Ermənilərin Azərbaycanda törətdiyi soyqırımından 92 il ötür 50 mindən çox azərbaycanlı qətlə yetirilib, on minlərlə yurddaşımız isə öz torpaqlarından didərgin düşüb Ermənilərin 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törətdiyi soyqırımından bu gün 92 il ötür. Sovet hakimiyyəti dövründə uzun illər bu qətliamın üstündən sükutla keçilsə də, Azərbaycan müstəqillik qazandıqdan sonra hadisələr öz siyasi qiymətini aldı. Prezident Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildən 31 mart

Bu konu 1669 kez görüntülendi 1 yorum aldı ...
Ermənilərin Azərbaycanda törətdiyi soyqırımından 92 il ötür 1669 Reviews

    Konuyu değerlendir: Ermənilərin Azərbaycanda törətdiyi soyqırımından 92 il ötür

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1669 kez incelendi.

  1. #1
    NeCeSeN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    03.11.2011
    Mesajlar
    500
    Konular
    258
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    479
    @NeCeSeN

    Standart Ermənilərin Azərbaycanda törətdiyi soyqırımından 92 il ötür

    Ermənilərin Azərbaycanda törətdiyi soyqırımından 92 il ötür

    50 mindən çox azərbaycanlı qətlə yetirilib, on minlərlə yurddaşımız isə öz torpaqlarından didərgin düşüb


    Ermənilərin 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törətdiyi soyqırımından bu gün 92 il ötür. Sovet hakimiyyəti dövründə uzun illər bu qətliamın üstündən sükutla keçilsə də, Azərbaycan müstəqillik qazandıqdan sonra hadisələr öz siyasi qiymətini aldı. Prezident Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildən 31 mart azərbaycanlıların soyqırım günü kimi qeyd edilir.

    92 il bundan əvvəl Şaumyan, Lenin ilə Stalinin imzaladığı 13 nömrəli dekretə uyğun olaraq Qafqazda sovetləşmə əməliyyatına başlayır. Hər şeydən əvvəl o, erməni və rusları hücuma sövq edir. İlk hədəf isə Azərbaycan olur. Düz 92 il bundan əvvəl 1918-ci il martın 31-də Bakıdan başlayan soyqırımı, az keçmir Bakının hüdudlarını aşır. Mart-aprel aylarında Bakıda, Şamaxıda , Qubada, Muğanda, Lənkəranda erməni-bolşevik silahlı dəstələri tərəfindən 50 mindən çox azərbaycanlı qətlə yetirilir, on minlərlə yurddaşımız isə öz torpaqlarından didərgin düşür.

    Dənizdən dənizə böyük Ermənistan xülyasını nəyin bahasına olursa olsun gerçəkləşdirmək istəyən ermənilər soyqırımı siyasətini həyata keçirməkdə davam edirlər. Təkcə Şamaxıda 4 mindən çox insan qətlə yetirilir. Şamaxı qəzasının 58 kəndi dağıdılır, öldürülənlərin sayı 7 min nəfərə çatır. 1653 qadın və 965 uşaq da bu qırğının qurbanı olub. Qeyd edək ki,1918-ci ildə indiki Ermənistan ərazisi Azərbaycan torpaqlarının işğalı hesabına 9 min kvadrat kilometrdən 45 min kvadrat kilometrə qədər genişlənib.

    Şamaxı şəhərini və onun ətraf kəndlərini viran qoyan daşnaklar, Gəncə istiqamətində də irəliləyirlər. Erməni silahlıları iki gün ərzində Ağsu və Göyçayı da zəbt etməyə, qanlı qırğınlar törətməyə imkan tapdılar. Azərbaycan xalqının bu faciəli tarixində böyük Ermənistan yaratmaq ideyasına mübtəla olan erməni şovinizminin açıq aşkar izi görünür. Belə ki, 1820-ci ildən 1828-ci ilə qədər İrəvan quberniyasında 7331 azərbaycanlı və 2369 erməni yaşayırdısa, çox qısa bir müddət ərzində azərbaycanlıların sayı 1350 -yə qədər azaldı.

    1905-1907-ci illərdə Bakıda, Gəncədə, İrəvanda, Zəngəzurda azərbaycanlılara qarşı kütləvi repressiyalar davam edib. Ermənilər tərəfindən 200 Azərbaycan kəndi talan olunub. Birinci dünya müharibəsindən sonra yaranmış vəziyyətdən istifadə edən ermənilər bolşevizm bayrağı altında öz planlarını həyata keçirməyə cəhd edib. 1918-ci ilin aprel-mart aylarında isə təkcə insanlar qətlə yetirilməyib, həm də milli mədəniyyət abidələri dağıdılıb. Bu gün həmin tarixdən 92 il ötür. 31 mart günü Azərbaycanın tarixində xüsusi bir səhifəni işğal edib.


    alinti


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ermənilərin Azərbaycanda törətdiyi soyqırımından 92 il ötür

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: NeCeSeN

          Cevaplar: 1

          Görüntüleme: 1669


  2. #2
    K_H-zade - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    21.04.2011
    Mesajlar
    1.508
    Konular
    108
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    564
    @K_H-zade

    Standart

    Paylasim icin tsk ler
    ermenileredeki sadece duuuuuuuud deyirem)

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş