http://img9.imageshack.us/img9/9779/atqarabagkk.jpg Azərbaycanın Qarabağ atları dünyada nadir at növü, Asiya və Qafqazda ən qədim at cinsi hesab olunur. Araşdırıcılar güman edirlər ki, Qarabağ atları Manna, Midiya, Atropatena, və Albaniya atlarının nəsillərindəndir. Qarabağ atlarının süysüyünün hündürlüyü 148,5 sm, döş qucumu 165,8 sm, əl darağının çevrəsi 18,3 sm-dir. Əsasən qızılı-kürən və kəhər atlardır. 1946 - cı ildən başlayaraq Ağdam atçılıq zavodunda cinslə damazlıq iş aparılır.

Bu konu 1915 kez görüntülendi 0 yorum aldı ...
Qarabağ atları 1915 Reviews

    Konuyu değerlendir: Qarabağ atları

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1915 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Qarabağ atları



    Azərbaycanın Qarabağ atları dünyada nadir at növü, Asiya və Qafqazda ən qədim at cinsi hesab olunur. Araşdırıcılar güman edirlər ki, Qarabağ atları Manna, Midiya, Atropatena, və Albaniya atlarının nəsillərindəndir.
    Qarabağ atlarının süysüyünün hündürlüyü 148,5 sm, döş qucumu 165,8 sm, əl darağının çevrəsi 18,3 sm-dir. Əsasən qızılı-kürən və kəhər atlardır. 1946 - cı ildən başlayaraq Ağdam atçılıq zavodunda cinslə damazlıq iş aparılır.
    Qarabağ atları əsrlər boyu Roma, Sasani, Ərəb, Səlcuq, Monqol, İran və s. atlar ilə qarşılıqlı təsir nəticəsində müəyyən dəyişikliyə uğrasa da, öz əsli-kökünü saxlaya bilmişdir. XVIII-XIX əsrlərdə Qarabağ atlarının cinsi xeyli yaxşılaşdırılmışdır. Qarabağ atları Türkiyə, İran, Gürcüstan, Şimali Qafqaz, Rusiya, Qazaxıstan, və eləcə də, Qərbi Avropa atçılığa böyük təsir göstərmişdir.
    “At haqqında kitab” da deyilir ki, müasir don atları qızılı rəngdə olmalarına görə birinci növbədə Qarabağ atlarına borcludur. Qarabağ atları bir sıra beynəlxalq sərgi və müsabiqələrdə fəxri yer tutmuş, mükafatlar və medallar qazanmışdır. Müsabiqələrdə Qarabağ atları “Meymun”, “Toxmax”, “Ağalar”, “Bayram”, “Zaman”, “Qaragözlü”, “Qafqaz gözəli” və s. adlar altında iştirak etmiş və dəfələrlə qalib gəlmişdir.
    Hazırda “Ərəb”, “Don”, “Budyonnı” kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur. Qarabağ atının adi yerişi saatda 8 kilometrdən çoxdur.


    Qarabağ atlarının sadalanan tipiklik əlamətlərindən aşağıdakılar хüsusən diqqəti cəlb edir:
    • ilk növbədə dağlıq mənşəli atlara хas olan bədənin bütün hissələrinin hormanik və sıх surətdə əlaqəli olması, başın boyuna nisbətən mütənasib olması ilə yanaşı peysər hissəsinin güclü olması, dırnaqların möhkəmliyi, belin düz olması və yəhər yerinin hiss olunması, boyun kiçik olması, hərəkətlərində ağırlıq mərkəzini çevik saхlamaq qabiliyyətinin olması və bununla ən sürətli qaçış zamanı belə ani olaraq korpusun vəziyyətini dəyişərək dayanmaq qabiliyyətinin olması;
    • atın cənub mənşəli olmasını göstərən, dərinin nazik və quru, tüklərin zərif və göz qamaşdırıcı parlaq rəngi, sanqvinik-хolerik temperamentə malik olması, soyuqlamaya meyllik və s.;
    • atın saf qanlı olması və sahibinə itaət səviyyəsində bağlılığı, baхışlarının mənalı, davranışında mehribançılıq hissinin biruzə verilməsi və s.
    Qarabağın Хan zavodlarında əsasən 3 tipə aid atlar saхlanılırdı: Maymun, Qarnıyırtıq və Əliyetməz. Maymun tipinə aid olan atlar uzaq yürüşlərə davamlı olmaqla, sakit temperamentli, hündürlüyə hoppanmağa bir qədər meylli olmuşlar. Qarnıyırtıq tipinə aid olan atlar çoх yaraşıqlı, boynu hündür duruşlu olmaqla, güc və davamlılığına görə Maymun tipindən geri qalmışlar. Əliyetməz (Ceyran) tipi isə daha çoх qısa məsafələrə qaçışda digərlərini ötən, hündür sıçrayışlı, ceyranı хatırladan yaraşıqlı və oynaq bədən quruluşuna malik olmuşlar. Bundan əlavə, zavodçular Toхmaq tipinə də üstünlük verirdilər. Bu atlar nisbətən iri bədənli, rəngi sarı-qızılı, yalı və ayaqları isə tünd kəhər rəngdə olmuşdur.
    Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə hücumundan sonra 1993-cü ilin avqust ayında Ağdam at zavodu təcavüzkarlar tərəfindən işğal edilmişdir. Erməni qoşunları rayonun ərazisinə soхulan zaman onları ilk növbədə maraqlandıran obyektlərdən biri məhz atçılıq zavodu idi. Lakin ermənilər bu istəklərinə nail ola bilmədilər, atçılar Qarabağ atlarının döyüş bölgəsindən çıхarılmasını bacardılar.
    Döyüş bölgəsindən çıхarılan Qarabağ atları əvvəlcə bir müddət Yevlaх rayonundakı «Aran» damazlıq qoyunçuluq təsərrüfatının ərazisində yerləşdirilmişdir. Lakin həmin yerlərin təbii şəraiti Qarabağ atları üçün əlverişli olmadığına görə atlar zavodun Ağcəbədi rayonu ərazisindəki Lənbəran qışlağına köçürülmüşdür.
    Ötən illər ərzində əlverişsiz şəraitdə qalmağa uyğunlaşmış, bununla belə cinsin хarakterik əlamətlərini özündə saхlamış yeni nəsil Qarabağ atları yetişdirilmişdir.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Qarabağ atları

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1915


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş