PDA

Orijinalini görmek için tıklayınız : Azəri Günel el adəti ilə nişanlandı



NeCeSeN
16.11.11, 01:26
[Sadece Kayıtlı Kullanıcılar Linkleri Görebilir]

Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri Günelin dünən - iyulun 24-də, Bakıdakı evində el adəti ilə sözkəsdisi olub.

Lux.az-a daxil olan məlumata görə, Günelin gələcək həyat yoldaşı İnanc Başəyməz 25 yaşlı iş adamıdır. O, Günellə Türkiyədə orta məktəbdə bir yerdə oxuyub. İnanc evin ikinci oğludur, böyük qardaşı Kıvanc artıq evlidir.

Uzun müddətdir Günellə ailə qurmaq arzusunda olan İnanc, ancaq 3-cü cəhdində istəyinə nail ola bilib. Hələ orta məktəbdən Güneli sevən İnanc bir müddət əvvəl Günelin ürəyini ala bilib. Müğənnimiz İnancın özündən razı, yekəxana olduğunu düşünürmüş. Güneli razı salan yeganə məqam İnancı öz atasının gəncliyinə bənzətməsi imiş.

Günelin qayınanası Səmra xanımla qayınatası Zahid bəy onun ailəsindən “hə” cavabı almaq üçün Türkiyədən 8 nəfərlə gəlib. Onların arasında İnancın ata-anasından başqa əmiləri və ən yaxın qohumları olub.

Günelin ailəsi tərəfdən isə sözkəsdidə daha çox kişilər iştirak edib. Onların arasında ata-anası, ağsaqqallar və nənəsi də iştirak edib. Gənclər Azərbaycan adət-ənənələrinə uyğun sözkəsdi ediblər. Çay süfrəsinə ikirəngli çay verilib. Çayı əvvəlcə qızın bibisi süfrəyə aparıb. “Hə” cavabından sonra türkiyəli qonaqlar “Allahın əmri, peyğəmbərin razılığı ilə qızınızın əllərindən çay içmək istəyirik”, - deyiblər. Sonra Günel qonaqlara çay paylayıb.

Çayları içəndən sonra türk qayda-qanunlarına uyğun olaraq Günellin əllərindən hazırlanan qəhvə istənilib. Günel təzə qohumlarının adətinə görə, İnancın qəhvə fincanına 3 qaşıq duz töküb.

Daha sonra qonaqlara adətdən kənar olaraq, Qarabağ aşı verilib. Qonaqlar yemək yedikdən sonra otelə qayıdıblar.

Qeyd edək ki, təmtəraqlı nişan mərasimi oktyabr ayında, Günelin ad günü ərəfəsində gözlənilir.

K_H-zade
16.11.11, 15:47
neyniyək gözderim aydin ))))