Sevginin nə olduğunu bilmirdi. Amma bilirdi ki, valideynlərə hiss etdiyi sevgidən çox fərqli bir hiss olmalıdır. Sevginin nə olduğunu bilən rəfiqələri vardı. Tez-tez onları bezdirərdi suallarıyla. Yenə də doymurdu aldığı cavablardan. Kitablarda oxuyurdu, əbədi səadətdən, xoşbəxtlikdən. Sevmək istəyirdi. Çox istəyirdi. Son zəngində paralel sinifdə oxuduğu oğlanlardan biri onu rəqsə dəvət etdi. Həzin musiqi sədaları altında Səmra ilk dəfə biri ilə rəqs edirdi. Amma təcrübəsiz olduğunu tərəf

Bu konu 4621 kez görüntülendi 16 yorum aldı ...
Sevgi zərbəsi (1-ci hissə) 4621 Reviews

    Konuyu değerlendir: Sevgi zərbəsi (1-ci hissə)

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 4621 kez incelendi.

  1. #1
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    1002
    @Revane

    Standart Sevgi zərbəsi (1-ci hissə)

    Sevginin nə olduğunu bilmirdi. Amma bilirdi ki, valideynlərə hiss etdiyi sevgidən çox fərqli bir hiss olmalıdır. Sevginin nə olduğunu bilən rəfiqələri vardı. Tez-tez onları bezdirərdi suallarıyla. Yenə də doymurdu aldığı cavablardan. Kitablarda oxuyurdu, əbədi səadətdən, xoşbəxtlikdən. Sevmək istəyirdi. Çox istəyirdi. Son zəngində paralel sinifdə oxuduğu oğlanlardan biri onu rəqsə dəvət etdi. Həzin musiqi sədaları altında Səmra ilk dəfə biri ilə rəqs edirdi. Amma təcrübəsiz olduğunu tərəf müqabilinə bildirmək istəmirdi. Rəqs etdikcə onun ürəyinin döyüntülərini eşitməyə başladı. sankı "Səmra" eşidilirdi, hər döyüntüdə. Gözləri gözlərinə sataşdı özünü itirdi o baxışlarda. Sanki buludlar üstündə rəqs edirdilər. Musiqini isə ürək döyüntüsü əvəz edirdi. Hər ikisi ilk baxışdan aşiq oldular.

    Zaman keçdi... Universitet imtahanlarından hər ikisi kəsildi. Valideynləri səbəbi sevgilərində gördü. Sevgisi üçün günahlandırılmış kimi baxırdılar Səmraya. Yenə də çox sevdilər bir-birlərini. O Səmra üçün hər şeyə hazır idi. Bircə evlənməyə yaşları çatmırdı. Həm də imkan yox idi. Gizlin görüşürdülər Səmragilin bağlarında, hasar başında. Elə görüşlərin birində zərbə aldı Səmra. Öyrəndi ki, sevdiyi uzaq səfərə çıxır. İşləyib, pul toplayıb qayıdacaq. Qayıdacaq ki, evlənsinlər, qovuşsunlar bir-birlərinə. Əvvəlcə tərəddüd etsə də, yola gəldi sonunda, anladı ki, başqa çarə yoxdur. Yolunu son nəfəsinədək gözləyəcəyinə and içdi orda Səmra... O isə "Yolumu gözlə mütləq gələcəm, alıb aparacam səni, evimizin xanımı edəcəm. İnan mənə, sevgimizə ləkə gətirmə".

    Bir neçə ay keçdi. Lakin Səmra usanmırdı, gözləyirdi sevdiyini. Bu neçə ayda elçi düşən də olmuşdu ona, amma anasına yalvardı, o da vermədi bircə balasını. Anası qızının sevgisindən xəbər tutmuşdu, təsadüfən gecə ikən. Səmranın yuxuda dediklərindən anlamışdı hər şeyi. Bilirdi, qızının tərs üzünü dedisə, ondan başqasına getmərəm, demək getməzdi. Böyük əziyyətlə böyüdürdü qızını. Hər istədiyini almaq üçün gecə-gündüz calışırdı. Bütün qəlbi ilə onu xoşbəxt görmək istəyirdi.

    Bir gün telefonun zəngi calındı. Səmra şimşək tək cumdu götürdü: "Alo, alo". Dəstəkdən bir kəlmə eşitdi: "Anamın gəlini olarsan?" Sevdiyinin səsini eşidib az qaldı havalansın. Demək, artıq vaxtı gəldi, sevdiyi kifayət qədər pul toplayıb vətənə qayıdıb, elçi gələcək. Bəli, Səmra sevincindən uçurdu. Odur ki, cavabı tərəddüd etmədən: "Sevə-sevə" oldu. "Onda hazirlaş, 5-ci gün vətənə dönürəm. 6-cı gün sizə anamı göndərəcəm".

    Az qalırdı sevincindən havalansın. Yerə-göyə sığmırdı. Ona qovuşacağı günü gözləyirdi. Beşinci gün gecə elə hey bağda gəzdi. "Birdən gələr keçər, ya da axtarar, görmərəm" deyə. Səhərə kimi ağacın altında oturduğu yerdəcə yatıb qaldı. Ayılanda artıq səhər açılmışdı. Başının üstündə əlində jaket tutmuş anasını gördü. İzah etməyə çalışdı hər şeyi, amma anasının sakit, qayğıkeş baxışlarından hər şeyi bildiyini anladı. Üzündən öpüb: "Ana, bu gün bizə elçi gələcəklər. Razı olarsan?". Anası Səmranın saçlarına sığal çəkib: "Hə, qızım..." - dedi.

    Həmin gün yeni aldığı donunda oturmuşdu Səmra. Gələcək qaynanasına özünü bəyəndirmək üçün gözəl görsənməyə çalışırdı. Birdən qonşuluğunda sevinc dolu səs-küy eşitdi. Divar qonşusunun hasarına yaxınlaşıb nə baş verdiyini bilmək istəyirdi. Bu an elə bir aydın səmadan gəldi bir ildırım çaxdı ürəyinin başından. Ayağı üzüldü yerdən, ət kimi oldu bütün bədəni. Anası olmasa, yerə dəyərdi. Hasardan gördüyü mənzərə dəhşət idi onunçün. Dili söz tutmasa da kəkələyərək azacıq " Sən xəyanət etdin mənə..." dedi.

    Hər şey aydın idi. Səmranın bütün qəlbi ilə sevdiyi insan indi hasar qonşusunun qızıyla nişanlanırdı. Sındı qəlbindəki güvən hissi köz oldu, ürəyi dağ basdı köksünə. Evdən çıxmadı aylarca. Təmizlik xəstəsi oldu, durmadan hər tərəfi silib-süpürürdü. Kimsənin gözünə baxmırdı. Suala cavab vermirdi. İçinə qapandı, tamamilə. Yox oldu həyat sevgisi.....


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Sevgi zərbəsi (1-ci hissə)

          Kategori: Aşk Hikayeler

          Konuyu Baslatan: Revane

          Cevaplar: 16

          Görüntüleme: 4621


  2. #2
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    1002
    @Revane

    Standart Sevgi zərbəsi (2-ci hissə)

    Aylar keçdi o gündən. Səmra təmizlikdən başqa heç nə düşünmür, kimsənin sualına cavab vermirdi. Anası arxası olmadığından o gecə qonşunun evinə getmədi. Qəlbində özünü günahkar hesab edirdi. Əgər həmin gecə nişana mane olsaydı, bəlkə də bircə balasını bu cür görməzdi. Səmra ağlasaydı, qışqırsaydı yenə rahat olardı, amma o tamamilə içinə qapanmışdı. Bəzən gecə ikən yatağına yaxınlaşıb "Qızım yatır, yoxsa oyaqdır"- deyə narahat olurdu. Amma o oyaq olurdu. Səhərə qədər...

    Yatarkən kədər dolu gözlərinə yuxu necə gələrdi axı? Uşaqlığa qayıtdı, qonşu qızla dostluğunun başladığı günə getdi bir anlıq. 6 yaşı olardı elə hər ikisinin. Səmra fındıq ağacının altında oturub ağlayırdı. Atasını itirmişdi elə həmin gün. Bu evə yeni köçdüklərindən heç kimlə tanış olmamışdı. Birdən yanında ona baxan mavi gözlü qız gördü -"Burda niyə ağlayırsan? Gəl gedək fındıq dərək. Kimdə fındıq çox olsa, o da qalib gələr". O gündən dostluq edirdi qonşu qızı Zərifə ilə. Məktəbi də bir oxudular. Hər cür sirr bölüşərdilər həmin fındıq ağacının altında. Bir gün Zərifə:"Sənə sözüm var. Amma kimsə bilməsin. Mənim sevdiyim var. Bir aydır tanış olmuşuq. Məktəbə gəlmişdi, sən tanımırsan. Çox xoşuma gəldi. Onun da məndən. Bilirsən, Səmra mən ona aşiq olmuşam, deyəsən elə ilk baxışdan. Amma onun sevgisinə əmin deyiləm. Naz edirəm ki, bəlkə mənə ürəyini aça." Beləcə uşaqlıq sirrlərini sevgi sirri əvəz etdi. Səmra Zərifənin dostluğuna qiymət verirdi. İndi yatağında o günü xatırlamışdı. Demək sevdiyi oğlan elə Zərifənin sevgilisi də imiş. Eyni zamanda həm məni, həm də Zərifəni aldadırmış. Amma sonda onunla evlənməyə qərar verdi. Bəs niyə kişi kimi qarşıma keçib demədi ki, ay Səmra səni daha sevmirəm....

    Hər gecəsi elə belə keçərdi. Öz-özünə suallar verərdi, cavab isə çox vaxt tapmazdı. Dan yeri söküləndə əlində süpürgə həyət darvazasının yanından düz bağa kimi süpürərdi. Bir dənə daş belə qalmamışdı o yolda. Anası tək çarəni bacısında gördü. Zəng etdi məsləhətləşdi. Səmranın bu vəziyyətindən çıxış yol axtardılar. Onun tərs xasiyyətindən xəbərdar idilər Odur ki, tərs insanın öhdəsindən ondan da tərs biri gələ bilərdi. Beləcə xalası öz qızını göndərəcəyini dedi. Bəlkə o, Səmraya kömək olar deyə.

    (ardı var)

  3. #3
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    1002
    @Revane

    Standart Sevgi zərbəsi (3-cü hissə)

    Səmra əlində toz əskisi televizorun tozunu silirdi. Elə bu vaxt darvazaları açıldı. Səmra kim olduğuna baxmaq istəyəndə gələn arxadan onu tutdu-"Salam Səmam necəsən? Çox darıxmışdım."Səmra arxaya çönüb xalası qızı Xədicəni gördü. O gecədən bəri ilk dəfə idi ki, üzü guldu. Onu qucaqlayıb bağrına basdı. Dayanmadan ağladı. Bu 3 ayda bir dəfə də olsun Səmra ağlamamışdı. Xədicə onu sakitləşdirməyə çalışmadı. Çünki anası hər şeyi anlatmışdı. Yaşca Səmradan kiçik olsa da yaşıdlarmış kimi davranırdılar. Səmra onun gözündə ideal insan idi. Güzgü önündə dayananda - "Səmraya oxşayıram görəsən?" deyə özünə sual verərdi. İdeal saydığı doğma xalası qızı tamamilə dəyişmişdi. Dolu olsa da boyunun hündürlüyü gözəllik verirdi Səmraya. Gülərkən yanaqlarında güllər açırdı sanki, saçları təbii qara rəngdə idi. Hər külək əsəndə sanki darayardı Səmranın saçlarını. Hər telinə sığal çkərdi astaca. Gözləri iki qara mirvari tək parlayardı ehmalca. Amma indi qarşısında o Səmradan əsər-əlamət yox idi. Güya heç nədən xəbəri yoxmuş kimi :" Səma(Xədicə Səmraya qısaca Səma deyərdi) , nə olub yoxsa məni görməyinə sevinmirsən? Xalam çağırmasaydı gəlməyəcəkdim, küsmüşdüm səndən. Üç aydır mesajlarıma zəngimə cavab vermirdin. Yaman incimişəm səndən, xain çıxdın." Birdən anladı ki, son sözünü nahaq yerə dedi. Çünki Səmra daha da bərk ağladı.

    -Nələr yaşamısan sən, niyə ağlayırsan? danış rahat olacaqsan. at əlindən bunları bəsdir onsuz da təmizdir hər yer. Bəs, ürəyini necə təmizləmək istəmirsən?"

    Xədicə Səmranı bir təhər razı saldı. Səmra əvvəldən başladı. Mahirlə ilk rəqsindən, görüşlərindən, Rusiyadan etdiyi son zəngindən və hasar başında gördüyü o səhnədən. Səmra o qədər ağlayırdı ki, Xədicə onun ancaq bu yolla rahat ola biləcəyini düşündüyündən dayandırmaq istəmirdi. Ətraflı öyrəndi yaşanmışları. Zərifəni tanıyırdı Xədicə. Onun ən yaxın rəfiqəsinə bunu etdiyi ağlına belə gəlməzdi. Həmin gecə Xədicə başladı düşünməyə: " Axı niyə zəng edib gözlədirdi Səmranı. Məqsədi Zərifə idisə, niyə Səmraya xəbər edirdi ki elçi gələcəyik."

    Heç cürə uda bilmirdi Zərifənin hərəkətini. Həmin gecə Xədicə söz verdi özünə ki, Səmraya edilən haqsızlığı cavabsız qoymayacaq. Əgər kişi olsaydı bir başa Mahirin qarşına dikilərdi. Tələb edərdi ondan Səmraya vurduğu zərbənin səbəbini. Xalası tapşırmışdı ki, Xədicəni tək qoymasın. Çünki bu günlərdə Zərifənin toyu olacaqdı. İstəmirdi yenidən özünə qapansın. Bircə balasını belə görməyə dözə bilmirdi. Xədicənin gəlişinə ümidi vardı. Çünki bu 3 ayda Səmra hisslərini yaşadıqlarını kiminlə paylaşa bilərdi ki, anası ilə də arada pərdə saxlayırdı. Ona görə xalası işdən gəlib Xədicəni görəndə uşaq tək ağlamışdı.-" Nə yaxşı ki, gəldin Xədicə, Səmranı tənha qoyma. Tez-tez unsiyyət qur, içinə qapanmasın."

  4. #4
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    1002
    @Revane

    Standart Sevgi zərbəsi (4-cü hissə)

    əhər açıldı. Səmra yenə həyəti süpürməyə başladı. Anası işə gedəndə sığal çəkdi başına. Xədicə çayını içərkən belə gözünü Səmradan çəkmədi. Onun bu qədər arıqlamağı, çəkdiyi əzab yetməzdimi? Beynindəki suallara tək cavab verən vardısa, o da Mahirdi. Amma onu tapa bilməzdi. Əvəzində isə Zərifəni tapa bilərdi. Elə stəkanı nəlbəkiyə qoyub iri addımlarla cıxdı darvazadan. Səmra heç nə anlamadı, baxdı arxasınca.

    Qonşunun darvazasını iri daşla döydü. Qapının ağzına Zərifə çıxdı. Xədicəni görüb rəngi saraldı. Başını aşağı dikib;

    -"Salam Xədicə. Utandığımdan gəlib Səmranın halını soruşa bilmirəm. o necədir?"

    Xədicə qəzəbindən nə dediyini bilmədi:

    -"Yəni utanmağı da bacarırsan? Sənin kimi dost olmaz olsun. Nədi yer üzündə başqasını tapmadın? Belə tez ərə getmək istəyirdin? Evdə qalmışdın? Səmranın sənə nə pisliyi dəymişdi? Lənət olsun səni tanıdığımız günə."

    Xədicə sözünü dedi, amma rahatlaşmadı. Qarşısında başı aşağı yazıq vəziyyətdə dayanmış Zərifə dinmirdi. Sanki başı ilə təsdiq edirdi, onun təhqirlərini qəbul edirdi. Xədicə birdən anladı ki, səbəbi hər nədirsə Səmranında bilməyə haqqı var. Odur ki, çəkinmədən tutdu Zərifənin qolundan

    -" Mənimlə gəl, kişi qızı kimi dur Səmranın qarşısında, niyə bu insafsızlığı etdiyinizi anlat onun bilməyə haqqı var."

    Zərifə heç nə demədən Xədicənin yanınca Səmranın evinə gəldi.

    "Səmra, gəl bura səni görmək istəyən var"-dedi. Pilləkənin başında dayanan Səmra Zərifəni gördü. Aşağı enib üstünə şığıdı. Səni görüm qəlbin kül olsun mənim kimi, burnundan gəlsin dostluğumuz. Bədbəxt olacaqsız, necə ki mən bədbəxtəm. " qırşqıra -qışqıra oturdu yerə gözündən axan göz yaşları nə dərəcədə əzab çəkdiyini göstərirdi. "Axı nə istədiz məndən? Niyə belə elədiz? Zərifə iki qat qalıb üzünü yerdən qaldırmağa utanırdı sankı. İki əlini qoynuna sıxıb için-için ağlayırdı. Amma yenə də Səmranın bilməyə haqqı olduğunu düşünüb sualına cavab verdi.

    (Ardı var)

  5. #5
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    1002
    @Revane

    Standart Sevgi zərbəsi (5-ci hissə)

    "Səmra nə desən haqlısan bilirəm. amma məni bir dinlə, gör niyə belə oldu. Anamla Mahirin anası bizdə şəkərbura bişirirdilər. Mən də çimmək istəyirdim. Çəndə su olmadı deyə, Mahirin anası dedi ki, al açarı get bizdə çim. Onsuz da kimsə yoxdu. Getdim çimdim. Hamamdan çıxanda Mahiri gördüm. Özün bilirsən ki, ona həmişə qardaş gözü ilə baxmışam. O isə sanki qəfəsdən azadlığa çıxmış şir kimi cumdu üstümə. Kimsəni köməyə çağıra bilmədim. Özümü itirdim. Ayılanda hər şey artıq olmuşdu. Başımın üstündə anamı gördüm. Sonra yanımda yatan Mahiri. Mahirin anası da bizə baxırdı. Mən nə olduğunu anlayana kimi, artıq Mahir də ayıldı. Namusuma ləkə gətirdi mənim. Sevdiyim insana qismət olmadan Mahir sahibləndi mənə. Anla məni tək günahım orda həmin gecə olmağım idi. Allah mənə elə cəza verib ki, bütün qəlbimlə başqasını sevə-sevə məcburam Mahirə ərə getməyə. Əvvəl qardaş görürdüm onu, ancaq o gecədən sonra nifrət edirəm ona."

    Səmra dözə bilmirdi eşitdiklərinə. Sanki ardı ardına zərbə alırdı. amma bilmək də istəyirdi olan-bitəni. Zərifə ağlaya-ağlaya davam edirdi;

    -" O gecə anam Mahirin anası ilə bərk mübahisə etdi. Mahir heç nəyi xatırlamırdı. Bir anın içində qərar verdilər ki, səhər tez-bazar nişan etsinlər. Ardınca da toy. Mahir nə baş verdiyini anlayanda o da razı oldu. Bilirəm səni sevir. Amma məni də o, bədbəxt etdi. Evlərində xırda remont işləri gedirdi deyə 3 aydı təxirə salırdılar toyu. Amma gələn həftə toydu. Bu 3 ayda o qədər cəhd etdim ki, ölməyə. (Zərifə qollarını uzadıb kəsikləri Səmraya göstərdi). Amma hər dəfə məni xilas etdilər. İndi məcburam ərə getməyə bir yandan namusumu təmizləmək üçün, digər tərəfdən atasız övlad böyütməməkçün." Səmra başını qaldırıb Zərifənin əli ilə qarnını göstərdiyini gördü;

    "Bəli, mən o gündən hamilə qalmışam. Sevmədiyim, hətta nifrət etdiyim mənə zorla sahib olan birindən. İndi sən de mənə kimdir bədbəxt olan? Sən-sevdiyin insanın xəyanətini yaşayan, yoxsa mən-başqasını dəli kimi sevərkən, onunla quracağımız ailəni düşünərkən, qardaş yerinə qoyduğum tərəfindən zorlanmaq və istəmədən hamilə qalmaq, indi də onunla bir yastığa ömrü boyu baş qoymaq. Bundan artıq cəza ola bilərmi? Sən nə qədər arzulasan da bədbəxt olaq deyə inan ki, iki qat artıq bədbəxtik." Zərifə sözünü deyib ağlaya-ağlaya ordan uzaqlaşdı....

    (ardı var)

  6. #6
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    1002
    @Revane

    Standart Sevgi zərbəsi (6 -cı hissə)

    "Səmra yatmısan?"- Xədicə astaca Səmranın yatağına yaxınlaşdı. "Yox, hələ də fikirləşirəm." Səmra Xədicə otura bilsin deyə ayaqlarını bir kənara çəkdi. "Nəyi düşünürsən?"-soruşsa da əslində Səmranın nə fikirləşdiyindən qorxurdu. Ən çox da yenidən içinə qapanmasından, həyatdan küsməsindən qorxurdu. Zərifənin dedikləri Xədicənin yadindan çıxmamışdı. Həm onun halına acıyır, həm də öz sözlərinə görə az da olsa xəcalət çəkirdi. Amma Səmranın nələr düşündüyünü bilmək borcu idi. Axı, o, Səmra üçün gəlmişdi bura. Onu tək qoymamalı idi. Xədicəni fikirlərindən Səmranın dedikləri ayırdı.

    "Bilirsən, Xədicə, mən bilmirəm, Zərifənin yerində olmadığıma görə sevinim, yoxsa Mahir kimi alçağı sevdiyimə görə özümə nifrət edim." "Sən heç birini etmə",əslində Xədicə ona təsəlli vermək istəyirdi, amma bacara bilmədiyini hiss etdi.

    "Səmra, sən Allaha şükr et ki, Zərifənin taleyini yaşamırsan. Şükr et ki, o alçağı ona ərə getməzdən əvvəl tanıdın. Onun əsl üzünü gördün. Buna görə ancaq şükr et. Özünə nifrət etməli biri varsa, o da Mahirdir, sən yox" ...

    O gecə Xədicə Səmranın başqa düşündüklərindən xəbərsiz idi. Çünki daha onunla bu mövzu barədə danışmaq istəmirdi. Əksinə, istəyirdi ki, onun başını bacardıqca qatsın. Bacardıqca Mahirə, sevgiyə, Zərifəyə aid olmayan mövzulardan danışmasın. Bunun üçün sabahkı gündən başlayaraq Səmranı özü ilə gəzməyə "məcbur " etdi. Bəhanə etdi ki, uşaq vaxtı Səmra ona bir zaman butun rayonu gəzdirəcəyinə söz verib, amma sözünü tutmayıb. Beləcə 3 gün Səmra ilə rayonun mərkəzi küçələrini, bazarlarını, magazalarını, parklarını gəzdilər. Hər beş dəqiqədən bir Xədicə ağlına gələn ilk mövzu barədə sual verirdi Səmraya. O da susa bilmirdi. Çünki Xədicə o qədər deyib-gülən insan idi ki, Səmra bir an belə nə Mahiri, nə yaşadıqlarını xatırlamadı. Suallar çoxluğundan Xədicə də yorulurdu, amma məcburdu ki, rəngdən, geyimdən, qarşısına çıxan şirniyyat mağazasından, yaylıqlardan, ağaclardan, güllərdən soruşub Səmranın fikrini dağıtsın. O qədər sual verirdi ki, birinə cavab almadan o birinə belə keçirdi. Amma nə fayda yenə axşam eyni vəziyyət. Səmra yerinə uzanır, amma yatmır. Elə düşünür, düşünür, bir sualına belə cavab tapa bilmirdi.

  7. #7
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    1002
    @Revane

    Standart Sevgi zərbəsi (7-ci hissə)

    Zərifə ilə Mahirin toyundan bir gün əvvəl Xədicə ilə Səmra bağlarında oturub çay içirdilər. Bunu Xədicə təklif etmişdi. Çünki başqa nə edəcəyini bilmirdi. Səmranın gözü hasar kənarındakı fındıq ağacına sataşdı və gözlərini qırpmadan ona baxmağa başladı. Elə xəyalı gözəl günlərin birinə getdi...

    Səmranın ad günü idi. Fındıq ağacının altında günorta vaxtı Zərifə ilə 17 yaşını qeyd edirdilər. Səmranın Zərifədən başqa dostu, sirrdaşı yox idi. Bu cür "şənlik" keçirməyi Zərifə təklif etmişdi. Sanki o fındıq ağacı onların böyüməyinə, sirrlərinə, arzularına şahid idi. "Zərifə, sevgi necə hissdir?

    Səmra, sevgini yaşamayan insan onu anlaya bilməz . Çünki mən sevənə kimi sevginin nə olduğunu bilmirdim. Elə səndə də, elə olacaq. Sevdiyini sonradan biləcəksən. Onunla qarşı-qarşıya dayananda, baxışlarında özünü itirəndə, əllərinə toxunanda şam tək əriyəndə biləcəksən.

    Zərifə, bəs sənin sevdiyin oğlan necə oldu?

    Eh, Səmra sənə dedim axı, ona naz edirəm. O da mənim könlümü almaqdan, şıltaqlığımdan zövq alır. Deyir, xoşum gəlir sənin naz etməyindən. Bilirsən, bir dəfə məni sevdiyini də deyib. Amma o qədər tez dedi ki, eşidib eşitmədiyimə inana bilmədim. Sadəcə görüşə bilməmək bizim aramıza soyuqluq salır. Ayda bir dəfə hasar başında iki kəlmə sözü güclə deyirik bir-birimizə. Ancaq məktubla, telefonla yazışırıq, danışırıq. Bir günümü onun səsini eşitmədən yaşaya bilmərəm. Onunla bir ailə qurmaq, övlad sahibi olmaq istəyirəm. Həyatımda keç nəyi, heç kəsi bu qədər arzulamamışdım. Onun varligi ilə o qədər arzularim yaranır ki içimdə. Hər gecə "yuxun bal tək şirin olsun azizim" deyən sözünü eşitməsəm necə yuxuya gedə bilərəm ki... Allahımdan tək onu istəmişəm onu arzulamışam."


  8. #8
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    1002
    @Revane

    Standart Sevgi zərbəsi (8-ci hissə)

    "Səmra, sən hara baxırsan? Deyirəm, gərək ərik ağacı da əkərdiz bura. Eşidirsən?" Səmra qəfldən xəyalından ayıldı. "Nə dedin? "- soruşaraq fikrini cilovlamaga başladı. "Deyirəm gərək bura ərik ağacı da əkərdiz. Sən nə düşünürsən Səmra? o fındıq ağacı sənə nəyi xatırlatdı? " Əslində Xədicə özü də anlamırdı ki, niyə Səmraya bu sualı verdi. Qorxdu ki, yenidən Mahirdən danışacaq, amma içinə qapanmaqdansa, danışmağını istədi.

    "Bilirsən, Xədicə, o fındıq ağacının kölgəsində başlayıb Zərifə ilə dostluğum. O da bizimlə birgə böyüyüb bu illər boyu. O şahiddir həyatımızdakı bütün sirrlərə. Zərifənin ilk sevgisindən, mənim Mahirə aşiq olmağımdan...." Xədicə hiss etdi ki, Səmra yaşla dolmuş gözlərini ondan yayındırmağa çalışır. Bunun üçün söhbəti dəyişdirməyə başladı.

    "Zərifənin sevdiyi oğlanın adı nə idi?"

    "Saleh. Niyə soruşdun?" -Səmra fikrini artıq Xədicənin deyəcəklərinə yönəltdi.

    "Heç deyirəm bəzən düşünəndə xatırla ki, sənin keçirdiklərini Saleh də keçirdir. Əgər Zərifəni sənin Mahiri sevdiyin kimi sevibsə, o da əziyyət çəkir. Yer üzündə xəyanətdən əziyyət çəkən tək sən deyilsən, Səmam. Məni düzgün anla, Mahir sənin sevginin bir damlasına dəyməz. Dəli şeytan deyir, get Zərifənin atasına danış hər şeyi. Vursun öldürsün Mahiri."

    Xədicə anladıkı yaman coşdu və Səmra onun son sözlərindən inciyə bilər. "İncimədin sözümdən?".

    "Yox, niyə inciyim ki, dəli şeytan sənə o yolu göstərir, mənə də deyir ki Mahirlə Zərifə toy günü evdən çıxanda qabaqlarını kəsib tüpürüm Mahirin üzünə, deyim, kişi deyilsən. Sən adam olmayacaqsan. Sənə olan sevgim haramın olsun. "

    Birdən Səmra anladı ki, Xədicə ona təəcüblə baxır. Bu səfər Səmra özü mövzunu dəyişdi. "Bilirsən, niyə ərik ağacı əkmirik? Çünki əkənimiz yoxdur " Bu cümlədən sonra Xədicə gülməyə başladı ki, Səmranın da üzü gülsün....

    Xədicə uşaq vaxtı yıxıldığı gilas ağacından danışırdı ki, birdən hasardan səs eşitdilər.

    "Səmra o nə səsdir?"

    Xədicə diksinərək Səmradan bərk yapışdı. "Qorxma deyəsən biri yolunu səhv salıb".

    Bəli, hasarın başına dırmaşan Mahir idi. Qəribəsi o idi ki, Səmra onu görüb heç anasını çağırmadı da. Əslində Mahiri görəndə qulaqlarında Zərifənin sözləri cingildəməyə başlamışdı: "Səmra, bir dinlə məni, gör hadisə necə olumuşdu..." Bəlkə də ona görə Səmra Mahirin deyəcəklərini dinləmək istəyirdi. "Sən kimsən burda nə işin var? Rədd ol xalamı çağıracam bu saat." deyən Xədicə onun üstünə yeridi. "Dayan Xədicə, bu Mahirdi. Sevgimizə ləkə gətirmə deyərək son dəfə bu hasardan aşan Mahir, Zərifəni bədbəxt edən, sevgimizə ləkə gətirən, alçaq Mahir... " Səmra bu sözləri dedikcə gözlərindən damla damla yaş axmağa başladı. Sevdiyi insanı uzun müddətdən sonra ilk dəfə idi ki qarşısında görürdü. Üç ay əvvəl bu rastlaşma olsaydı, Səmra uçardı sevincindən. Amma indi hər şey çox qəliz idi. "Sənə qurban olum Səmra, qovma sözümü dinlə. Sənə dediklərim hamısı doğrudur. Səni bir an belə sevmədiyim an olmayıb. Sən mənim tən yarımsan. Bilirəm, gözlərində daha sevgi qatiliyəm. Amma qulaq as mənə, Zərifə hər şeyi sənə danışdığını dedi. Mən də istəyirəm ki, tamamilə hər şeyi biləsən. "

    Mahir Səmranın əllərindən bərk yapışdı bütün qəlbi ilə əllərini öpüb sinəsinə sıxdı.

    "Çək əlini toxunma birdə. Sənin buna bir damcı haqqın yoxdur. Mənim xəyanətimdən qorxan sən idin amma sən özün mənə sevgimizə, arzularımıza elə böyük xəyanət etmisən ki əlimdən tutmağa nə cəsarət edirsən? Məni düşünmədin, bəs Zərifənin günahı nə idi? Bu qədər ucuz imiş məhəbbətin, bu qədər adi..."

    Bu vəziyyəti dəyişmək Xədicənin əlində deyildi. Axı niyə də mane olardı ki. Hər iki tərəf deyiləcəkləri eşitməli, dərk etməli idilər. Sevgilərinin başladığı kimi, bitməsi də elə burda olmalı idi. Ona görə Xədicə nə xalasını çağırdı, nə də onlara mübahisə etməyə mane oldu. Sakitcə iki ağac uzaq durdu ki, həm lazım olsa Səmraya dəstək olsun. Həm də Mahirə etibar etmirdi. Səmranı ondan qorumaq daha asan olsun deyə, ağaca söykənərək onların mübahisələrini dinləməyə başladı.

    (Ardı var)

  9. #9
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    1002
    @Revane

    Standart Sevgi zərbəsi (9-cu hissə)

    "Səmram mənim, gözümün nuru sənə qurban olum dinlə məni. Axı bir fikirləş, mən sənin sevdiyin Mahir durduğu yerə bu vəhşiliyi necə edə bildim? Bunu düşün. Demirəm ki, Zərifə yalan deyir. Yox, o gün həqiqətən son xatırladığım qatarda dostlarımla yeyib içməyim və bir də ayılanda yanımda Zərifənin ağlamağı, anamla onun anasının da bizə baxmağı idi. Başa düş. Bu mən olmamışam. Qatarda dostlarla deyib gülürdük. Sənə xəbər etmişdim ki gələn kimi anamı elçi göndərəcəm. Amma anama gələcəyimdən xəbər verməmişdim. Ən böyük arzularımı reallaşdıraraq gəlirdim xaricdən. Səni gəlinlik içində evimə gətirmək isə böyük arzum idi. Qatarda oğlanlardan biri təklif etdi ki, birdə bir-birimizi görməyəcik ona görə tanışlığımızı qeyd edək. Mən axmaq da narazı olmadım, axı mən hardan bilərdim ki, onlar içkimə uyuşdurucu həb atıblar. İçkini içəndən sonra nəyin necə olduğunu, heç necə qatardan düşdüyümü xatırlamıram. Yadımdadır ki, beynim duman idi. Heç nəyi dərk edə bilmirdim. Ayılanda isə o səhnə. Elə bilirsən, mən özümə əhsən deyirəm tutduğum işə görə? Yox, əlbəttə. O andan özümə elə nifrət edirəm ki, ən çox da ona görə ki sənin kimi insana etdim bunu. Bacı yerinə hörmətini saxladığım insanı ləkələdim. Səni canımdan varlığımdan da çox sevirəm, Səmra... Amma gəldim ki, daha əzablarına son verəsən. Mən həyatım boyu bu səhvimi daşımağa məcburam, amma sən daşımalı deyilsən. Unut məni, yalvarıram sənə. Bir qara səhifə kimi cır həyat kitabından. Yox say məni, elə tanışlığımızı da. Yenidən qayıt həyatına, davam et onu. Sənin gələcəyin hələ qabaqdadır. Sevgimizə ləkə gətirdiyim üçün ömrü boyu əzab çəkəcəm. Həyatım boyu səndən başqasını sevməyəcəm, bilirəm. Amma sən sevə bilərsən. Sənin üçün gec deyil.... Səni canımdan cox sevirəm bunu heç zaman unutma... Əgər bir gün bacarsan, bağışla məni... "

    Səmra qarşısında uşaq tək göz yaşı tökən Mahirə bir kəlmə də demirdi. Sanki heç vecnə deyildi onun dedikləri, amma, halbuki gözündən yanağına süzülən yaşlar onu ələ verirdi. Yenə də başını dik tuturdu, Mahirdən fərqli olaraq. Bu vaxt bağın qapısı açıldı Səmranın anası Mahiri Səmranın yanında görüb şığıdı üstünə şahin balasını qoruyan tək qorumağa çalışdı bircə balasını.

    "Sənin burda nə işin var? Hansı üzlə gəlmisən? Rədd ol, elə eləmə ki qaynatani çağırım. Bir də bizim hasara azı 10 metr yaxınlaşma eşitdin. Özünə iynə ucu qədər qiymət verirsənsə birdə qarşımıza çıxma. Əl çək, qızımı yox bil. Sən onun üçün ölmüsən artıq." ....

    Xədicə xalasının qollarından yapışıb onu sakitləşdirməyə başladı. bu vaxt Səmra:

    "Dayan, ana, onun üçün əsəbləşməyinə dəyməz. Allah ona sən düşündüyündən də artıq cəza verib. O, ömrü boyu mənim həsrətimlə yaşayacaq. Ömrü boyu....." Səmranın son sözlərindən sonra Mahir hasarın başına hoppanıb: "Əgər birgün bağışlasanız, məni bilin ki, mən son nəfəsimə kimi özümü bağışlamayacam. Səmram mənim..... xoşbəxt ol....Əlvida..."

  10. #10
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    1002
    @Revane

    Standart Sevgi zərbəsi (10-cu hissə)

    Həmin gecə Səmra nə Xədicəyə, nə də anasına bir kəlmə demədi. Bütün günü susdu. Gecə də qapını bağlayıb Xədicənin onun fikirlərini dağıtmamasına mane olmağa çalışdı. Səhər də gec qalxdı yerindən. Qısa-qısa suallara cavab verir, mövzünü tez-tez dəyişirdi. Xədicə də daha onun nə düşündüyünü, nə hiss etdiyini anlaya bilmirdi. Ona bütün qəlbi ilə kömək etmək istəyirdi, amma heç cürə bilmirdi ki, Səmra nə düşünür, nə hisslər keçirir. Amma çox istəyirdi ki, Səmra Zərifənin gəlinlik içində Mahirin qolunda ata evindən çıxmasını görməsin. Bunun üçün Səmranı rayonun harasınasa, nəyəsə görə aparmasını istəyirdi. O isə ya susurdu, ya da "başqa vaxt" deyib otağına gedirdi.

    Bu vəziyyət vağzalı səsinin eşidilməsinə kimi davam etdi.... Bəli, artıq bəy evi gəlmişdi və Zərifə ağappaq gəlinlik içində atasının evindən çıxırdı. Qolunda isə Salehin qolu yox, Mahirin qolu idi. Hansı ki, hər ikisinin də üzündən bədbəxtlik yağır. Mahir qolu qandallı həbsə aparılan caninin üzü tək bədbin, Zərifə isə həyasından az qalır yerin dibinə girsin. Gözündən Saleh üçün axan göz yaşları isə hər kəsdə ata evindən ayrılmaq həsrəti fikrini yaradırdı. Xədicə disk qoyub gur səslə qulaq asmağa başladı. Düşünürdü ki, bəlkə Səmra vağzalının səsini eşitməz. Amma qəfildən arxasından qapının çırpıldığını eşitdi.

    "Səmra, hara gedirsən?" Bir an içində ağlına hər şey gəldi. Ona necə mane olacağını da bilmirdi. Amma bunu etməli idi. Səmranın təmiz adı xatirinə etməli idi. Arxasınca darvazaya kimi qaçdı və qabağını kəsib qollarından yapışdı:

    "Səmra, belə eləmə, onlar onsuz da bədbəxtdirlər. Qoy getsinlər. Onların səviyyəsinə enmə. Yalvarıram bacım, özünə gəl..." Bir anlıq düşündü ki, bəlkə Səmra Mahiri bağışlayacaq, ona bunu deməyə gedir, sonra Səmranın sözləri Xədicənin əllərini boşaltdı. "Xədicə, burax məni. Nə qədər ki, gec deyil mən onlara deməliyəm. Onlar bilməlidirlər. Xahiş edirəm, yolumu ləsmə..."

    Beləcə, Xədicə Səmranın qollarını buraxdı. Arxasınca sadəcə dayanıb tamaşa etməyə başladı. Səmra gözündən incə-incə süzülən yaşları bir əli ilə silərək bəylə gəlinin önündə dayandı. Ətrafdakı insanlar Səmranın bir rəfiqə kimi Zərifəni təbrik edəcəyini düşünsə də, Mahirin anası oğlu üçün qorxurdu. Axı, Səmranın bir sözü yetərdi ki, Zərifənin atası Mahirin üstünə cumsun...

    Mahir başını qaldırıb Səmraya baxa bilmir, Zərifə isə gözündəki yaşları silməkdən başqa heç nə edə bilmirdi. Səmra isə hər ikisinə baxıb çətinliklə də olsa ağzını açdı: "Mən nə qədər ki, gec deyil sizə demək istəyirəm. Bütün yaşanmışları unudaraq sizi bağışlayıram. Qoy, Allah sizi bağışlasın... Gedin, siz də yenidən başlayın həyatınızı.... Mən sizə sadəcə "Xoşbəxt olun" demək istədim....

    Xoşbəxt olun, əgər bacara bilsəniz... "

    Səmra sözlərini bitirib daha nə Mahirə,nə Zərifəyə baxmadan bir başa evlərinə qayıtdı. Amma Xədicə Səmranın bu addımından qürur hissi duyurdu. "Səmama elə bu hərəkət yaraşırdı..."deyib darvazanı bağladı...

    (Ardı var)AZ MERAK EDİN ARDINI

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş