http://favorit.az/uploads/posts/2012-02/hansimiz-dahahansimiz-daha-xoshbextik.jpg Hansımız daha xoşbəxtik? Yolda gedərkən, yeriməyə çalışan bir uşaq gördüm. Əlindəki dəyənəkləri çətinliklə qaldırır və gövdəsi çox tutmayan bədəni ilə bir sağa bir sola yellənirdi. 13 – 14 yaşlarında olardı. Sanki ovsunlanmış kimi onu izləyərkən, birdən yerə yıxıldı. Dərhal yanına qaçaraq qaldırmağa çalışdım.

Bu konu 1420 kez görüntülendi 0 yorum aldı ...
Hansımız daha xoşbəxtik? 1420 Reviews

    Konuyu değerlendir: Hansımız daha xoşbəxtik?

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1420 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    127
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Hansımız daha xoşbəxtik?





    Hansımız daha xoşbəxtik?


    Yolda gedərkən, yeriməyə çalışan bir uşaq gördüm. Əlindəki dəyənəkləri çətinliklə qaldırır və gövdəsi çox tutmayan bədəni ilə bir sağa bir sola yellənirdi. 13 – 14 yaşlarında olardı.
    Sanki ovsunlanmış kimi onu izləyərkən, birdən yerə yıxıldı.
    Dərhal yanına qaçaraq qaldırmağa çalışdım.
    Səssizcə ağlayırdı.
    - “İNŞALLAH ki, bir yerin ağrımamışdır, olur belə şeylər, əsla kədərlənmə.” dedim.
    - “Kədərlənmirəm. Onsuz mən çox kədərlənmirəm.” dedi
    - “Yaxşı bəs niyə ağlayırsan?” deyə sorusdum.
    - “Qolum ağrıdı, onun üçün hər halda” dedi.
    Baxmaq üçün köynəyinin qolunuqaldırdım. Sağ əli biləyindən tam kəsik idi.. Buna görə bir dəyənəyi, digərindən fərqli idi.
    Ayağa qalxdığında:
    - “Gündə bir neçə dəfə yıxılmağa alışdım. Keçən il yıxılanda, əlim avtomobilin altında qalmışdı.”dedi.
    Söyləyəcək söz tapmaqda çətinlik çəkirdim. Təsəlli etmək üçün:
    - “Kədərlənmə! Daha pis şeylər ola bilərdi.” dedim.
    üzümə baxaraq:
    - “Kədərlənmirəm” deyə gülümsədi və ”Onsuz mən çox kədərlənmirəm” dedi.
    - “Bir az əvvəl eyni şeyi təkrar etmişdin. Niyə belə söylədin? deyə sual verdim.
    Titrəyən bədənini, bacardığı qədər dikəldərək:
    —“çünki mən, ALLAHa inanıram. ONA inanan kəslər ölümsüz bir bədənə sahib olmayacaqmı? Üstəlik də sapsağlam bir bədənə.” deyə cavab verdi.
    Bu səfər susdum, nədənsə bir şey söyləyə bilmədim.
    Təşəkkür edib yanımdan ayrıldı.
    O kiçik qəhrəmanın arxasından baxarkən, "Görəsən hansımız daha xoşbəxtik?" deyə düşünürdüm..




    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hansımız daha xoşbəxtik?

          Kategori: Kısa Hikayeler

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 1420

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş