Artıq 20-ci ildir ki, müstəqil Azərbaycanımız dövlət müstəqilliyi gününü qeyd edir. Hələ 1918-ci ilin 28 mayında bizlər Şərqdə ilk demokratik dövləti yaradan xalqın nümayəndələri kimi adımızı tarixə qızıl hərflərlə yazdırdıq. 70 illik əsarətdən sonra isə Azərbaycan xalqı özünün əbədi müstəqil dövlətini - Azərbaycan Respublikasını yaratdı. Hələ SSRİ-nin süqutu ərəfəsində meydanlara toplaşan milyondan artıq insan sovet əsarətindən qurtulmaq və müstəqil dövlətçiliyimizi bərpa etmək uğrunda

Bu konu 8301 kez görüntülendi 1 yorum aldı ...
Müstəqillik Günün mübarək, Vətən! 8301 Reviews

    Konuyu değerlendir: Müstəqillik Günün mübarək, Vətən!

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 8301 kez incelendi.

  1. #1
    NeCeSeN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    03.11.2011
    Mesajlar
    500
    Konular
    258
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    479
    @NeCeSeN

    Standart Müstəqillik Günün mübarək, Vətən!

    Artıq 20-ci ildir ki, müstəqil Azərbaycanımız dövlət müstəqilliyi gününü qeyd edir. Hələ 1918-ci ilin 28 mayında bizlər Şərqdə ilk demokratik dövləti yaradan xalqın nümayəndələri kimi adımızı tarixə qızıl hərflərlə yazdırdıq. 70 illik əsarətdən sonra isə Azərbaycan xalqı özünün əbədi müstəqil dövlətini - Azərbaycan Respublikasını yaratdı.

    Hələ SSRİ-nin süqutu ərəfəsində meydanlara toplaşan milyondan artıq insan sovet əsarətindən qurtulmaq və müstəqil dövlətçiliyimizi bərpa etmək uğrunda mübarizəyə qoşulmuşdu. Məhz xalqımızın azadlıq uğrunda mübarizəsinə görə 1989-cu ildə Almaniyanın dünyaca məşhur «Şpigel» curnalı Azərbaycan xalqını “İlin xalqı” elan etmişdi. Azərbaycan xalqının həmin azadlıq mübarizəsi bizlərə artıq 20-ci ildönümünü qeyd etdiyimiz müstəqilliyimizi qazandırdı.

    Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadə hələ 1953-cü ildə radio vasitəsilə xalqımıza müraciətində belə demişdir: “Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 mayısı kimi yenidən doğacaqdır”.

    Həqiqətən, həmin qalibiyyət günəşi yenidən parladı, qanımız bahasına əldə etdiyimiz müstəqilliyimizi yenidən qazandıq. 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə yenidən müstəqil dövlətçiliyimiz bərpa olundu və Azərbaycan xalqı ümumxalq səsverməsində yekdilliklə Konstitusiya Aktına tərəfdar olduğunu bildirdi. Konstitusiya Aktı müstəqil Azərbaycan dövlətini 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan edirdi.

    Həmin tarixdən keçən 20 il ərzində müstəqil Azərbaycanımız özünün beynəlxalq aləmdə nüfuzunu artırdı və sürətlə inkişaf edən ölkələr sırasına daxil oldu.


    1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir.

    Bu ilin yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı imzaladığı sərəncama əsasən, Azərbaycanın müstəqilliyinin bərpasının iyirminci ildönümü ölkədə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunur.


    Hər bir azərbaycanlını Müstəqillik Günü münasibətilə təbrik edir, bütün xalqımıza uğurlar arzulayıram. Tanrı bizi qorusun!


    Sən bizimsən, bizimsən, durduqca bədəndə can,

    Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Müstəqillik Günün mübarək, Vətən!

          Kategori: Azerbaycan Önemli Günleri

          Konuyu Baslatan: NeCeSeN

          Cevaplar: 1

          Görüntüleme: 8301


  2. #2
    ŞiMaL - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    10.12.2009
    Mesajlar
    21.656
    Konular
    10831
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @ŞiMaL

    Standart

    GünceLLme..

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş