Zülalov Әli Әbdül oğlu
(1893— 1963) — opera müğәnnisi. Azәrb әmәkdar art. (1940). Q. Zülalovun qardaşı, Ә. K. Zülalovun qardaşı oğludur. Sәһnә fәaliyyәtinә 1917 ildәn başlamış, 1952 ilәdәk AOBT-nda çıxış etmişdir. Gur, xarakterik sәsi var idi. «Koroğlu» operasında Eһsan paşa rolunun ilk ifaçısı olmuşdur. H.-un «Leyli vә Mәcnun», «Әsli vә Kәrәm» operalarında Leylinin atası vә paşa rollarını ifa edirdi.