Xaqani Şirvani http://img389.imageshack.us/img389/5153/xaqanitu4.jpg Efzfleddin İbrahim Eli oğlu Xaqani Şirvani (1126, Şamaxı -1199, Tebriz) - Azerbaycan şairi, mütefekkir. 8 yaşından atasını itiren Xaqani Şirvani dövrünün meşhur alimi ve hekimi olan emisi Kafieddin Ömer Osman oğlunun himaye ve terbiyesinde böyümüşdür. Xaqani Şirvaninin Senainin "Hediqetül-heqiqet" eserinin tesiri ile "Heqayiqi" texellüsü ile yazdığı şerler ona şöhret qazandırmışdır. 25 yaşında iken Şirvanşahların

Bu konu 10791 kez görüntülendi 4 yorum aldı ...
Xaqani Şirvani 10791 Reviews

    Konuyu değerlendir: Xaqani Şirvani

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 10791 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    131
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Xaqani Şirvani

    Xaqani Şirvani

    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]


    Efzfleddin İbrahim Eli oğlu Xaqani Şirvani (1126, Şamaxı -1199, Tebriz) - Azerbaycan şairi, mütefekkir. 8 yaşından atasını itiren Xaqani Şirvani dövrünün meşhur alimi ve hekimi olan emisi Kafieddin Ömer Osman oğlunun himaye ve terbiyesinde böyümüşdür.
    Xaqani Şirvaninin Senainin "Hediqetül-heqiqet" eserinin tesiri ile "Heqayiqi" texellüsü ile yazdığı şerler ona şöhret qazandırmışdır.
    25 yaşında iken Şirvanşahların meliküş-şüerası Ebül-üla Gencevinin deveitile saraya gelmiş, onun qızı ile evlenmiş, Ebül-ülanın ona verdiyi "Xaqani" texellüsü ile şerler yazmışdır.
    Xaqani Şirvani klassik Şerq poeziyasının bütün canrlarında yüksek senetkarlıq nümuneleri yaratmışdır. Eserleri tezlikle Yaxın ve Orta Şerq ölkelerine yayılaraq müasirlerinin diqqetini celb etmişdir.
    Bedxah saray şairlerinin haqsız hücumlarına meruz qalan Xaqani Şirvani 1156-cı ilde Mekkeye ziyaret behanesi ile Şirvanı terk etmeye mecbur olmuşdu.
    Xaqani Şirvani gizli suretde Şirvandan getmeye cehd göstermiş, lakin I Axsitanın emri ile hebs olunaraq 1170-ci ilde Şabran qalasına salınmışdır. 7 ay hebsde qaldıqdan sonra azad edilen Xaqani Şirvani, nehayet, 1173-cü ilde ailesi ile birlikde Şirvanı hemişelik terk ederek Tebrize köçmüş, ömrünün axırınadek orada yaşamış ve bu şeherde vefat etmişdir. Tebriz yaxınlığında sonralar "Meqberetüş-şüera" adlandırılan Surxab qebristanlığında defn olunmuşdur.
    Nizami Gencevi Xaqani Şirvaninin vefatı münasibeti ile mersiye yazmışdır.
    Xaqani Şirvaninin edebi irsi zengindir. Yaxın Şerqe seferden qayıtdıqdan sonra Xaqani Şirvani Yaxın Şerq edebiyyatı tarixinde epik poeziyanın ilk görkemli nümunelerinden hesab edilen "Töhfetül-İraqeyn" (1157) adlı mesnevisini yazmışdır. Eser dövrün sosial-siyasi şeraitini öyrenmek baxımından da ehemiyyetlidir.
    "Medain xerabeleri" adlı meşhur felsefi qesidesinde müasirleri üçün maraqlı fikirler ireli sürmüşdür.
    Xaqani Şirvani vetenperver şairdir. O, veteni Şirvanı hüsnkar tebietli, bolluq, bereket ölkesi, şairler ocağı kimi terennüm etmişdir.
    Azerbaycan edebiyyatı tarixinde Qetran Tebrizi ile başlanan qezel canrı Xaqani Şirvani ve Nizami Gencevi yaradıcılığında kamillik derecesine çatmışdır.
    Cereyan eden hadiseleri real suretde eks etdirmeye çalışan şair, saraylara nifretini, xalqa yaxınlıq ve sedaqetini, "Xaqani" deyil, "Xelqani" olduğunu poetik bir dilde bildirmişdir.
    Xaqani Şirvani eyni zamanda mahir nasir olmuşdur. "Töhfetül İraqeyn" mesnevisine nesrle yazdığı müqeddime ve dövrünün meşhur adamlarına mensur mektubları mürekkeb bedii terzli ifadesi, teşbeh, istiare, eyham ve mübaliğeleri ile diqqeti celb edib.
    Eserleri Hindistanda, İranda defelerle çap edilmişdir. Yaradıcılığı 12-ci esrden tedqiqatçıların diqqetini celb etmiş, Azerbaycan, rus, Qerbi Avropa, İran, Türkiye, Hindistan ve s. ölkelerin şerqşünasları terefinden öyrenilmişdir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Xaqani Şirvani

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 4

          Görüntüleme: 10791

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  2. #2
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    Anası haqqında

    Ey Xaqani, bu dünyada hər zaman,
    Anan vermiş zəhmətilə sənə can.

    Su, çörəyin qıt olsa da atmadın, -
    Yurdun oldu bu əzablı, dar Şirvan.

    Heç bir kəsə sən olmadın tüfeyli,
    Kömək aldın allahdan nə anandan.

    Sən oturdun kölgə kimi ananın
    Cəhrəsinin kölgəsində anbaan.

    Ey ağ qartal! Nə vaxtadək olacaq
    Ana yurdu vücuduna aşiyan?

    Nə vaxtadək, İsa kimi atasız, -
    Ana ilə tanısınlar səni? Qan!

    Bir dəfə də Xzır kimi yoxa çıx,
    Bəsdir oldun ananla həmxaniman!

    Sən qiymətli bir dürrsən, nədəndir
    Oldun ana astanasından pünhan?

    Sən ağıllı övladsansa dilə gəl,
    Ana kimi özünü danla bir an.

    Hər nə etsən ana haqqın unutma,
    Bil, anandır sənə edər can qurban.

    Bu ananın xatirinə, düşməndən
    Gələn dərdə dözüb, sən ol mehriban.

    Qorx o gündən, bir gün səni tək qoyub,
    Əbədilik anan köçər dünyadan.

  3. #3
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    Atasından şikayət

    Çox ağırdır xasiyyəti mənim nəccar atamın,
    Onu xalis yanar oddan yaratmış pərvərdigar.

    Sanki ekiz doğulmuşdur Nəmrudun Azərilə,
    Ona təlim verən usta olmuş Yusifi-nəccar.

    Təbiəti: kərkisi tək, mahir olmuş yonmaqda,
    Xasiyyəti, mişarı tək, yaman kəsib doğrayar.

    Hər gün fələk sitəmindən o eyləyir şikayət,
    Gecə Zühəl ulduzuyla səhərədək çarpışar.

    Mərrix əgər olsa idi sakin birinci göydə,
    Dərhal ona əl uzadıb, vurardı iki mismar.

    Ağırlaşıb qocalıbdır, qıçlarını tutub yel
    Başı isə dazlaşaraq, huşu pərsəng aparar.

    Köhnəlmişdir lıkka kimi dərisində vücudu,
    Əti sanki bədənində əprimişdir aşikar.

    Nə üzündə səfası var, nə başında sevdası,
    Hamımızın üzərində ağır bir yükə oxşar.

    Yazıq anam mənbər kimi qısılmışdır bir küncə,
    Minarə tək baş qaldırıb atam edir iftixar.

    Zəmanənin mən ki belə ən layiqli oğluyam,
    Osa mənim hünərimi özü üçün bilir ar.

    Deyir: kaş ki, bu Xaqani bir toxucu olaydı,
    Olmayaydı söz mülkündə belə qabil sənətkar.

    Nə etməli, atam odur bir oğulam ona mən,
    Ağ olmaram, o nə qədər eyləyərsə məni zar.

    Axır mənə çörək verib bəsləmişdir birtəhər,
    Böyük allah, qoru onu, bəlalardan çək kənar.

  4. #4
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart


    Bu göylər şahının lütfü mənə sayə salıb əlan

    Bu göylər şahının lütfü mənə sayə salıb əlan,
    Zavallı könlümə vermiş yeni qüvvət, yeni ruh, can.

    Ürək dil açdı, şükr etdi ki, qurtardım fəlakətdən,
    Nə yaxşı - söylədi canım - tükəndi möhnəti-zindan.

    Belə olduqda şadlandım, nəhayət, arzuma çatdım;
    Sənə qoy söyləyim indi qəribə bir gözəl dastan.

    Gedib məğrib-zəminə bir kişi dərya kənarında,
    Dararkən başını bir tük yerə saldı o, başından.

    Köçüb sonra o, məqribdən, səyahət eylədi şərqə,
    Bu müddət çox külək əsdi, yağışlar eylədi tufan.

    Otuz il keçdi bu gündən, yenə səyyah gəlib qərbə,
    Haman yerdən götürdü öz tükün, güldü bir az heyran.

    Buna Xaqaninin halı, onun Abxazə ezamı
    Necə çox oxşayır, bir bax, necə dövr eyləyir dövran.

    Olub Abxaz ona məğrib, şahın dərgahı bir dərya
    Zavallı canı bir tük tək düşüb qalmış ora nalan.

    Əgər bir vaxt o da canın taparsa tük kimi təkrar,
    Ona tənə edib, bir də gülərmi nanəcib düşman?

    Olub indi mənə həmdəm səsi çaşbaş vuran bir ney,
    Əlimdən öz neyimi, gör, necə aldı fələk asan.

    Açılmış bir gün ağzıdır mənim ağzım bu gün yalnız,
    Qızıl, yaqutla doldurmuş bütün dünyanı hər bir an.

    Fəqət əfsus ki, gülməz könül Rey mülkü də alsa,
    O, halbuki quru sözlə olardı nəşəli, xəndan.

    Bu Kür Ceyhun olar, Tiflis Səmərqəndi qoyar dalda,
    O vəqt ki, Tiflisə, Kürlə gələr Xaqani və xaqan.

  5. #5
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    Həbs edildiyi barədə vəzirə məktub

    Nə qədər ki, dövlət sənin qapındadır pasiban,
    Açacaqdır qapısını sənə geniş asiman.

    Qüreyşilər bayrağınla sənin səfərbər oldu,
    Yəmanilər xəncərinlə sənin müzəffər oldu.

    İnsaf sənin dəzgahına gəldi sevinc ilə, bax,
    Zülmü sitəm astanadan qaçdı yaxa yırtaraq.

    Fələk sənin qullarının qollarına baş əydi,
    Ona görə fanilikdən azad oldu əbədi

    Öz qələmin rəng vermişdir məharətlə ruzgara,
    Gecə, gündüz bu səbəbdən olmuş belə ağ, qara.

    Söz Misrinin Yusifləri saflığına hər zaman
    Nuş eyləyir mənaların badəsini durmadan.

    Mənim bütün varlığımı bürümüşdür qəm, kədər,
    Razılığın olmayınca, bu varlıqdan nə səmər?

    Mənim yüksək qiymətimi təkcə bir sən bilərsən,
    Simurğə də bu dünyada Cəmşid verə bilər dən.

    Gözəl bilər bu mətləbi göy cəlallı hökmdar,
    Mənim kimi yer üzündə tapılmaz bir sənətkar.

    Baxma sadə bir xarratın oğluyam mən, bil, Azər
    Xarrat idi, lakin oğlu Xəlil oldu peyğəmbər.

    Bu sənətdə hər kəs məndən öyrəndi bir fəsahət,
    Sonra gedib hazırladı mənə min cür fəlakət.

    Bu təəccüb deyil, əgər bir qurşun almas qıra,
    Hünər ona deyərəm ki, almas polad sındıra.

    Gedən zaman bu dünyadan Sənai tək bir ustad,
    Əvəz gəldim ona, atam mənə Bədil qoydu ad.

    Boğazına gövhər tıxdım bu dünyanın nə qədər,
    Onu aman deməyə də qoymadı bu gövhərlər.

    Sən təbimin bağçasından istə təzə xurmalar,
    Gedib hər bir yaramazın söyüdündən umma bar!

    Hər an xurma ağacından boldu xurma dərərsən,
    Yel əsərsə, kəpənəklər uçar fəqət söyüddən.

    Əgər qəmdən qocalmışsa vücudum, nə eybi var? -
    Mədhin ilə bu dünyanı təzələrəm aşikar!

    Tərifini edən qəlbim sınsın gərək hər anda,
    Çünki xəznə olar ancaq xarabazar məkanda.

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş