Qaraqoyunlu dövləti Mənşəcə Oğuzlann Yivə boyundan olan Qaraqoyunlular Yaxın və Orta Şərqin tarixində mühüm rol oynamışlar. Tarixi mənbələr VII əsrdən etibarən onların Azərbaycanda yaşaması haqqında məlumatlar verir. Monqol yürüşləri zamanı Şərqi Anadoluya çəkilən bu tayfalar XIV əsrin II yarısında Elxanilər dövlətinin süqutundan sonra Bayram Xocanın rəhbərliyi altında mərkəzi Ərciş və Van şəhərləri olan güclü tayfa birliyi yaratmışlar. XIV əsrin sonunda dövrün siyasi hadisələrinə

Bu konu 1483 kez görüntülendi 0 yorum aldı ...
Qaraqoyunlu dövləti 1483 Reviews

    Konuyu değerlendir: Qaraqoyunlu dövləti

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1483 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Qaraqoyunlu dövləti

    Qaraqoyunlu dövləti


    Mənşəcə Oğuzlann Yivə boyundan olan Qaraqoyunlular Yaxın və Orta Şərqin tarixində mühüm rol oynamışlar. Tarixi mənbələr VII əsrdən etibarən onların Azərbaycanda yaşaması haqqında məlumatlar verir. Monqol yürüşləri zamanı Şərqi Anadoluya çəkilən bu tayfalar XIV əsrin II yarısında Elxanilər dövlətinin süqutundan sonra Bayram Xocanın rəhbərliyi altında mərkəzi Ərciş və Van şəhərləri olan güclü tayfa birliyi yaratmışlar. XIV əsrin sonunda dövrün siyasi hadisələrinə qatılan Qaraqoyunlular Sürməli, Xoy və Naxçıvan bölgələrlndə möhkəmlənərək Qara Yusifin başçılığı altında bir neçə dəfə Təbrizi ələ keçirmişlər. Əmir Teymurun yürüşləri zamanı Cəlairi Sultan Əhmədlə birlikdə ciddi müqavimət göstərən Qara Yusif öncə Osmanlı sultanına, sonra isə Misir sultanına sığınmaq məcburiyyətində qalmışdır. 1405-ci ildə Əmir Teymurun ölümündən sonra Azərbaycanda onun varisləri arasında başlanan mübarizədən istifadə edən Qara Yusif 1406-cı ilin oktyabrında Teymuri Əbu Bəkiri Naxçıvan yaxınlığında, 1408-ci ilin aprelində isə Təbriz yaxınlığında Sərdrud döyüşündə məğlub edərək, Teymurilərin Azərbaycandakı ağalığına son qoymuşdur. Qara Yusif 1410-cu ilin avqustunda Təbriz yaxınlığında Cəlairi Sultan Əhmədi məğlub edərək Cəlairilər dövlətinə son qoymuş və mərkəzi Təbriz olan Azərbaycan Qaraqoyunlu dövlətini yaratmışdı. Qaraqoyunlu dövlətinə Kürdən cənuba Azərbaycan torpaqları, Şərqi Anadolu, Ərəb Iraqı və Əcəm Iraqı daxil olmuşdur. 1453-1458-ci illərdə Cahanşahın (1436-1467) dövründə Əcəm İraqına, Mazandaran və Xorasana yürüşlər nəticəsində dövlətin şərq sərhədləri Xorasana kimi genişləndirilmişdir. 1458-ci ildə Herat tutulsa da, Teymuri Əbu Səidlə bağlanan müqaviləyə görə Qaraqoyunlular Heratı tərk etmişlər.
    Cahanşah 1467-ci ilin noyabrında Ağqoyunlular üzərinə yürüş zamanı Muş yaxınlığında Səncək adlı yerdə Uzun Həsənin hücumuna məruz qalmış və öldürülmüşdür. Uzun Həsən 1468-ci ildə Cahanşahın oğlu Həsənəli üzərində qələbədən sonra Qaraqoyunlu dövlətinə son qoymuşdur.
    Paytaxtı Təbriz şəhəri

    Hakimiyyətdə olan hakimlər:
    1392-1420 Qara Yusif
    1421-1438 Qara İsgəndər
    1429-1431 Əbu Səid
    1438-1467 Cahanşah
    1467-1468 Həsənəli


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Qaraqoyunlu dövləti

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1483


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş