Mirze Feteli Axundzade
Mirze Feteli Mirze Mehemmedtağı oğlu (1812, Şeki - 10.3.1978, Tiflis) -
Azerbaycan yazıçısı, materialist filosof, ictimai xadim, Azerbaycan dramaturgiyasının banisi. 1814-cü ilde atası Mirze Mehemmedtağı ve anası Nane xanımla Tebriz yaxınlığındakı Xamne qesebesine köçmış, 13 yaşınadek İran Azerbaycanının müxtelif yerlerinde yaşamış, 1825-ci ilde anası ile Şekiye qayıtmışdır.
Fetelinin ruhani olmasını isteyen Axund Hacı Elesger 1832-ci ilde onu Genceye aparmış, Feteli burada mentiq ve fiqh elmlerini, habele meşhur şair Mirze Şefi Vazehden nesteliq xettini öyrenmişdir.
Müasir elmlerle maraqlanan Feteli 1833-cü ilde Şekide açılmış rus mektebine daxil olmuş, bir il burada oxumuşdur. 1834-cü ilde o, Tiflise getmiş, Qafqaz canişininin baş defterxanasında mülki işler sahesinde Şerq dilleri mütercimi teyin olunmuş ve ömrünün sonuna qeder bu vezifede çalışmışdır. 1873-cü ilde ona polklvnik rütbesi verilmişdir.
1851-ci ilde Rus Coğrafiya Cemiyyeti Qafqaz şöbesine üzv seçilen Axundzade sonralar Qafqaz Arxeoqrafiya Komissiyasının tedqiqat işlerine celb olunmuşdur. Axundzade "Ekinçi" qezetinin neşrine böyük ehemiyyet vermiş, onun sehifelerinde "Vekili milleti-namelum" imzası ile meqaleler derc etdirmişdir.
Axundzade bedii yaradıcılığına şerle başlamışdır ("Sebuhi" texellüsü ile).