Vüqar Zifəroğlu «Oğuz» Müstəqil Araşdırmaçılar Qrupu İdarə Heyətinin sədri, fəlsəfə doktoru Türkologiya uzun müddət qarşısına qoyulan səddləri aşaraq, nəhayət ki, adını öz üzərinə götürdüyü ulu bir etnosun tarix və ədəbiyyatının qaranlıq səhifələrinə qovulmuş şanlı irsini öyrənmək istiqamətində ciddi nəticələr əldə etməkdədir. Əsasən 20-ci əsrdən populyarlaşan «bəşəriyyətin ən mədəni və şanlı irsini hind-avropalılar yaratdılar» şüarı ilə oturub-duran «alimlər» tərəfindən

Bu konu 1628 kez görüntülendi 0 yorum aldı ...
Qərbi Avropa dillərində türkizmlərVüqar Zifəroğlu «Oğuz» Müstəqil Araşdırmaçılar Qrup 1628 Reviews

    Konuyu değerlendir: Qərbi Avropa dillərində türkizmlərVüqar Zifəroğlu «Oğuz» Müstəqil Araşdırmaçılar Qrup

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1628 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Qərbi Avropa dillərində türkizmlərVüqar Zifəroğlu «Oğuz» Müstəqil Araşdırmaçılar Qrup

    Vüqar Zifəroğlu
    «Oğuz» Müstəqil Araşdırmaçılar Qrupu İdarə Heyətinin sədri,
    fəlsəfə doktoru

    Türkologiya uzun müddət qarşısına qoyulan səddləri aşaraq, nəhayət ki, adını öz üzərinə götürdüyü ulu bir etnosun tarix və ədəbiyyatının qaranlıq səhifələrinə qovulmuş şanlı irsini öyrənmək istiqamətində ciddi nəticələr əldə etməkdədir. Əsasən 20-ci əsrdən populyarlaşan «bəşəriyyətin ən mədəni və şanlı irsini hind-avropalılar yaratdılar» şüarı ilə oturub-duran «alimlər» tərəfindən ortaya atılmış paradokslarla zəngin bir əfsanə, nəhayət ki, bir çox türkoloq ziyalıların göstərdikləri çaba ilə gerçək sifətini açmağa başladı. Oljas Süleymanov demişkən, «Budda ayağına tapınan buddalılar tək, Hind-Avropa çəkməsinin dar qəlibinə sitayiş edən çəkməçilər bizə həqiqəti söyləyə bilməz, bu həqiqəti biz özümüz yada salmalıyıq». Böyük bir mədəni epoxanın yaradıcısı olan türklərə o dərəcədə həqarət edilirdi ki, onlarda hətta bir yazı və əlifbanın olmadığı belə müzakirə predmetinə çevrilmişdi. «Türklər köçəridir, maldardır, onların mədəni irsi ola bilməz, yalnız oturaq etnoslar mədəniyyət yarada bilərlər» kimi cılız və heç nəyə əsaslanmayan arqumentlərlə, hind-avropaçılar, əslində ortada olan zəngin mədəniyyətə sahib çıxmaq arzusu ilə alışıb-yanırdılar. Az qala hər qəbir daşını və tarixi –arxeoloji tapıntını öz adlarına çıxarmaq həvəsində olan bu «alimlər» tarixi ədalət prinsipi deyilən anlayışı özlərinə yaxın buraxmaq barədə belə düşünmürdülər. Halbuki, türklər həm oturaq, həm də köçəri olmuşlar. Son on illərin arxeoloji qazantıları sübut etdi ki, Ural, Qərbi Sibirin meşə-çöl hissəsindən İrtış və İşım çaylarına qədər olan ərazilər, həmçinin, Mərkəzi və Orta Asiya, Qara dəniz, Xəzər dənizi ətrafı, Azərbaycan, Anadolu və İran yaylasını əhatə edən Ön Asiya ilə birgə nəhəng bir arealda neolit və eneolit dövrünün təcəssümü olan qüdrətli və vahid mədəni – tarixi epoxa mövcud olub. Və bu epoxanın yaradıcıları da məhz türklər olmuşlar. Hərbi qüdrəti və mədəniyyəti ilə qonşu etnosları öz təsiri altına sala bilən türklər onların mədəniyyətinə hər vəhclə təsir edirdilər. Məhz bu cür türk öz dili vasitəsi ilə dünya linqvistikasına öz töhfələrini verdi.
    Bu gün bir çoxları öz ana dilimizdə danışmağa sanki utanır və ya bunu yüksək intellekt göstəricisi kimi qəbul etmirlər. Əfsuslar…Bu gün türkoloqiya indinin özündə ən populyar olan və beynəlxalq statusu qazanmış dillərə türk dilinin nə qədəb böyük təsir etmiş olduğunu araşdırırlar. Bundan xəbərimiz yox, buna görə də adam, hər vəhclə ingiliscə, rusca, ərəbcə, fransızca, almanca, hətta moltanıca belə danışmağa səy göstərir, öz dilindən başqa, çünki birincilər «əcnəbidir» və bu lisanlarda danışmaq onların nə qədər «müasir proqressiv və xarizmatik gəncliyin nümayəndəsi» olduğunu bütün çabası ilə üzə çıxarmalıdır.
    Unutmaq olmaz ki, qədim zamanlarda, o vaxtlar ki, hind-avropalılar hələ kiçik tayfalar halında biri-biriləri ilə savaş edirdilər, türklər «ari» (prof. Yusif Yusifovun fikrincə, bu sözün mənası türkcə «təmiz» deməkdir, prof. Elməddin Əlibəyzadə isə bu sözü digər türk sözü, igid, cəsur anlamını verən – «ər» sözü ilə eyniləşdirir) adı altında skif, sak, kimmer, massaqet tayfalarının rəhbərliyi altında bütün Avroasiya məkanını lərzəyə gətirirdidlər. Turk etnoslarının nəzarət altına götürdükləri areal genişləndikgə, onların mədəni nüfuz dairələri də artırdı. Və beləliklə bu gün fəxrlə danışmağa çalışdığımız bir çox əcnəbi dillər birbaşa türk dilinin təsirinə məruz qalmış olurdu.
    Məsələn, götürək ingilis dilini. Son araşdırmalara görə, bu dildə 400-dən yuxarı türkizmlər (yəni, türk dilindən alınma sözlər) var. Onlardan 55%-i etnoqrafiyaya, 26%-i ictimai-siyasi leksikaya, 19%-i isə təbii ünsürlərə aiddir. Təbiətə dair sözlərdən məşhurları və tez-tez leksikonda işlədilənlərindən – badian, beech, irbis, jougara, mammoth, sable, taiga, turkey və s. misal çəkmək olar. Bu qrupda eyni zamanda 18 mineral adlarına da rast gəlmək olar, məsələn, dashkesanite, turanite və s.
    Türk dilindən əxz edilmiş ictimai-siyasi leksikona dair sözlər: bashi-bazouk, begum, effendi, chiaus, cossack, ganch, horde, janissary, khan, lackey, mameluke, pasha, saber, uhlan və s.
    Etnoqrafik terminlər arasında da ingilis dilinin ayrılmaz hissəinə çevrilmiş türk sözlərinə rast gəlmək mümkündür: caviar, coach, kiosk, kumiss, macrame, shabrack, shagreen, vampire və s.
    İngilis dilinə türk sözləri təkcə birbaşa əlaqə vasitəsi ilə deyil, əlaqələndirici dillər vasitəsi ilə də keçib. Türk əsilli sözllərin ingilislərin əcdadlarının dilinə daha kütləvi halda nüfuz etməsi əsasən 4-cü əsrdə oldu. Bu o zaman idi ki, anqlo-sakslar türk-hunlar tərəfindən tam məğlubiyyətə uğramışdılar. 376-cı ildə bütün Avropa hunların hakimiyyəti altında idi və yalnız 449-cu ildə, hunların imperatoru Attilanın ölümündən bir az qabaq anql, saks və yutların bir qrupu Biritaniya adalarında məskunlaşmağa başladırlar. Bu məskunlaşma prosesi 150 il çəkdi.
    Türk etnosunun Avropa mənşəli xalqlara təsiri isə, əsrlərlə davam edib. Elə tək hunların qerman tayfaları üzərində ağalığı ən azı 73 il çəkib. Bu zaman türklərin qerman tayfalarından istər mədəni (bunu biz demirik, bunu tarix deyir), istərsə də hərbi güc baxımından (bu isə tarixi faktdır) üstün olmaları, təbii olaraq, qədim ingilis dilinə bir çox türkizmlərin nüfuz etməsi ilə nəticələndi. Bunlar əsasən, hərbi, atçılıqla bağlı terminoloqiya, eyni zamanda dövlət strukturu (unutmayaq ki, qermanlar hələ dövlət nə olduğu bilmədikləri zaman, türklər hunların imperiyası dövrünə artıq 2000 illik dövlətçilik təcrübəsi ilə gəlmişlər) ilə bağlı anlayışlırı ifadə edən sözlər idi. Bir çox tədqiqatçılar hun dövrünə aid türkizmlərə beech, body, girl, beer, book, king kimi sözləri aid edirlər.
    Lakin, ingilis dilinin inkişafı ilə əlaqədar, hun dövründə qəbul edilmiş bəzi türk sözləri, başqa qerman tayfalarından və ya qədim fransuzlardan götürülmüş sözlər sıxışdıra bildilər. Məsələn, türkəsilli qədim ingilis sözü olan «tapor», ümumi qerman sözü olan «axe» tərəfindən sıxışdırıldı. Maraqlıdır ki, qədim türk sözü «tapa»dan (balta) əmələ gəlmiş bu söz eyni zamanda ərəb, fars və rus dilləri tərəfindən də götürülüb və indinin özündə də onlarda, eləcə də şərqi türk dillərində işlədilməkdədir. Qərb türklərində isə, bu söz eyni mənanı daşıyan «balta» ilə əvəzlənmiş və başqa formalarda saxlanılmışdır. Məsələn tatarlarda «tapaqıç» - «tərəvəz üçün kəsici alət» formasında işlənir.
    Türkizmlərin qədim və orta əsr ingilis dilinə keçmə yollarından biri də vikinqlərin dili vasitəsi ilə olub. Vikinqlər uzun müddət – 9-cu əsrdən 12-ci əsrə qədər – və aktiv olaraq bolqarlar, peçeneqlər, qıpçaqlar və başqa türk tayfaları ilə əlaqədə olmuşlar və şübhəsiz ki, onlardan nəsə əxz etmişlər.
    Vikinqlər – dəniz köçəriləridir, ticarətçi və hərbçidirlər. 800-cü ildən dəniz ekpansiyasına başlayan vikinqlər hələ 5-ci əsrdə xüsusi olaraq hun qılınclarını yüksək qiymətləndirirdilər. İngiltərə üzərində skandinav ağalığı dövründə (9-12 əsrlər) vikinqlərin dili ingiliscəyə böyük təsir göstərdi.
    11-13-cü əsrlərdə türkizmlər ingilis dilinə qədim fransızcadan keçməyə başlayır. Qeyd edək ki, sonuncudan İngiltərənin yüksək elitası ünsiyyət vasitəsi kimi istifadə edirdi və demək olar ki, ancaq bu dildə danışırdı. İngilislərin orta əsrlərdə türklərlə birbaşa kontaktları xaç yürüşləri dönəmində başladı. Bir çox ingilis feodalları öz qoşunları ilə birgə xaç yürüşlərində böyük həvəslə iştirak edirdilər. 1096-cı ildən 1270-ci ilədək «məsihin qəbirini kafirlərin əlindən qurtarmaq üçün» Fələstinə 8 xaç yürüşü təşkil edilmişdi.
    Xaçlıların bu quldurluq, işğalçılıq məqsədi daşıyan və eyni zamanda da «dini pərdə» ilə məharətlə örtülmüş yürüşləri nəticədə avropa mədəniyyəti üçün müsbət nəticələr verdi. Qərbdə yeməkdən öncə əllərini yumağa başladılar, yemək yeyərkən çəngəl və bıçaqlardan istifadə etməyi öyrəndilər, isti hamamlarda çimməyə başladılar, alt və üst paltarlarını dəyişməyi öyrəndilər. Avropalılar artıq düyü, qreçka, limon, ərik, qarpız becərməyi bilir, yeməkdə şəkər qamışından istifadə edirdilər. Avropada ipək parça və güzgü istehsal etməyi öyrəndilər, metalı daha yaxşı emal etməyə başladılar. Bütün bunlar şərqə yönəlik xaç yürüşlərinin təsiri idi.
    Xaçlıların yürüş zamanı toquşduqları ən ciddi rəqib türklər və yaxud qərblilərin dili ilə desək «saratsin»lər idi. Maraqlıdır ki, qarabaşağın adlarından biri ingiliscədə «Saracen corn»dur ki, o da tərcümədə «saratsin taxılı» mənasını verir. Bu isə birbaşa həmin mədəniyyətin haradan və kimlərdən götürüldüyünü ortaya qoyur. Türklər bu yürüşlər zamanı xaçlıların yaddaşında elə bir dərin iz qoydular ki, avropalılar türk tayfalarından birinin adı olan saratsin (sinonimi qıpçaq) ismini bütün müsəlmanlar, o cümlədən Suriya, Fələstin, Misir ərəbləri arasında belə yaydılar. Nəticədə isə günümüzdə çıxan etimoloji lüğətlərin böyük əksəriyyəti «Saracen» sözünü ərəbizmə aid edirlər.
    Bu isə avropa linvistləri üçün xarakterikdir, belə ki onlar, bu və ya başqa şərq sözünün etimoloqiyasının araşdırarkən, ərəb və fars dilində türk faktorunu nədənsə nəzərə almaq istəmirlər. Məsələn, hansısa bir ingilis sözü, deyək ki, «kourbash» və ya «kismet» həm türk, həm də ərəb dilində varsa, o zaman avropalı dilçilər avtomatik olaraq bu sözü ərəblərdən ingiliscəyə keçən sözlərə aid edirlər. Daha düşünmürlər ki, ərəb və farslar da türklərdən nəsə götürə bilərlər, necə ki, götürüblər də. İstər ərəb, istərsə də fars dillərində kifayət qədər türkizmlər tapmaq mümkündür.
    Daha bir misal xaç yürüşləri zamanı mənimsənilmiş «sabot» sözünün etimoloqiyasının düzgün aparılmaması ilə bağlı çəkək. Belə hesab edilir ki, sabot və onun ilkin formaları «saboteur, sabotage» fransız sözlərindən götürülüb. Fransızcaya isə, türk dilinin vasitəsi ilə ərəbcədən keçib. Sabot sözünün etimonomu ərəblərin «sabbat» - səndəl sözü göstərilir. Əslində isə bu sözün etimoloqiyasını daha dərindən araşdırsaq, görərik ki, «sabot» Yaxın Şərqdə yaşamış türk-saratsinlərdən mənimsənilib. Məlumdur ki, türk sözü olan çabat (çabata, tsabat, sabat, şabat) çabu (mənası kəsmək, doğramaq) felindən əmələ gəlib və ilk mənası «odun parçasından hazırlanmış ayaqqabı» deməkdir. Sonradan bu söz müxtəlif cür taxta ayaqqabılara, o cümlədən toxuma ayaqqabılara şamil edilməyə başladı. Taxta ayaqqabıların məişətdə istifadə edilməsi sıradan çıxdıqdan sonra isə, müxtəlif türk ləhcələrində ayaqqabı növü kimi işlədildi. Müasir tatar türkcəsində çabat, çabata çarıq mənasını verir. Qədim fransız dilinə bu söz öz ilk mənasında «sabot» - «odun parçasından hazırlanmış ayaqqabı» - şəklində keçmişdir. «Çebotı» rus sözü də həmin türk etimonuna - çabat malikdir. İspan dilinə bu söz ərəb xilafəti zamanı İspaniyada məskunlaşmış türk tayfalarından keçmişdir və «zapata» formasındadır.
    İngilis dilində sabot, saboteur, sabotage sözlərindən başqa «çabu» felindən əmələ gələn daha bir neçə türkizm mövcuddur. Məsələn, chabouk (chabuk, chawbuk) - "uzun çubuq, qırmanc"; chibouk - "çubuq"; saber (sabre) - "sablya, xəncər"; sjambok - "şallaq, kərkədan dərisindən qamçı".
    «Çabu» felindən əmələ gələn sözlər ingiliscəyə fransız, alman, afrikans, malay və hind dillərindən keçmişdir. Bütün bu türkizmlərdə «çabu» felinin ilkin mənası bu və ya başqa formada saxlanılıb – «kəsmək, doğramaq». İngilis dilinə ərəb, fars və hind dillərindən də çox sayda türkizmlər keçmişdir.
    Misir və Suriyaya qədəm qoymuş ilk türklər oğuz tayfaları olmuşdular. Onların bir hissəsi ərəb xilafəti zamanında İspaniyada məskunlaşmışlar. 10-cu əsrdən başlayaraq Misirə, müxtəlif yollarla və ayrı-ayrı zamanlarda çoxlu sayda qıpçaqlar köç edirlər və bununla da oradakı dil mühiti tədricən dəyişməyə başlayır. 1250-ci ildə məmlük Aybəyin hakimiyyətə gəlməsi ilə Misirdə dövlət dili Qıpçaq dili elan edilir. 1517-ci ildə Məmlüklərin digər türk xanədanı Osmanlılar tərəfindən məğlub edilməsinə qədər Misirdə qıpçaq-oğuz dilində zəngin bir ədəbi mühit formalaşdırılır. Qıpçaqlar Misirdə ərəb ədəbiyyatına, ərəb dilinin leksika və qaramtikasına böyük təsir gösətərirdilər.
    Fars dilinə də türk dillərinin böyük təsiri olub, əsasən də leksik sahədə. 10-16-cı əsrlərdə İran, Orta Asiya və Hindistan ərazilərində mövcud olmuş türk dövlətlərində maraqlı bir mənzərə yaranmışdı. Din və elm dili ərəb, ədəbiyyat və dəftərxana dili fars dili hesab edilirdisə, şahların və yüksək elitanın, eyni zamanda hərbçilərin biri-biriləri ilə anlaşdığı dil məhz türk dili idi.
    Bir neçə əsr müddətində iran və Hindistanda yaşayan türklərin böyük bir qismi farslar və hindistanlılar tərəfindən ya assimilyasiyaya, yada ki, disskriminasiya siyasətinə məruz qaldılar. Bu zaman, təbii olaraq, istər hind, istərsə də fars dillərinə çox sayda türk sözləri daxil oldu. Azərbaycan və türkmən türklərini çıxmaq şərti ilə, İran, Əfqanıstan, Pakistan və Hindistanda yalnız təcrid vəziyyətində yaşayan bir neçə tayfa öz ana dilləri olan türkcəni qoruyub saxlaya bildilər, məsələn, hələclər.
    Bədrəddin İbrahim tərəfindən tərtib edilmiş, 16-cı əsr Dehli Sultanlığının türk dili lüğətində təqdim olunan söz və ifadələr, Şimali Hindistanda əhalinin danışdığı dilin qıpçaq xarakterini tam çılpaqlığı ilə ortaya qoyur. 13-16-cı əsrlərdə Asiya xalqlarının ünsiyyətində türk dili bir növ beynəlxalq dil statusunda qəbul edilir. Afanasi Nikitinin Asiyaya səyahəti zamanı olduğu ölkələrin hamısında türkcəni anlamaları və yerli əhali ilə türkcədə danşdığı barədə qeydlərini xatırlasaq kifayət edər.
    Türkizmlərin ingilis dilinə keçmə yollarından biri də hind dili vasitəsi ilə olub. Hindistanın Britaniyanın koloniyası olması ilə, türk sözlərinin ingiliscəyə keçməsinin sanki, yeni mərhələsi başladı. Müxtəlif hind dillərindən ingiliscəyə 900-dək söz keçib ki, onlardan 40-dan bir qədər artığı türk mənşəli sözlərdir, məsələn, beebee, begum, burka, cotwal, kajawah, khanum, soorme, topchee, Urdu.
    Rus dilindən ingiliscəyə 60-dan yuxarı türk sözləri keçmişdir: astrakhan, ataman, hurrah, kefir, koumiss, mammoth, irbis, shashlik və sair.
    Polşalıların dilindən ingilis dilinə hetman, horde, uhlan sözləri keçib.
    Macar dilindən alman və fransız dilinin vasitəçiliyi ilə ingiliscəyə coach, haiduk, kivasz, vampire keçib.
    İngilis dilində ən çox istifadə edilən türk sözlərindən biri «coach» sözüdür. Mənası «iri örtülü araba» deməkdir. Etimoloji lüğətlərin əksəriyyəti bu sözü Macarıstanın – Kocs kəndinin adı ilə əlaqələndirirlər. Güya ki, məhz bu kənddə ilk dəfə olaraq iri örtülü araba düzəldilib. Lakin hələ qədim rus dilində türklərdən keçmiş və köç üçün nəzərdə tutulmuş iri örtülü araba mənasını verən «köç» sözü var idi. Rus dilində indinin özündə də köç sözündən əmələ gələn bir çox sözlərə rast gəlmək mümkündür: koçevatğ, koçevnik, koçevğe, koş, koşevoy, kohey, kuça.
    Macar dilində hazırda 800-dən yuxarı türk sözləri var. Nəzərə alsaq ki, macarlar avarların Pannoniyadakı torpaqlarına gəlib çıxarkən, qədim ruslar artıq «coach» sözünü tanıyırdılar, o zaman məntiqi cəhətdən belə düşünmək olar ki, istər macarlar, istər ruslar, istərsə də almanlar («kutsche» formasında) bu sözü əlaqədə olduqları türk xalqlarının birinin dilindən, daha dəqiq desək türk-avarlardan və ya hunlardan götürüblər. Məhz avarlar müasir Macarıstanın ərazisində yaşayırdılar və 800-ci ildə Böyük Karl tərəfindən məğlub edildilər.
    İspan dilində eyni zamanda avtomobil, qatar mənasını verən «coche» sözü də işlədilməkdədir.
    Türkizmlər ingilis dilinə müxtəlif dillərdən keçmişlər, məsələn, alman (shabrack, trabant), ispan (bocasin, lackey), latın (janissary, sable), italyan (bergamot, kiosk), fransız (badian, caique, caviar, odalisque, sabot, turkuose). Türkizmlərin ingilis dilinə başqa dillərdən keçdiyi hallarda, sonuncu vasitəçi dil çox zaman fransızca olub.
    Fransızların türklərlə birbaşa təmasları hələ xaç yürüşlərinin dövrünə təsadüf edir. Bir çox fransız, ispan və italyan məmurlar Osmanlı İmperiyasının çəçklənmə dövründə (14-16-cı əsrlər) türklərin qulluğunda dururdular. Osmanılının qüdrəti və var-dövlətinə pərəstiş Avropada türkofilliyin əmələ gəlməsinə səbəb oldu. Feodal zülmü və dini təzyiqlərlərlə üzləşən 15-16-cı əsr avropalıları üçün Türkiyə xalq kütlələrinin xoş güzaran keçirdiyi məkan, ədalət və dini dözümlülük təcəssümü idi. Osmanlıya maraq o qədər böyük idi ki, tək 16-cı əsrin birinci yarısında Avropada türklərə dair 900-dən artıq elmi iş yazılmışdı. Türkizmlərin avropa dillərinə keçmə səbəblərindən birini də bu pərəstişlə izah etmək olar.
    1579-cu ildən türklərlə İngiltərə arasında dostluq münasibətləri quruldu. Osmanlıya çoxlu sayda ingilis ticarətçiləri gəlməyə başladı. Orada ingilis ticarət koloniyaları və ingilis kilsələri inşa edildi. Türklərin arasına düşmüş ingilislər öz məktub, gündəlik və hesabatlarında Osmanlının dövlət quruluşunu, orada yaşayan əhalinin mədəniyyətini və adət-ənənələrini ayrıntılı olaraq qeyd edirdilər.
    İngilis yazıçıları şərq tematikasına aid yazdıqları əsərlərdə tez-tez türk sözlərindən istifadə edirdilər. Xüsusən türkizmlərə daha çox müraciət edənlər sırasından Kristofer Marlo, Şekspir, Bayron, Skott kimi dahiləri misal gətirmək olar.
    Türkizmlər təkcə türk dillərindən deyil başqa dillərdən də ingilis dilinə keçmişdir. 1558-59-cu illərdə ingilislər Moskva knyazlığının əlinə yenicə keçmiş Volqa çayından keçən ticarət yolundan istifadə etməyə can atırdılar. Onların məqsədi İran ərazisindən Hindistana çıxış əldə etmək idi. 1558-ci ildə ingilis taciri Antoni Cekinson köməkçiləri Riçard və Robert Cons qardaşları və 4-cü İvanın fərmanı ilə təltif olunmuş tatar bələdçi ilə birgə Volqa çayı ilə üzüaşağı səfərə çıxırlar. Onlar, Kazan, Həştərxan, Manqışlaq yarımadası, Bakı, Buxara, Səmərqənd şəhərlərində olurlar. Cekinsondan sonra Volqa ətrafı ərazilərə daha bir neçə ingilis səyyahı səfər edir. 1601-ci ildə ser Antoni Şerli naibi Uilyam Parislə birgə Xəzər dənizi ilə səyahətə çıxırlar. 1625-ci ildə o, səyahəti barədə xatirələrini kitab halında nəşr etdirir.
    1858-ci ildə Qazaxstanda səfərdə olan Tomas Atkinsonun səyahəti haqqında kitab nəşr edilir. Şübhəsiz ki, 19-cu əsrdə Orta Asiyaya təkcə səyahətçi, tacir və diplomatlar deyil, eyni zamanda ingilis cəsusları da səfər edirlər. 1824-cü ildə Kokand şəhərində kapitan Konolli və polkovnik Stotqardt məhz cəsusluq fəaliyyəti ilə məşğul olduqlarına görə edam edilirlər. Sonuncular Hindistandan müsəlman obrazı ilə Orta Asiyaya keçə bilmişdilər. 20-ci əsrin əvvəllərində Qazaxstanda yerləşən demək olar ki, bütün mis, polimetal, kömür yataqları ingilis kapitalistlərinin əllərində cəmləşir. Bu mədənlərdə işləyən mühəndislərin və işçilərin böyük əksəriyyətini də sözsüz ki, ingilislər təşkil edirdilər. Məhz Volqa ətrafında, Qafqazda, Orta Asiya və Sibirdə olan bu ingilislərin gündəlikləri, xatirə dəftərçələri, hesabatları, məktubları yer adları və isimləri bildirən türkizmlərlə, necə deyərlər «aşıb-daşır»: astracan, aul, batman, carbuse, jougara, pul, saigak, toman, turquoise və s.
    1847-ci ildə İstanbulda ingiliscə iki (The Levant Herald və The Levant Times), fransızca yeddi, almanca bir, türkcə 37 qəzet çıxır.
    19-cu əsrədək ingilis dilinə keçmiş türkizmlərin əksəriyyəti artıq işlənmir. İşlənilən sözlər isə əsasən türk reqionlarına aid terminologiyanı özündə ehtiva edir. Lakin türkcədən alınma elə sözlər də var ki, onlar hələ də ümumi işlək leksikonda qalmaqdadırlar. Bəzi türkizmlər, məsələn, bosh, caviare, coach, horde, jackal, kiosk və s. öz etimonları ilə bağlı olmayan yeni mənalar kəsb etməyə başlayırlar. Böyük türk fatehlərinin adları – Attila, Çingiz Xan, Babur, Tamerlan – ümumi, beynəlmiləl adlara çevrilmişlər. Eyni hal hun, saracen, tartar, türk etnonimləri ilə də baş vermişdir. İngilislər ərköyün, inadcıl uşağı «young Tartar», yəni gənc tatar adlandırırlar, «daha güclü rəqiblə üzləşmək» isə ingiliscədə «to catch a Tartar» formasında işlənir, yəni «tatarla üzləşmək».
    Sonda isə onu deyə bilərəm, dilimizdən utanmayın, dilimizi öyrənin və tanıyın, hansı millətin övladı olduğunu unutmadan.
    P.S. Məqalədə İrek Bikkinin «Törkizmı v anqliyskom əzıke» məqaləsindən istifadə edilmişdir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Qərbi Avropa dillərində türkizmlərVüqar Zifəroğlu «Oğuz» Müstəqil Araşdırmaçılar Qrup

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1628


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş