafa stansiyalarında gedəcəkləri istiqamətə görə qruplaşdırılmışdılar. 5-ci Qafqaz piyada diviziyası Sivasda, 15-ci piyada diviziyası isə Samsunda xidmət edəcəkdi. [264] Azərbaycan və Dağıstanı düşmən işğalından qurtaran və məğlub olmayan qəhrəman 5-ci Qafqaz və 15-ci piyada diviziyaları Batumda ingilislərin təzyiqi ilə qarılaşdılar. Çünki Batum, ingilislər tərəfindən işğal edilmişdi. 17-18 dekabr 1918-ci il tarixində iki İngilis döyüş gəmisi gəldi. 19 dekabrda Batum limanını nəzarətə götürdülər. 24 dekabrda da şəhərə hərbi vali təyin etdilər. Bütün idarə onun nəzarəti altında olmaq şərti ilə, müxtəlif millətlərdən ibarət bir heyət təşkil etdirərək, 27 dekabrda hakimiyyəti ələ aldılar.[265] [266] Müqavilə şərtlərinə uyğun olaraq, türk əsgərinin yüngül və ağır silahları müsadirə edildi, ərzaq, heyvan və digər imkanları müsadirə olundu.[267]


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Bakının ingilislər tərəfindən işğalı

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: ŞiMaL

          Cevaplar: 0

          Görüntüleme: 1100


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş