Şəddadilər dövləti Sülalənin banisi Məhəmməd ibn Şəddad ibn Qurtaq Salarilər hökmdarı Mərzban ibn Məhəmmədin həbs olunmasından sonra yaranmış vəziyyətdən istifadə edərək 951-ci ildə, Mərzbanın tabeçiliyində olan Dvin (Dəbil) şəhərini ələ keçirir. Bu zaman Azərbaycanı idarə edən İbrahim Salari atasının vassalı Vayzur (Vayotsdzor) hakiminin qoşununu Məhəmməd ibn Şəddada qarşı göndərir. Lakin Məhəmməd şəhər əhalisinin köməyilə Salari qoşunlarını darmadağın edə bilir. Çox keçmədən,

Bu konu 7185 kez görüntülendi 0 yorum aldı ...
Şəddadilər dövləti 7185 Reviews

    Konuyu değerlendir: Şəddadilər dövləti

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 7185 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Şəddadilər dövləti

    Şəddadilər dövləti



    Sülalənin banisi Məhəmməd ibn Şəddad ibn Qurtaq Salarilər hökmdarı Mərzban ibn Məhəmmədin həbs olunmasından sonra yaranmış vəziyyətdən istifadə edərək 951-ci ildə, Mərzbanın tabeçiliyində olan Dvin (Dəbil) şəhərini ələ keçirir. Bu zaman Azərbaycanı idarə edən İbrahim Salari atasının vassalı Vayzur (Vayotsdzor) hakiminin qoşununu Məhəmməd ibn Şəddada qarşı göndərir. Lakin Məhəmməd şəhər əhalisinin köməyilə Salari qoşunlarını darmadağın edə bilir. Çox keçmədən, İbrahimin özünün başçılıq etdiyi qoşun Dvini ələ keçirə bilir və Məhəmməd öz adamları ilə birgə Vaspurakana qaçır; 955/56-cı ildə Vaspurakanda vəfat edir. Dvin əldən çıxdıqdan sonra Məhəmmədin Vayzur hakiminin himayəsinə sığınan iki oğlundan böyüyü - Əbülhəsən Əli Ləşkəri 965-ci ilədək Vayzurda qalır. Kiçik oğlu Fəzl isə nəhayət, Salarilərə xidmət etməyə başlayır və Salari hakimi Əli ət-Tazi tərəfindən idarə olunan Gəncəyə gələrək 969/70-ci ilədək burada yaşayır. Gəncədə olarkən Fəzl şəhər rəisinin məsləhəti ilə böyük qardaşı Ləşkəriyə xəbər göndərərək onu Gəncəyə dəvət edir və Gəncə hakimi olmağa razılıq verməsinə nail ola bilir. Fəzllə razılığa gəlmiş Gəncə şəhərinin rəisi Yusif əl-Quzzaz şəhərin Salari hakimini həbs etdirərək şəhər qapılarını Ləşkərinin üzünə açdırır. Beləliklə, Ləşkəri ibn Məhəmməd 971 -ci ildə Gəncənin idarəsini ələ alaraq sülaləsinin hakimiyyətinin əsasını qoyur. Çox keçmədən Şəddadilər Gəncə ətrafında olan Bərdə, Şəmkir və b. torpaqlarda möhkəmləndilər. Ermənistanın şərq hissəsini ələ keçirdilər.
    Dövlətinin ərazisi əsasən Kür-Araz çayları arasındakı torpaqları əhatə edirdi. Şəddadilər şimal tərəfdən Şəki və Kaxetiya çarlığı, cənubdan Rəvvadilər dövləti ilə həmsərhəd idi. Dövlətin cənub-qərbində yerləşən Dəbil şəhəri də Şəddadilərə tabe idi. 1088-ci ildə səlcuqlar bu dövlətin valığına son qoydular.
    Paytaxtı Gəncə şəhəri olmuşdur

    Hakimiyyətdə olan hökmdarlar:
    971-978 Əbülhəsən Ləşkəri
    978-985 Mərzban ibn Məhəmməd
    985-1030 Fəzl ibn Məhəmməd
    1031-1034 Əbülfəth Musa ibn Fəzl
    1034-1049 Əbülhəsən Əli Ləşkəri
    1049-1067 Əbüləsvər Şavur
    1067-1088 II Fəzl




    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Şəddadilər dövləti

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 7185


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş