Məmmədhəsən Cəfərqulu oğlu Hacınski (1875-1931) - Azərbaycan memarı, Azərbaycan Demokratik Respublikasının Xarici İşlər Naziri (28.05.1918 - 06.10.1918) və Daxili İşlər Naziri (22.12.1919 – 15.02.1920). Həyatı Dövrünün tanınmış siyasi və ictimai xadimi, məşhur mühəndis Məmmədhəsən Cəfərqulu oğlu Hacınski 1875-ci il martın 3-də Bakıda anadan olmuşdur. O, Bakı realnı məktəbini, 1902-ci ildə isə Peterburq Texnoloji İnstitutunu bitirmişdir. Gənc mühəndis bir neçə ay Moskvada maarifpərvər

Bu konu 1737 kez görüntülendi 0 yorum aldı ...
Memmedhesen Hacınski 1737 Reviews

    Konuyu değerlendir: Memmedhesen Hacınski

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1737 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Memmedhesen Hacınski

    Məmmədhəsən Cəfərqulu oğlu Hacınski (1875-1931) - Azərbaycan memarı, Azərbaycan Demokratik Respublikasının Xarici İşlər Naziri (28.05.1918 - 06.10.1918) və Daxili İşlər Naziri (22.12.1919 – 15.02.1920).
    [redaktə / تحریر] Həyatı

    Dövrünün tanınmış siyasi və ictimai xadimi, məşhur mühəndis Məmmədhəsən Cəfərqulu oğlu Hacınski 1875-ci il martın 3-də Bakıda anadan olmuşdur. O, Bakı realnı məktəbini, 1902-ci ildə isə Peterburq Texnoloji İnstitutunu bitirmişdir. Gənc mühəndis bir neçə ay Moskvada maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin neftayırma zavodlarının tikintisində çalışmış, həmin ilin axırlarında isə doğma Bakıya qayıdaraq, şəhər upravasının (bələdiyyə) tikinti şöbəsinin rəisi təyin olunmuşdur.

    M.H.Hacınski Bakının abadlaşmasına böyük diqqət yetirirdi. Onun rəhbərliyi altında 1911-ci ildə Dənizkənarı bulvarın tikintisi başa çatdırılmışdı. 1912-ci ildə Hacınskinin redaktəsi ilə Bakı küçələrinin abadlaşması haqqında şəhər upravası bir kitab buraxmışdır. O, 1913-cü ildə qısa müddət Bakı şəhər upravasının rəisi olmuşdur. 1911-ci ildə yaradılmış gizli Müsəlman demokratik Müsavat partiyasına daxil olmuşdur. 1917-ci il Rusiya fevral burjua inqilabından sonra Müsavat partiyası açıq fəaliyyətə keçdi. Martın 22-də milli müsəlman şurasının müvəqqəti İcraiyyə Komitəsi yaradıldı. M.H. Hacınski sədr təyin olundu. Hacınski Qafqaz müsəlmanlarının Bakı qurultayında, mayda isə Rusiya müsəlmanlarının Moskva qurultayında iştirak etmiş, Rusiya parlamentinə Azərbaycandan millət vəkili seçilmişdir.

    M.H.Hacınski 1917-ci ilin noyabrın 15-də yaranmış Zaqafqaziya komissarlığında ticarət və sənaye komissarının müavini, seymin üzvü, 1918-ci ilin aprelin 22-də yaranmış Zaqafqaziya Federativ Respublikası hökumətində ticarət və sənaye naziri vəzifələrini icra etmişdir.

    1918-ci ilin mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. Hacınski bitərəf Fətəli xan Xoyskinin təşkil etdiyi birinci hökumət kabinetində Xarici İşlər Naziri vəzifəsini tutmuşdur.

    23 dekabr 1919-cu ildə ikinci kabinetdə daxili işlər naziri təyin olunmuş, 1920-ci ilin fevralına qədər bu vəzifədə işləmişdir. 1920-ci il aprelin 1-də Azərbaycan Respublikasının yeni hökumət kabinəsini təşkil etmək M. Hacınskiyə tapşırıldı. Bu məqsədlə o, Azərbaycan parlamentinə daxil olan bütün partiya və fraksiyaların rəhbərləri ilə, həmçinin bolşeviklərlə də danışıqlar aparmışdır. Hacınski bolşevikləri yeni hökumət kabinəsinin tərkibinə daxil etməklə, Samur körpüsünün şimal tərəfində dayanmış XI Qızıl Ordunun Bakı üzərinə yürüşünü ləngitmək və nizami Azərbaycan ordusunu təcili Bakıya çağırmaq istəyirdi. Həmin ilin martında Azərbaycan ordusu Dağlıq Qarabağı daşnak işğalından azad etmək üçün göndərilmiş, hələ Bakıya qayıtmamışdır.

    Bolşeviklərdən rədd cavabı alan M.Y. Hacınski aprelin 22-də Azərbaycan parlamentinin sədrini əvəz edən M.Y. Cəfərova yeni hökumət kabinəsi yaratmağın mümkün olmadığını bildirmişdi. O, həmçinin Ədəmi - mərkəziyyət partiyası Musavatdan çıxdığını və həmin andan rəsmi surətdə bolşeviklər partiyasına daxil olduğunu bildirmişdi.

    Həmin hadisələrdən sonra o, Ali xalq təsərrüfatı şurasında işləmişdi. 1923-cü ildən Zaqafqaziya Dövlət Plan Komitəsi sədrinin birinci müavini işləmişdir. Ziddiyyətli həyat yolu keçmiş M.H. Hacınski Zaqafqaziya Diyar Partiya Komitəsinin birinci katibi olan L. Beriyanın göstərişi ilə həbs edilmiş və 1931-ci il martın 8-də Tiflis həbsxanasında həlak olmuşdur.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Memmedhesen Hacınski

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1737


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş