Ədilə Hüseynzadə Qayğıkeş ata Tarixdə yaranan nadir şəxsiyyətlər arasında Üzeyir Hacıbəyov da xüsusi yer tutur. O bir ata kimi saysız-hesabsız Azərbaycan balalarının əlindən tutub, onlara musiqi savadı verib, xalqımızın tükənməz musiqi xəzinəsinin incilərindən istifadə etməyi öyrədib. Mən özümü çox xoşbəxt sayıram ki, belə bir müəllimin tələbəsi, «Azərbaycan xalq musiqisinin əsasları» fənnini Üzeyirbəyin sinfində ilk dəfə dinləyənlər sırasında olmuşam. Həftədə iki dəfə Üzeyirbəy bu fənni

Bu konu 1265 kez görüntülendi 0 yorum aldı ...
Ədilə Hüseynzadə Qayğıkeş ata 1265 Reviews

    Konuyu değerlendir: Ədilə Hüseynzadə Qayğıkeş ata

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1265 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Ədilə Hüseynzadə Qayğıkeş ata

    Ədilə Hüseynzadə
    Qayğıkeş ata

    Tarixdə yaranan nadir şəxsiyyətlər arasında Üzeyir Hacıbəyov da xüsusi yer tutur. O bir ata kimi saysız-hesabsız Azərbaycan balalarının əlindən tutub, onlara musiqi savadı verib, xalqımızın tükənməz musiqi xəzinəsinin incilərindən istifadə etməyi öyrədib. Mən özümü çox xoşbəxt sayıram ki, belə bir müəllimin tələbəsi, «Azərbaycan xalq musiqisinin əsasları» fənnini Üzeyirbəyin sinfində ilk dəfə dinləyənlər sırasında olmuşam. Həftədə iki dəfə Üzeyirbəy bu fənni mühazirə şəklində qrupda oxuyar, aydınlaşdırardı. Min illərlə ömrü olan bu muğamların Üzeyirbəy tərəfindən, 20 illik axtarışı, zəhməti nəticəsində aşkara çıxarılmış bu qanunauyğunluğu bizi valeh edərdi. Üzeyirbəy tələbələrin muğamları daha dərindən mənimsəməsi üçün xalqımızın məşhur tarzəni Mirzə Mənsuru konservatoriyaya də'vət etdi. Mirzə Mənsur muğamları tarda çaldıqca, biz tələsik notlara köçürür, həm də royalda çalmağı öyrənirdik. Beləliklə, bir muğamın nəzəriyyəsini çalmağını öyrənəndən sonra Üzeyirbəy tək-tək tələbələrlə bəstəkarlıq dərsləri keçirdi. Bu dərslər çox maraqlı olurdu. Öyrəndiyimiz muğam üzərində əsərlər bəstələməli idik. Əvvəllər kiçik fortepiano pyesləri, sonralar isə sonatina, sonata, vokal əsərləri bəstələdik. Yadımdadır, Üzeyirbəy dərslərin birində mənə Nigar Rəfibəylinin sual-cavab şəklində yazılmış bir şerini verdi və tapşırdı ki, suallar bir muğamda bəstələnməli, cavablar isə başqa-başqa muğamlara modulyasiya edilməlidir. Dedi ki, birinci bəndin sual və cavabını Segahda, ikinci bəndin cavabını Bayatı-Şırazda, üçüncü bəndin cavabını isə Rast muğamında bəstələyim. Mən çox çalışdım və əsəri qurtarıb Üzeyirbəyə göstərdim. Üzeyirbəy elə mənim yanımdaca Bülbülə zəng vurub, bu əsəri — «Vətən haqqında nəğmə»ni oxumasını xahiş etdi, beləliklə, əsər çox konsertlərdə, ongünlükdə səsləndi.

    Azərbaycan muğamları əsasında musiqi bəstələməyi ustad böyük məharətlə öz tələbələrinə aşılamışdır, elə buna görə də ondan dərs alan bəstəkarlar xalqımızın milli musiqisindən bacarıqla istifadə edirlər.

    Qayğıkeş ata Üzeyirbəyə biz tələbələr «Üzeyir əmi» deyə müraciət edərdik. Üzeyir əmi böyük insanlara xas olan sadəliyi, nəvazişkarlığı, bə'zən hətta sərt rəftarı, fəqət prinsipiallığı ilə gözlərim önündə durur.

    1975


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ədilə Hüseynzadə Qayğıkeş ata

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1265


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş