Ötən ay cərrahiyyə əməliyyatı yolu ilə boğazından 120 şiş çıxarılan azərbaycanlı aktyor Coşqun Rəhimov reabilitasiya kursu keçmək üçün Türkiyəyə gedib. alt “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov APA-ya verdiyi açıqlamasında bildirib ki, İzmir xəstəxanalarının birində reabilitasiya kursu keçən aktyor 200 qram radioaktiv yod qəbul edib: “Coşqun Rəhimov hazırda özünü daha yaxşı hiss edir. Artıq lazımi analizlər götürülüb və bir neçə gündən sonra analizlərin nəticələri məlum olacaq. Məhz bundan

Bu konu 1420 kez görüntülendi 0 yorum aldı ...
Aktyor Coşqun Rəhimov İzmirdə müalicə olunur 1420 Reviews

    Konuyu değerlendir: Aktyor Coşqun Rəhimov İzmirdə müalicə olunur

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1420 kez incelendi.

  1. #1
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    997
    @Revane

    Standart Aktyor Coşqun Rəhimov İzmirdə müalicə olunur

    Ötən ay cərrahiyyə əməliyyatı yolu ilə boğazından 120 şiş çıxarılan azərbaycanlı aktyor Coşqun Rəhimov reabilitasiya kursu keçmək üçün Türkiyəyə gedib.
    alt
    “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov APA-ya verdiyi açıqlamasında bildirib ki, İzmir xəstəxanalarının birində reabilitasiya kursu keçən aktyor 200 qram radioaktiv yod qəbul edib: “Coşqun Rəhimov hazırda özünü daha yaxşı hiss edir. Artıq lazımi analizlər götürülüb və bir neçə gündən sonra analizlərin nəticələri məlum olacaq. Məhz bundan sonra Coşqunun nə zaman Bakıya qayıdacağı məlum olacaq. Bu analizlərin nəticəsi məlum olacaq ki radioaktiv yodun qəbulu zamanı orqanizmə daxil olan radiasiya tam çıxıb, ya çıxmayıb. Əgər çıxmayıbsa, demək ki, ona təyyarəyə minmək olmaz və belə olacağı təqdirdə Coşqun daha 10 gün orada qalmalıdır”.


    M.Abbasov deyib ki, əgər analizlərin cavabı müsbət olsa, o zaman aktyor Bakıya yanvarın 13-də qayıda biləcək: “Radioaktiv yod qəbul etdiyinə görə həkimlər palataya xüsusi geyimdə girirlər. Onlar aktyora 2 metrdən çox yaxınlaşa bilmirlər. Biz isə onunla palatada quraşdırılmış xüsusi monitor və mikrofonla danışırıq. Coşqun yod içib ki, cərrahiyyə əməliyyatından sonra qalan bütün mikroblar məhv olsun. Bu müalicə uğurla nəticələnəcək”.


    M.Abbasov bildirib ki, Türkiyənin İzmir şəhərinin sözügedən xəstəxanasında onları çox yaxşı qəbul ediblər və hazırda aktyorun müalicəsi yüksək səviyyədə aparılır. Coşqun Rəhimov eləcə də İzmirdə xüsusi dərman qəbul etməyə başlayıb ki, bu dərmanı da bütün ömrü boyu qəbul etməlidir. Sözügedən dərman qalxanvarı vəzi əvəz edir. Coşqun Rəhimov müalicə kursunu bitirdikdən və Vətənə döndükdən sonra 5-8 mart tarixində Heydər Əliyev Sarayında nümayiş olunacaq “Bu şəhərdə”nin məşqlərinə başlanılacaq.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Aktyor Coşqun Rəhimov İzmirdə müalicə olunur

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: Revane

          Cevaplar: 0

          Görüntüleme: 1420


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş