Xoy xanlığı
1747-ci ildə yaranıb. Maku, Naxçıvan, Qaradağ, Təbriz, Urmiya xanlıqları, habelə
Osmanlı imperiyası ilə həmsərhəd olub. Xoy, Salmas, Avacıq, Qotur, Ələnd,
Çaldıran, Çors, Qaraqoyunlu, Sökmənabad, Dərgah mahallarına bölünürdü. Əsası
Dünbülü tayfa başçıları tərəfindən qoyulub. Xoy xanlığı Türkmənçay müqaviləsinə əsasən Qacar dövlətinin tərkibində qalıb.