Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) http://imageshack.us/a/img820/9859/elmlerakademsisjdjd.jpg Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan Respublikasının (AR) elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanıdır. Akademiya Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir və Azərbaycanda bütün elmi təşkilatların və ali məktəblərin elmi fəaliyyətini əlaqələndirir, istiqamətləndirir, respublikada elmin inkişafını təşkil və təmin edir. Onun əsas məqsədi

Bu konu 1487 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 1487 Reviews

    Konuyu değerlendir: Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1487 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)

    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)


    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan Respublikasının (AR) elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanıdır. Akademiya Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir və Azərbaycanda bütün elmi təşkilatların və ali məktəblərin elmi fəaliyyətini əlaqələndirir, istiqamətləndirir, respublikada elmin inkişafını təşkil və təmin edir. Onun əsas məqsədi təbiət, texnika, ictimai və humanitar elmlər sahəsində fundamental və tətbiqi tədqiqatlar aparmaqla yeni biliklər əldə edib, ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməkdir.
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 1945-ci ildə yaradılmışdır. Bu dövr ərzində Elmlər Akademiyası nəhəng bir təşkilata, fundamental tədqiqatların əsas mərkəzinə çevrilmişdir. Akademiyanın (EA) yaranması əsrlərdən bəri Azərbaycanda elmi təfəkkürün formalaşmasının təbii nəticəsi olmuşdur. 60 il ərzində Akademiyada əldə edilmiş elmi nəticələr, çoxsaylı ixtiralar, hazırlanmış yüksəkixtisaslı kadrlar bu gün müstəqil Azərbaycan Respublikasının demokratik və hüquqi dövlət kimi formalaşmasında həlledici rol oynamışdır.
    Akademiyanın fəaliyyəti dünyada qəbul olunmuş, eyni zamanda respublikamızın maraqlarından irəli gələn müasir elmi istiqamətlərə müvafiq qurulmuşdur. Akademiyada elmin istiqamətləri üzrə elmi bölmələr, elmi, elmi- xidmət və sosial-xidmət müəssisələri fəaliyyət göstərir.
    Akademiya- onun tərkibinə seçilən Akademiya üzvlərini (həqiqi üzvləri, müxbir üzvləri, xarici üzvləri), fəxri doktorları, Akademiyanın elmi, elmi- xidmət, təhsil və sosial-xidmət müəssisələrində işləyən elmi işçiləri və mütəxəssisləri birləşdirir.
    Akademiyanın ali orqanı onun həqiqi üzvlərindən, müxbir üzvlərindən və xarici üzvlərindən ibarət olan ümumi yığıncaqdır. Akademiyanın vəzifələrini və funksiyalarını həyata keçirən idarəetmə orqan onun Rəyasət Heyətidir.(RH) Rəyasət Heyəti (RH) Akademiyanın prezidentindən, birinci vitse-prezidentindən, vitse-prezidentlərindən, akademik-katibdən, elmi bölmələrin akademik-katiblərindən və digər üzvlərindən ibarətdir. Rəyasət Heyətinə Akademiyanın prezidenti başçılıq edir. Rəyasət Heyətinin nəzdində elmi, elmi- xidmət, təhsil və sosial-xidmət müəssisələri, ensiklopediya, jurnal və digər elmi nəşrlərin redaksiyaları, elmi şuralar, komitələr, komissiyalar və cəmiyyətlər fəaliyyət göstərir.
    Hazırda Azərbaycan Milli Elmlər Akdemiyasında (AMEA) 10300-dən yuxarı əməkdaş, o cümlədən 5500-ə yaxın elmi işçi, 500-ə yaxın elmlər doktoru, 2000-dən yuxarı elmlər namizədi çalışır. Akademiyanın 60 həqiqi üzvü və 107 müxbir üzvü var. Onlar Akademiyanın və başqa qurumların elmi-tədqiqat strukturunda fəaliyyət göstərirlər.
    Müxtəlif illərdə Azərbaycanın ən görkəmli alimləri Azərbaycan Milli Elmlər



    Akdemiyasının (AMEA) prezidenti vəzifəsini icra etmişdir:
    Mirqasımov Mir Əsədulla Mir Ələsgər oğlu
    Məmmədəliyev Yusif Heydər oğlu
    Əliyev Musa Mirzə oğlu
    Xəlilov Zahid İsmayıl oğlu
    İsmayılov Rüstəm Hacıəli oğlu
    Abdullayev Həsən Məmmədbağır oğlu
    Salayev Eldar Yunis oğlu
    Maqsudov Fəraməz Qəzənfər oğlu və s.
    Azərbaycan Milli Elmlər Akademiyası altı elmi bölmədən ibarətdir: Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi, Kimya Elmləri Bölməsi, Yer Elmləri Bölməsi, Biologiya Elmləri Bölməsi, Humanitar və İctimai Elmlər Bölməsi və regional Naxçıvan Bölməsi. Elmi bölmələrin tərkibində elmi və elmi-xidmət müəssisələri, problem şuraları, komissiyalar, komitələr, elmi cəmiyyətlər, bölmənin profilinə uyğun elmi nəşrlər var. Naxçıvan Bölməsində isə tədqiqatlar geniş elmi istiqamətləri əhatə edir.
    Akademiyada 66 təşkilat, o cümlədən 48 elmi-tədqiqat, 9 konstruktor-texnologiya müəssisəsi, 2 regional elmi mərkəz, 4 muzey, 2 rəsədxana, 3 təcrübə-sınaq zavodu və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi fəaliyyət göstərir.
    Akademiyanın əsas struktur özəyi fundamental və tətbiqi tədqiqatlar aparan institutlarıdır. İnstitutlar Akademiyanın mühüm elmi istiqamətlərinə uyğun olaraq elmi-tədqiqat işlərin planlarını hazırlayır və yerinə yetirir, beynəlxalq elmi-texniki əməkdaşlığı həyata keçirir, elmi nəşrlər təsis edir, nəşriyyat fəaliyyətini həyata keçirir.
    Regional elmi mərkəzlər müvafiq bölgələrin təbii sərvətlərini, tarixini, mədəniyyətini və sosial-iqtisadi inkişafının müxtəlif problemlərini öyrənir.
    Akademiyada Azərbaycanın çoxəsrlik tarixinə, çoxsahəli iqtisadiyyatına, Azərbaycan xalqının mədəniyyətinin tarixinə, dil və ədəbiyyatımızın, ictimai-fəlsəfi fikrimizin, elm və incəsənətimizin zəngin irsinə aid çoxşaxəli tədqiqatlar aparılmış və dəyərli əsərlər nəşr etdirilmişdir.




    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1487


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş