http://xeber.azeri.net/img/n83ZqDzi.jpg Zamanında çox sevilən və ən arzulanan müğənnilərdən biri olan, Opera səhnəmizdə Gülçöhrəni, Nigarı, Əslini böyük məharətlə oynayan 87 yaşlı Sona Aslanova Los-Anceles şəhərinin “Kaiser” xəstəxanasında vəfat edib. Qeyd edək ki, 20 ilə yaxındır Amerikanın Los-Ancelos şəhərinə yaşayan Sona Aslanovanın bacısı qızı Nərminə Ələsgərova bir müddət əvvəl müğənninin komada olması barədə ANS-ə məlumat vermişdi. Səsi və mahnıları ilə yaddaşımıza dərin iz salan,

Bu konu 1255 kez görüntülendi 0 yorum aldı ...
Sona Aslanova vəfat edib 1255 Reviews

    Konuyu değerlendir: Sona Aslanova vəfat edib

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1255 kez incelendi.

  1. #1
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    997
    @Revane

    Standart Sona Aslanova vəfat edib


    Zamanında çox sevilən və ən arzulanan müğənnilərdən biri olan, Opera səhnəmizdə Gülçöhrəni, Nigarı, Əslini böyük məharətlə oynayan 87 yaşlı Sona Aslanova Los-Anceles şəhərinin “Kaiser” xəstəxanasında vəfat edib.

    Qeyd edək ki, 20 ilə yaxındır Amerikanın Los-Ancelos şəhərinə yaşayan Sona Aslanovanın bacısı qızı Nərminə Ələsgərova bir müddət əvvəl müğənninin komada olması barədə ANS-ə məlumat vermişdi.

    Səsi və mahnıları ilə yaddaşımıza dərin iz salan, mükəmməl yaradıcılığı və pedaqoji fəaliyyəti ilə Azərbaycan musiqisinin inkişafında özünəməxsus xidmətləri olan Sona Aslanova Bül-Bül və Rəşid Behbudov kimi Azərbaycan mədəniyyətinin məşhur simalarından biri hesab olunurdu.

    Sona Aslanova 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərində anadan olub. Ali və orta təhsilini doğma şəhərində alıb. Burada ailə qurub, sənət zirvəsinə yüksəlib. Özünə yüzlərlə pərəstişkar qazanan Sona Aslanovanın səsini dahi Üzeyir Hacıbəyov “Qəlbləri ovsunlayan səs” adlandırmışdı. Üzeyir Hacıbəyovdan dərs alan Sona Aslanova 200-dən çox mahnı ifa edib və 12 bədii filmə çəkilib. “Bizim cəbiş müəllim”, “Görüş”, “Telefonçu qız”, “Bizim küçə”, “O qızı tapın” kimi filmdərdə yadda qalan obrazlar yaradıb.

    1952-ci ildə Konservatoriyanı bitirəndən həmin tədris ocağında pedaqoq kimi çalışan Sona Aslanova 20-dən artıq kadrın yetişməsində fədakarlıq göstərib. İtaliyalı Sofe İkonovna Qorskadan dərs alan əməkdar artist uzun illər Azərbaycan televiziyası, Dövlət Filarmoniyası və estrada orkestrinin solisti olub. Azərbaycan və xarici bəstəkarlarının nəğmələrini böyük coşqu və məharətlə ifa edib.

    Sona Aslanova 1994-cü ildən Amerika Birləşmiş ştatlarında yaşayırdı. Qeyd edək ki, Sona Aslanova 1956-ci ildə Xalq artsiti, 1959-cu ildə isə Şərəf nişanı ordeni adına layiq görülüb. ANSPRESS


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Sona Aslanova vəfat edib

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: Revane

          Cevaplar: 0

          Görüntüleme: 1255


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş