http://imgs.su/tmp/1321638031-885.jpg Dində məcburiyyət yoxdur İslam inancına görə insanın müxatabı Allahdır, Rəsullahdır. Onlardan başqa inancını kiməsə isbat etmək məcburiyyəti yoxdur! İnsan inanır və ya inanmır, bunun nəticələrini də ölümdən sonrakı həyatda görər! Çünki bu dünya məcburiyyət deyil, Təklif dünyasıdır! Kimsənin başqalarını hər hansı bir mövzuda inanmağa məcbur etmə haqqı yoxdur! Aşağıdakı ayədə bu mövzuya açıqlıq gətirilmişdir. Din içində məcburiyyət yoxdu (2-256).

Bu konu 1867 kez görüntülendi 0 yorum aldı ...
ALLAHIsevmekte mecburiyyet yoxdur 1867 Reviews

    Konuyu değerlendir: ALLAHIsevmekte mecburiyyet yoxdur

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1867 kez incelendi.

  1. #1
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    1002
    @Revane

    Standart ALLAHIsevmekte mecburiyyet yoxdur


    Dində məcburiyyət yoxdur

    İslam inancına görə insanın müxatabı Allahdır, Rəsullahdır. Onlardan başqa inancını kiməsə isbat etmək məcburiyyəti yoxdur! İnsan inanır və ya inanmır, bunun nəticələrini də ölümdən sonrakı həyatda görər! Çünki bu dünya məcburiyyət deyil, Təklif dünyasıdır!

    Kimsənin başqalarını hər hansı bir mövzuda inanmağa məcbur etmə haqqı yoxdur! Aşağıdakı ayədə bu mövzuya açıqlıq gətirilmişdir.
    Din içində məcburiyyət yoxdu (2-256).

    Bununla belə Qurani-Kərimin bu açıq hökmünü ifadə edən ayə bir çox müsəlman olduğunu bildirən insanlar tərəfindən mənimsənmir. Müxtəlif məntiq oyunları ilə insanlara zorla-təsirlə İslam təklifləri keçirmək istənilir..
    Yəni insanlar inanmadıqları şeyi etməyə məcbur edilərək münafiq-iki üzlü hala gətirirlər!

    Hansı ki, yaşadığımız dünya Təklif və Anlatma dünyasıdır. İman edən imanın gərəyini imanı qədəri ilə yerinə yetirər. İmanı olmayan da istədiyi kimi yaşayar və ölümdən sonra da onun nəticələrinə qatlanar!

    Dinə görə İkrah yoxdu

    İkrah sözünün mənası məcburiyyət deməkdir. Hansı ki, Quran hökmünə görə Din içində ikrah yoxdur!

    İkrah yeni məcburiyyətin dində olmadığını insanları bu mövzuda məcbur etmənin tamamilə dindən kənar bir davranış olduğunu görün dəyərli müfəssir Həmdi Yazır məşhur təfsirində necə açıqlayır:

    - Bəlkə aləmdə ikrah ola bilər, amma dində din hökmündə din dairəsində olmaz və ya olmamalıdır. Dinin şanı ikrah etmək deyil, bəlkə ikrahdan qorumaqdır.

    Buna görə İslam dininin haqqı ilə hakim olduğu yerdə ikrah olmaz və olmamalıdır.. Bu halda Din ikrah edin deməz ikrah məşru və mötəbər olmaz!

    İkrah ilə vaqe olan əməldə dinin vəd etdiyi savab olmaz riza və hünsi-niyyət olmayınca heç bir əməl ibadət olmaz!

    Əməllər niyyətə görə dəyər qazanır! Mətalibi-dinliyyənin hamısı ikrahsız hüsni-niyyət və riza ilə edilməlidir....

    İkrah ilə etiqad mümkün deyil, ikrah ilə qılınan namaz deyil, oruc da elə, həcc də elə və ilaxır..
    Bundan başqa bir kimsənin digərini məcbur edib hər hansı bir işi ikrah ilə gördürməsi də caiz deyil.

    Musa a.s inananlar ilə Firondan qaçmağı daha ağıllı bir yol bildi və Allaha güvəndiyi üçün Allah da ona yardım etdi. Fironun qoşunu onlara çatanda Allah dəryanı firqələndirdi və Musaya və onunla inananlara nicat verdi.. Mağara surəsində isə zülmdən qaçan cavanların həmin dövrdə yaşayan padşaha qarşı mübarizəsini yox, mağarada gizlənib Allaha sığınmalarının şahidi oluruq.

    Bir neçə ayəyə nəzər salaq - 2-ci surə (Bəqərə) - (256). Yoxdur ikrah dində. Əlbəttə, aydın oldu rəşd yol azğınlıqdan. Və kim Tağutla küfr edib və inana Allah ilə, fəqət möhkəm bir yerdən yapışıb ki, onun üçün qopmaq yoxdur. Allah Səmidir, Alimdir!

    Həqiqətən də hər bir kəsə doğru yol və azğınlığa aparan yol aydın olandan sonra Allaha inanmağa məcbur etmək məntiqsizlikdir. Hər kəs öz yolun özü seçməlidir - istər şükr edən olsun, istər küfr edən.. Axı Allahın süfrəsinə kimisə zorla oturtmaq olarmı? Allahdan mükafat almağa kimisə məcbur etmək olarmı? Allah eşidəndir, Allah görəndir, Allah hər şeyi biləndir.

    10-cu surə (Yunus) - (25). Allah sülh evinə çağırır və kimi istəyir düz yola hidayət edir!

    Allah sülh evinə çağırdığı halda biz necə öldürməklə, qorxutmaqla və başqa vasitələrlə insanları sülhə çağıra bilərik? Sülh və zor elə biri-birini təkzib etmirmi?

    10-cu surə (Yunus) - (99). Əgər Rəbbin istəyə, kim ki, ərzdə var, hamısı cəmiyyən inanardı. Ə, sən insanları ikrahla məcbur edəcəksən ona ki, ta inananlar olsunlar? (100). Heç kəs inanan olmaz, ancaq Allahın izni ilə. Və ricsi o kəslərin üzərinə edər ki, əql etməzlər.

    Bu ayələrdən də görünür ki, əgər Allah istəsə insanların hamısı inanar.

    Bu gun cihad deyəndə niyə hökumətlərə, dövlətlərə qarşı müharibələr nəzərdə tutulur. Bizi Allaha inanmağa qoymayan onlardırmı? Əgər hökumətlər, dövlətlər və kafir bildiyimiz insanlar məhv olsa, bizim imanımız güclənəcəkmi? Axı Allah bizə dəfələrlə Quranda öyrədir ki, nə qədər qohumlar, qərinələr və bizdən malda və övladda şiddətli olan dəstələr ərzdə batırıb. Bəs bunların hansı biri bizim imanımızı artırıb və yaxud bu gun dünyada yaşayan və inanamayan bildiyimiz insanları terror və başqa vasitələrlə məhv etsək, imanımız güclənəcəkmi? Başqa dövlətlərdə və qonşuda inanmayan axtardığımız təqdirdə bəs evimizdə, ailəmizdə və tayfamızdakı inanmayanları niyə görmürük?

    Bəs onları niyə öldürmürük? Və yaxud başqa bir misal - Allah hz Nuhu ona inananlarla birlikdə gəmiyə yükləyib xilas etdi və kafirləri isə suda qərq etdi. Bəs sonra bu kafirlər haradan yarandılar. Kafirlər elə inananların zürriyətlərindən əmələ gəlir. Quranda Hz. İbrahimin Allahdan istəyi də zürriyyətinin inanan olmasını arzulamasıdır. Munafiqlər surəsi də dediklərimizə əyani sübutdur. Muhafiqlər kimlərdir - zaman-zaman imanlarında şübhə edən və dönənlər. Əgər tövbə edib qayıtmasalar, onlar da kafirlərin cərgəsinə qoşulacaqlar. Münafiqlər ilk halda kafir olmurlar, çünki surədə belə bir ayə var ki, münafiqlər deyirlər ki, şəhadət veririk ki, sən rəsulusan Allahın. Buradan belə aydın olur ki, onlar ilk vaxlar inanan idilər. Axı, kafirlər şəhadət verməzlər və rəsula itaət etməzlər. Çünki, Qurana inanmırlar. Buradan belə nəticəyə gəlmək olar ki, kafirləri fiziki cəhətdən öldürmək lazım deyil, çünki onlar daimi olub və olacaqlar. Demək onların içərilərindəki kafirliyə aparan nəfsi qətlə yetirmək lazımdır. Quranda o nəfsi qətlə yetirməkdən söhbət gedir, bizi pisliyə, küfrə aparan nəfsdən. El arasında da belə bir deyim var - nəfsini öldür və yaxud nəfsinə hakim ol.

    Allah nəfsi qətlə yetirməyin günah olduğunu dediyi halda, seytan bizi bir-birimizi qətlə yetirməyə sövq edir. Belə olan təqdirdə bu gün dünyadakı müsəlmanlar və başqa insanlar bu müharibələr və intriqalar məngənəsində şeytana daha çox tabe olurlar. Əgər belə olmasaydı insanlar insanlar adam olar və mehriban yaşayaraq Allahın qanunlarına tabe olardılar.

    Məsələyə başqa prizmadan baxaq - əgər kafirləri öldürsək, Allahın Təvvab olmasının kimə köməyi olacaq? Axı kimisə qətlə yetirəndə özümüzü Allaha şərik qərar vermiş oluruq. Belə çıxır ki,inananlar anadan olandan ölənə qədər inanan olurlar. Bəs onda iman gətirən kimlərdir. Kafirlər olmasa iman gətirən olarmı. İnananların iman gətirməyə ehtiyacı varmı. Əgər ərzdə kafirlər yox, inanalar olsaydı, Allah öz rəsullarını kimi dəvət etmək üçün göndərərdi. 14-cü surə (İbrahim) - 1-ci ayadə zülmətdən nura çıxarılmalı olan insanlar bəs kimlərdir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: ALLAHIsevmekte mecburiyyet yoxdur

          Kategori: İslamın Temel Esasları

          Konuyu Baslatan: Revane

          Cevaplar: 0

          Görüntüleme: 1867


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş