Qərənfil Dünyaminqızı filologiya elmləri üzrə fəlsəfə doktoru 23 noyabr 1948-ci il. Mətbuatımızın, musiqimizin inkişafında təkrarolunmaz rol oynamış sənətkar, əyilməz şəxsiyyət Üzeyir bəy Hacıbəylinin haqq dünyasına qovuşduğu tarix. Bu günə kimi oxuduqlarıma və eşitdiklərimə görə XX yüzilliyin əvvəllərində Azərbaycan xalqı iki dəfə belə möhtəşəm dəfn mərasimi keçirib. 30 noyabr 1907-ci il. Milli mətbuatımızın ilk yaradıcısı Həsən bəy Zərdabinin son mənzilə yola salındığı

Bu konu 2067 kez görüntülendi 0 yorum aldı ...
Axı o Üzeyir bəy idi...Qərənfil Dünyaminqızı filologiya elmləri üzrə fəlsəfə doktoru 2067 Reviews

    Konuyu değerlendir: Axı o Üzeyir bəy idi...Qərənfil Dünyaminqızı filologiya elmləri üzrə fəlsəfə doktoru

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2067 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Axı o Üzeyir bəy idi...Qərənfil Dünyaminqızı filologiya elmləri üzrə fəlsəfə doktoru



    Qərənfil Dünyaminqızı
    filologiya elmləri üzrə fəlsəfə doktoru


    23 noyabr 1948-ci il. Mətbuatımızın, musiqimizin inkişafında təkrarolunmaz rol oynamış sənətkar, əyilməz şəxsiyyət Üzeyir bəy Hacıbəylinin haqq dünyasına qovuşduğu tarix. Bu günə kimi oxuduqlarıma və eşitdiklərimə görə XX yüzilliyin əvvəllərində Azərbaycan xalqı iki dəfə belə möhtəşəm dəfn mərasimi keçirib.
    30 noyabr 1907-ci il. Milli mətbuatımızın ilk yaradıcısı Həsən bəy Zərdabinin son mənzilə yola salındığı gün.
    “Böyük və dərin, təmiz və ülvi eşq poeması “Leyli və Məcnun”un, şən və fərəhli “Arşın mal alan”ın, igidlik, qəhramanlıq, məğlubedilməzlik motivləri ilə dolu olan “Koroğlu”nun yaradıcısı, istedadlı bəstəkar, kəsərli qələm sahibi, geniş dünyagörüşünə malik vətənpərvər, millətsevər, həssas qəlbli insan Üzeyir bəy Hacıbəyli, 60 il bundan əvvəl ölkəmizin təzadlı, ziddiyyətli bir dövründə haqq dünyasına köç etdi.
    Üzeyir bəy sanki bu köçü gözləyirdi. Son günlərdə ona baş çəkməyə gələnlərə “vaxtdır, köçmək gərək, bu dar fənadan” demişdir. Bu geniş dünyanı dahi sənətkara dar etmişdilər. Çünki ciyərparası Ceyhunundan uzaq düşmüş (qardaşı Ceyhun bəyə qarşı aparılan amansız təqiblər, təhqirlər Üzeyir bəyi için-için yandırırdı. Yəqin Fəxri Xiyabandakı boş yer çoxlarına bəllidir. Üzeyir bəyin məzarının sol tərəfində həyat yoldaşı Məleykə xanımın məzarıdır. Sağ tərəfində isə bir məzarlıq boş yer buraxılıb. Üzeyir bəy Ceyhununa heç olmasa məzarıstanda qovuşmaq həsrətilə köç etmişdir – Q.D.), 15 ilə yaxın yazıb-yaratdığı jurnalistik-publisistik qələminə həsrət qalmışdı...
    Hər an, hər gün canı, qanı, varlığı qədər sevdiyi müstəqil Azərbaycanının ünvanına “Müsavat dövrü” deyə eşitdiyi böhtanlar, təhqirlər usandırmışdı onu. Xaricən sakit görünsə də daxilən bütün varlığı ilə alışıb yanırdı, Üzeyir bəy. Xasiyyətinə xas olan bir təmkinlə, hər bir hərəkətini, sözünü ölçüb-biçməklə bu məddahlardan uzaq olmağa çalışırdı. Onu sındıra bilməyən məddahlar ona qarşı soyuqluq, laqeydlik yaratdılar. Bu soyuq münasibət uzun illər – Üzeyir bəyin sağlığında da, ölümündən sonra da davam etmişdir.
    1925, 1935, 1945-ci illərdə çıxan dövrü mətbuatı çox vərəqlədim. Nə qəzet, nə jurnal səhifələrində, nə də arxiv materiallarında dünya şöhrətli sənətkarın yubileyi ilə bağlı heç nə ilə rastlaşmadım. Çünki bu yubileyi keçirməyə imkan verməmişdilər...
    23 noyabr 1948-ci il. Dahi Üzeyir bəyin haqq dünyasına qovuşduğu gün...
    23 noyabrdan – 2 yanvar 1949-cu il tarixinə kimi respublikamızda çap edilən mətbuat orqanlarının demək olar ki, hamısını vərəqlədim. Lakin bu 40 gün ərzində Üzeyir bəy sənətinə, istedadına, şəxsiyyətinə layiq yazılar görmədim. Hələ o zaman respublikanın ən mötəbər mətbuat orqanı sayılan “Kommunist” qəzetinin 23-24 noyabr 1948-ci il saylarında yalnız sənətkarın ölümü ilə bağlı 3-4 başsağlığı teleqramı, bir-iki seir və yazı ilə rastlaşdım. “Azərbaycan gəncləri” qəzeti də bu laqeydlikdə “Kommunist”dən geri qalmırdı.
    Gözdən keçirdiyim mətbuat orqanları arasında həmin il nisbətən “Ədəbiyyat” qəzetində daha geniş materiallarla rastlaşdım. Qəzetin 28 noyabr tarixli sayında Üzeyir bəyin portreti, dəfn mərasimindən foto, Səməd Vurğunun “Eşq olsun sənətkara” adlı şeiri, M. Arifin, M. Cəlalın, Ə. Vəliyevin məqalələri çap edilmişdir.
    1949-50-51-ci illər. Dahi Üzeyir bəyin vəfatının ildönümü münasibətilə yenə bir neçə qəzetlərə nəzər saldım. 23 noyabr 1949-cu ildə çap olunan “Kommunist” qəzetində yalnız Əfrasiyab Bədəlbəylinin “Böyük bəstakar” adlı yazısı var idi.
    26 noyabr 1949-cu il “Ədəbiyyat” qəzeti. Q. Qubad imzası ilə “Üzeyir Hacıbəyov irtica ilə mübarizədə” sərlövhəli məqalə çap edilib. İlk cümləsindən, son cümləsinə kimi cümhuriyyətimizin, onun liderlərinin təhqirə məruz qaldığı bu yazını oxumaq nə yaxşı Üzeyir bəyə qismət olmayıb. Xalqına, millətinə böyük sevgisi, sayğısı olan, onun azadlığını, müstəqilliyini, canından çox sevən Üzeyir bəyin yəqin ki, həmin an ürəyi dayanardı.
    6 iyun 1949-cu il “Ədəbiyyat” qəzeti. Bircə səhifəsini xalqının böyük oğlu Üzeyir bəyə həsr etməyə xəsislik edən “Ədəbiyyat”çılar sözügedən tarixli sayını böyük səxavətlə rus şairi A. S. Puşkinin anadan olmasının 150 illik yubileyinə həsr etmişdir. “Respublikamızda Puşkin günləri” altında verilən bu məqalələri oxuduqca hiss etdim ki, rus şairinin yubileyi ölkəmizdə yetərincə geniş miqyasda qeyd edilib. Mən bunun əleyhinə deyiləm və bununla rus şairinin istedadına şübhə də etmirəm. Amma hər halda Üzeyir bəy də, Üzeyir bəy idi. Fitri istedadı, təmiz mənəviyyatı, əyilməz şəxsiyyəti ilə böyük olan Üzeyir bəy...
    Üzeyir bəylə bağlı o dövrün mətbuatını gözdən keçirərkən qəribə və qəribə olduğu qədər də haqsız bir faktla rastlaşdım. İstər sağlığında, istərsə də dünyasını dəyişdikdən sonra Üzeyir bəy haqqında yazılan məqalələrin heç birində onun jurnalistik, publisistik fəaliyyəti ilə bağlı bircə cümlə ilə də rastlaşmadım.
    Axı dahi bəstəkar 1907-ci ildə “Leyli və Məcnun” operasını yazmağa başlarkən artıq Bakıda mətbuat aləmində kəsərli qələm sahibi kimi tanınmaqda idi. O, burada günün zəruri, ictimai-siyasi problemlərindən bəhs edən publisistik məqalələr çap etdirir, kəskin qələmli bir jurnalist kimi şöhrət qazanır.
    Unutmaq olmaz ki, Azərbaycan jurnalistikası və publisistikası tarixində Üzeyir bəyin özünəməxsus yeri və rolu olmuşdur. Onun mətbuatla bağlı yaradıcılığının ən ciddi mərhələlərindən biri də Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. Bu dövrdə Üzeyir bəyin jurnalistik və publisistik fəaliyyəti əsasən “Azərbaycan” qəzeti ilə bağlı idi. Yazıları demək olar ki, qəzetin bütün saylarında nəşr olunmuşdur. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, o, qəzetdə işlədiyi müddətdə həm də parlament müxbiri kimi fəaliyyət göstərmişdir. Ü. Hacıbəyli demokratik ideyaları təbliğ edən ən aktiv publisist kimi fərqlənmiş, AXC-nin istiqlal savaşında mübariz mövqedən çıxış etmiş, rəhbərlik etdiyi mətbu orqanın da ideya istiqamətini bu yöndə müəyyənləşdirmişdir.
    Ü. Hcıbəylinin publisistikasında milli istiqlal ideyası aparıcı xətt kimi seçilir. Burada milli azadlığın tərənnümü olduqca güclüdür. Alovlu publisist “Tarixi günümüz” adlı məqaləsində (1918-ci il 7 dekabr) istiqlalımızı mühüm bir hadisə kimi qeyd edir: “Bu gün o gündür ki, Azərbaycan Türklərinin Milli Məclisi, Milli Şurası olub”. “Təəssürat” başlıqlı yazıda isə demokratik cəmiyyətin səciyyəvi cəhətləri təsvir edilir. Müəllif burada “Vahid Rusiya və Azad Azərbaycan” Şurasına münasibət bildirərək yazır ki, “Hər halda biz vahid Rusiya qurmaq işlərinə heç bir vəchlə xələl yetirib mane olmarıq, bu şərtlə ki, bu işdən bizim istiqlalımıza zərər dəyməsin”.
    Görəsən Üzeyir bəy bu cümlələri yazarkən xəyalına gətirirdimi ki, istiqlalımıza zərəri elə sapı özümüzdən olan baltalar vuracaq?
    Bu məddahlar sanki istiqlalımızı məhv etmək üçün yarışa girmişlər. Bunun sübutu üçün 1920, 30, 40, 50, 60-cı illərin dövrü mətbuatını gözdən keçirmək kifayətdir. Mətbuat orqanlarımızın böyük əksəriyyətində S. Şaumyana, İ. Fiolotova, M. Əzizbəyova, A. Çaparidzeyə həsr edilmiş yüzlərlə şeirlərə, elmi, tarixi və bədii-publisistik məqalələrə rast gəldim. Dəxli oldu-olmadı. Sanki qəzetlərimiz və yazarlarımız onların şəninə “bəy” tərifi demək üçün yarışırlarmış. Bu yazıların imzalarına diqqət etdim. Şair, yazıçı, alim, tədqiqatçı, müəllim və s. imzaların əksəriyyətini tanıdım. Onların arasında dünyasını dəyişənlər də var, yaşayanlar da...
    Burada Üzeyir bəyin “Bəyani-Məslək” sərlöhvəli məqaləsini xatırladım: “Məslək – hər kəsin etiqad etdiyi bir yoldur... Məsləkə xidmət edən şəxs haman məsləkə xəyanət etməməlidir”.
    Görən bəs onda bu yazıların müəlliflərinin məsləki nə idi ki, belə dəyişdilər?! Fikirləşdim. Bilmədim. Yenidən Üzeyir bəyi xatırladım. ...Nə yaxşı bunları görmədin böyük insan. Allah sənə rəhmət eləsin.




    1 Şərh əlavə edilmişdir




    Ad və soyadı: Nəriman Qasımoğlu


    Şərh: O dövrdə müstəqil dövlətimiz AXC, yəni Azərbaycan Xalq Cumhuriyyəti olmayıb. Sadəcə Azərbaycan Cumhuriyyəti adlanıb. İndiki dillə, Azərbaycan Respublikası. Həm də o termin dövlətin idarə edilməsi şəkli olaraq işlənib, adı kimi yox. Baxın o dövrün pul əskinaslarına, baxın M.Ə.Rəsulzadənin əsərlərinin adlarına...



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Axı o Üzeyir bəy idi...Qərənfil Dünyaminqızı filologiya elmləri üzrə fəlsəfə doktoru

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 2067


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş