Saçın ucun hörməzlər, Gülü sulu dərməzlər, Sarı gəlin… Bu sevda nə sevdadır, Səni mənə verməzlər… Neynim aman, aman… Sarı Gəlin… Çoxları elə ilk sətirdən nə deyəcəyimi, nədən danışacağımı anladılar. Bəli, bu yazımda Azərbaycanın qədim və əsrarəngiz xalq mahnısı “Sarı Gəlin”dən bəhs edəcəm. O nəğmədən ki, milyonların yaddaşından yüz illər, bəlkə də min ilər öncədən bu günə qədər axa bilib, yol tapa bilib. O nəğmədən ki, eşidəndə ruhu təmizləyir, layla kimi, nənni kimi könül oxşayır. Amma

Bu konu 2297 kez görüntülendi 1 yorum aldı ...
Sarı gelin Türküsü ve yağmalanan folklorumuz.. 2297 Reviews

    Konuyu değerlendir: Sarı gelin Türküsü ve yağmalanan folklorumuz..

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2297 kez incelendi.

  1. #1
    NeCeSeN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    03.11.2011
    Mesajlar
    500
    Konular
    258
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    478
    @NeCeSeN

    Standart Sarı gelin Türküsü ve yağmalanan folklorumuz..

    Saçın ucun hörməzlər, Gülü sulu dərməzlər, Sarı gəlin…
    Bu sevda nə sevdadır, Səni mənə verməzlər… Neynim aman, aman… Sarı Gəlin…

    Çoxları elə ilk sətirdən nə deyəcəyimi, nədən danışacağımı anladılar. Bəli, bu yazımda Azərbaycanın qədim və əsrarəngiz xalq mahnısı “Sarı Gəlin”dən bəhs edəcəm. O nəğmədən ki, milyonların yaddaşından yüz illər, bəlkə də min ilər öncədən bu günə qədər axa bilib, yol tapa bilib. O nəğmədən ki, eşidəndə ruhu təmizləyir, layla kimi, nənni kimi könül oxşayır. Amma maraqlıdır ki, tarixi dəqiq bilinməyən bu qədim el nəğməsinin qəhrəmanı haqqında az bilirik.

    Ümumiyyətlə, Sarı Gəlin kim? Çalışacam ki, “Sarı Gəlin”in kimliyi barədə əldə olan bilgilərdən və araşdırılanlardan oxucularımıza təqdim edim.

    “Sarı Gəlin” Günəş imiş

    Kiminə görə Sarı Gəlin adi qadın olub, kiminə görə isə o insan olmayıb. Yəni, bu el nəğməsi insana qoşulmayıb. Elə hesab edirəm ki, ikinci variant gerçəyə daha yaxındır. Bu barədə xeyli araşdırmalar da olub. Tarixçilər, folklorşünaslar, araşdırmaçılar bu barədə yekdil bir fikirə gələ bilməyiblər. Bu araşdırmalar içində ən mənqtiqlisi də araşdırmaçı-tarixçi Şakir Qabıssanlının fikirləridir. Şakir Qabıssanlı yeni bir yanaşma qoydu ortaya və öncəki araşdırmaların yanlış olduğunu iddia etdi. Hər halda öncəki və bundan sonrakı araşdırmalarda “Sarı Gəlin”in insan olması barədə tutarlı dəlil yoxdur.

    Son zamanlarda qədim xalq mahnısı olan “Sarı Gəlin” haqqında çox danışılır. Mediada bu mahnı haqda müxtəlif iddiaların irəli sürülməsinin şahidi oluruq. Bu günədək “Sarı Gəlin” həm Azərbaycan, həm də xarici müğənnilər tərəfindən dəfələrlə səsləndirilib. Mahnı həm xalq mahnısı kimi, həm estrada mahnısı kimi dəfələrlə aranjıman edilərək müxtəlif tərzlərdə ifa edilib. Düzdür, xalq mahnısının əyilib-bükülüb biabırçı hala salınmasının qətiyyən tərəfdarı deyiləm, “xalq mahnısı elə öz üslubunda oxunmalıdır” deyə düşünürəm. Bəs tək müğənnilər tərəfindən deyil, bir çox ünlü balaban, ney, tütək, zurna ifaçılarının da məharətlə ifa etdikləri bu möhtəşəm el nəğməsinin sirri nədədir? Nədən onu dinləyəndə insanın içi titrəyir, nədən o mahnı eşidiləndə kövrəlir adam? Sirri nədir bu öykünün?

    Araşdırdıqlarımdan gəldiyim nəticə belə oldu:

    “Sarı Gəlin” mahnısının əslində üç qəhrəmanı var.

    1. Günəş – yəni, Sarı Gəlin.
    2. Sevgili – Nazlı yar.
    3. Öz eşqini nağıl edən Aşiq. Aşiq öz sevgisindən və sevdiyi qızdan danışır Sarı Gəlinə..

    1. Mahnıda deyilən “sarı” yox, əslində “sari” olmalıdır. “Sari” qədim türk sözü olub göydə hərəkət edən, bizə sirayət edən, bizə həyat enerjisi verən Günəş deməkdir.

    2. “Saçın ucun hörməzlər” – bu qadın saçı deyil, Günəş şüalarının mənasını verir, onu necə hörmək olar?

    3. Saçın telinin sayılması, hörülməsi, ümumiyyətlə saçın mədhi təkcə “Sarı Gəlin”də deyil, başqa mahnılarda da var. Məsələn: Təbriz üstə Marağa, Telin gəlməz darağa… Bu mahnıda da Günəşin telindən danışılır. Demək, “Sarı Gəlin” öygüsü də Günəşə, onun vəsfinə istiqamətlənən mahnılardandır.

    4. “Gülü sulu dərməzlər” Günəş çıxmadan gülü dərmək olmaz mənasını verir. Bağçılıqdan bir az anlayanlar bilir ki, gül-çiçəyi heç vaxt şehli-şehli dərmirlər…

    5. “Nə olaydı görəydim nazlı yarın üzünü, Sarı gəlin…” – deyilir mahnıda. Yəni Sarı Gəlinə – Günəşə müraciət edilir ki, nazlı yarımın üzünü görmək istəyirəm. Deməli Sarı Gəlin, yəni Günəş nazlı yar deyil, yar başqasıdır.

    6. Bu sevda nə sevdadır, Səni mənə verməzlər, neynim, aman-aman, neynim, aman-aman, Sarı gəlin – Sarı Gəlindən imdad diləyir aşiq, dərdini söyləyir, əlac istəyir…

    7. “Aşıq ellər ayrısı, Şana tellər ayrısı, Bir gününə dözməzdim, Oldum illər ayrısı” – Aşiq Sarı Gəlinə dərdini anladır – Əgər nazlı yar Sarı Gəlinsə, o zaman niyə aşiq deyir ki, “oldum illər ayrısı”? Axı Günəş hər səhər görünür, aşiq istəsə də ondan ayrı qalmaz. Həm də Sarı Gəlinin insan olmadığı fikrinə əsaslansaq, o zaman aydın olur ki, aşiqin ayrı qaldığı yar başqasıdır. Yəni, mahnıda aşiqdən başqa daha iki surətin olması aydın olur.

    “Avazın yaxşı gəlir…..”

    Xatırlayarsınız yəqin, Ermənistan prezidenti Serj Sarkisyan və Türkiyə prezidenti Abdulla Gül Bursada şam yeməyi zamanı “Sarı gəlin” xalq mahnısından danışmışdılar. Şam yeməyi vaxtı “Sarı gəlin” mahnısı səsləndirilmişdi. Güllə Sarkisyan arasında belə bir dialoq baş tutmuşdu:

    Abdulla Gül: “Sarı Gəlin” bizdə anonimdir. Sizdə də elədirmi?
    Serj Sarkisyan: “Bəli, bizdə də anonimdir. Sarı bizdə dağ deməkdir. Yəni, dağlı qız mənası verir”.
    Sarkisyan bu sözü deyəndən sonra gülümsəyərək belə deyib: “Cənab Gül, görürsünüzmü? Türkülərimizin, mahnılarımızın və yeməklərimizin nə qədər ortaq bir dadı var…”

    Sarkisyanı anlamaq olar, ermənilər bədbəxt, rəzil, oğru və başqasının yaratdıqlarına möhtac bir millət olduğundan hər şeyi mənimsəmək psixologiyası ilə yaşayırlar. A.Gülü isə heç anlamaq olmur. Adam bu mahnının Azərbaycan türklərinə məxsus olduğunu yaxşı bilir. Amma siyasi maraqlar naminə türk millətinin mədəni sərvətini düşmənin mənimsəməsinə şərait yaradır.

    Yadıma düşmüşkən, bir şeyi də deyim. Türkiyədə qətlə yetirilən erməni jurnalist Hrant Dinkin İstanbuldakı anım mərasimində də hər il eyni şeyi edirlər, Azərbaycan türküsünü erməni mahnısı kimi bir erməninin anım mərasimində səsləndirirlər. (Görəsən, bu ermənilərin özlərinə aid normal bir mahnıları yoxmu? Deyəsən yox! Əgər olsaydı, qonum-qonşusunun mədəniyyətini oğurlayıb “mənim” deməzdilər…)

    Üstəlik, bu anım mərasimini Türkiyə telekanalları da göstərir, bir Tanrı bəndəsi türk qardaşımız çıxıb demir ki, bu türkü Azərbaycan türklərinə aid, hansı səbəbdən bir erməni mərasimində oxudulur? Bütün Türkiyə cumhurbaşkanı kimi düşünür deyəsən, “Sarı Gəlin”i anonim deyə təqdim edirlər.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Sarı gelin Türküsü ve yağmalanan folklorumuz..

          Kategori: Azerbaycan Halk Dansları

          Konuyu Baslatan: NeCeSeN

          Cevaplar: 1

          Görüntüleme: 2297


  2. #2
    NeCeSeN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    03.11.2011
    Mesajlar
    500
    Konular
    258
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    478
    @NeCeSeN

    Standart

    Milli mənşəyi şübhəli olan Seda Sayan kimi bir müğənnicik isə, canlı yayımda bir erməni seyrçinin “erməni xalq mahnısı Sarı Gəlin”i sifariş etməsi üzərinə Azəri qızı Günelin etirazına imkan verməməklə özünün kimliyini ortaya qoyur. Burada yenə də Seda Sayanı anlamaq olar – adamda ermənilərə genetik və ya simpatik sevgi var.

    Azəri qızı Günel isə milyonların izlədiyi canlı teleyayımda kəkələyə-kəkələyə bunu təkzib belə edə bilmədi. “Seda sözümü kəsdi” bəhanəsi yerinə düşmür, çünki cəmi bircə qəti cümlə ilə məsələyə son qoymaq olardı. Lakin lazımi savad səviyyəsinin çatışmazlığı və siyasi hazırlıqsızlıq buna əngəl törətdi.

    “Sarı Gəlin”i erməniləşdirən Türk

    İndiyədək bu məsələni araşdıran bir çox araşdırmaçı olub. Hər birinin də özünəməxsus tərzdə maraqlı fikirləri və yorumları olub. Araşdıranlar tək Azərbaycandan olan alimlər olmayıb, eyni zamanda bu nəğməni xarici mütəxəssislər də araşdırır. Onlardan bir neçəsinin adını da deyə bilərəm. Onlardan biri əslən osmanlı türkü olan jurnalist Eyüphan Qılıncdır. Dediyinə görə üç ildən artıq vaxt arzində “Sarı Gəlin”i araşdırıb. Əldə etdiyi məlumatlardan ibarət “Sarı Gəlin Türküsünün Gerçək Öyküsü” adlı kitab da nəşr etdirib.

    Jurnalist kitabda bir sıra əhvalatlar yazıb, hamısında da “Sarı Gəlin” qadın-insan kimi qələmə verilib və Azərbaycan türkü kimi deyil, rus və gürcü qızı kimi xarakterizə edilib. Jurnalist yazır ki, Sarı Gəlin gürcü kralı David ilə erməni Rusudanın qeyri-qanuni birlikdəliyindən doğulub, adındakı “sarı” sözü də əslində sarı yox, “sari” olub. Bu sözün səbəbinə və mənasına gəlincə isə Eyüphan Qılınc hesab edir ki, bu ad hind mədəniyyətindən qaynaqlanır (hind qadınlarının “sari” adlandırılan geyimi var ki, bunun da anlamı “sayrışan” deməkdir. Səbəbini soracaq olursanız: Hind kültürü o qədər zəngin və çoxmənalıdır ki, hətta adi paltarlarda belə minlərlə çalar əks olunur, çalarlar parça üzərində, necə deyərlər, sayrışır, hərəkət edir və dolayısı ilə də geyimin adı yaranır – L.M ).

    Bəs bu adı ona kim verib? Jurnalistin araşdırmalarına görə Şeyx Sənan bu anası erməni, atası gürcü xanıma vurulur və adını bilmədiyindən və onu hər dəfə əynində “sari” ilə gördüyündən adını “Sari Gəlin” qoyur. Əhvalat təxminən belədir:
    “Bağdadlı buddist Şeyx Sənan varlı, yaraşıqlı və eşqbazdır. Müsəlman bir qızla qeyri-qanuni birlikdəliyi var. Qız müsəlman olduğu üçün bu böyük günah sayılır. Əgər bilinsə, qızı hətta ölüm cəzası gözləyir. O qızın bu cəsarəti qarşılığında aciz olur, əlacı müsəlmanlığı qəbul etməkdə görür. Sənan şeyx olur. Ancaq yuxusunda gördüyü büt, onu yeni bir macəraya sürükləyər. Qırx müridiylə birlikdə bütün arxasına düşüb, Ərzuruma qədər gəlir. Büt, zümrüd gözlü qaraşın bir gözəl olaraq çıxır qarşısına şeyxin.

    Şeyx Sənan, uzun müddət adını öyrənə bilmədiyi qıza üzərindəki ipək işləməli hind paltarı səbəbiylə “Sarı Gəlin” adını qoyur. Sonradan öyrənir ki, aşiq olduğu “Sarı Gəlin” kral Davidin qızıdır və kralın komandirlərindən Batmutyanın (müəllif erməni adlı birini əhvalata daxil etməklə Sarı Gəlini erməniyə daha da yaxınlaşdırmağa çalışır – L.M) da qızda gözü var.

    Sarı Gəlin Sənandan eşqinin isbatı üçün üç diləyini reallaşdırmasını istəyir. Sənan eşqi üçün üç qadağanı tapdalamalıdır: şərab içməli, Quranı yandırmalı və dinini yenə dəyişdirməlidir. Ama bu dəfə xristian olmalıdır. Sənan qızın istədiklərini edir, şərab içir, Quranı yandırır, xristianlığı qəbul edir. Hələ üstəlik sarayın donuzlarına da 7 il çobanlıq edir. Amma eşqinə cavab almır və bundan sonra müridləriylə dağa çıxır, tərki-dünya olur. Bu dəfə Sarı Gəlin Sənanın arxasına düşür. Dağda görüşürlər, sarmaş-dolaş anında Batmutyanın qılıncı Sənanın kürəyindən girib, qucaqladığı Sarı Gəlinin sinəsini dəlir”.

    Eyüphan Qılıncın araşdırmasının əslində bir məqsədi olduğunu anlamaq çətin deyil – o açıq-aydın ermənipərəstdir. Dörd millətin – gürcü, erməni, oğuz türkü və osmanlı türklərinin hər birinin kültüründə bu mahnının olduğunu deyən jurnalist “Mədəniyyətin milliyyəti olmaz” deyir. Bütün dünyanın bildiyi aksiomanı danmağa çalşır, “Sarı Gəlin”i altdan-altdan erməniyə yamayır. Amma başarılı ola bilmir. Kitabın adını yazıb internetdə axtarış aparsanız, oxucu yorumlarını görəcəksiniz, bütün oxucular kəskin şəkildə etiraz edir ki, türk əsilli bir müəllif nədən türkün tarixini erməniyə yazır.

    Son bir neçə ildə çox böyük canfəşanlıqla oxudulan “Sarı gəlin” erməni variantı ermənilərin özləri tərəfindən də qəbul edilə bilmir. Bu səbəbdən mahnının erməni kilsə musiqisinə uyğun mahnılarla sintezinə cəhd edilir. Axı “Sarı Gəlin” oğuz türklərinindir, Azərbaycanın keçmişidir, bunu bütün dünya bilir. “Sarı köynək”, “Sarıtel”, “Sarışınım” mahnılarını yaradan xalq yaradıb “Sarı gəlin”i.

    “Sarı Gəlin”ə sahib çıxanlar

    Bu günədək Azərbaycanın bu qədim xalq mahnısına sahib çıxanlar çox olub. Ermənilər, gürçülər, hayklar və daha kimlər…. Hayklar mahnını öz dillərində oxuyub sonunda “Sarı axçi” deməklə sarı sözünün də onlara aid olduğunu iddia edirlər. Mahmud Kaşğarinin “Divani Lüğət-üt-Türk” kitabında (Besim Atalayın tərcüməsi ilə – L.M ) “sarı” əşyaya “sarıq”, tünd sarı əşyaya “sap sarıq” (səh.329) deyilir.

    Sarı sözü “Kitabi-Dədə Qordud” dastanında “Salur Qazanın evinin yağmalanması boyu”nda İlək oğlu Sarı Qalmaş, “Basatın Təpəgözü öldürdüyü boy”da Qonur qoca oğlu Sarı Çoban, “Qazlıq qoca oğlu Yeynək boyu”nda Savqan Sarı kimi insan adlarıdırsa, “Qanlı qoca oğlu Qanturalı boyu”nda sarı burada Sarı donlu Selcan Xatunın paltarının rəngidir.

    Ümumiyyətlə, “sarı” sözünə Azərbaycan türk toponimlərində, kültüründə olduqca çox rast gəlmək olar. Bəs erməni dilində sarı adı varmı? Yoxdur… Hətta erməni müğənnilər bu mahnını öz dillərində deyil, Azərbaycan türkçəsində oxuyurlar. Adama deməzlərmi ki, öz dilinə nə olub? Əgər mahnını erməni mahnısı hesab edirsənsə, elə erməni dilində oxu da… Oxuya bilmirlər… “Sarı” sözünün anlamını verə bilmirlər çünki…

    Araşdırmaçı-tarixçi Tahircan Kukulov deyir ki, çox qədim musiqi tarixinə sahib olan bir millətin ermənidən mahnı götürməsi mümkün deyil: “Amma əsrlər uzunu türkün təbəəsi olmuş ermənilərin bizdən çox şey götürdüklərini söyləyə bilərik. “Sarı gəlin” mahnısı Azərbaycan türklərinin və Şimal-Şərqi Anadolu türklərinin hakim mövqe tutduğu bölgədə meydana gəlib. Ermənilərə gəldikdə isə, onlar xeyli azlıq təşkil etmiş bir xalq olub. Böyük bir imperiya qurmuş millətin öz himayəsində yaşayan hər hansı bir milli azlıqdan mahnı və ya oyun havası götürməsi uzaq bir ehtimaldır”.

    “Sarı Gəlin” hansı dövrün məhsuludur?

    Məlumdur ki, bu, Azərbaycan xalq mahnısıdır, amma Şimal Şərqi Anadoluda yaşayan türklər də bu mahnını özlərinki hesab edir. Bu ərazilərdə isə, ta qədimdən bu günədək Azərbaycan türklərinin yaşadığı məlumdur. Mahnının yaranma tarixi haqqında cürbəcür versiyalar var. Bəzi araşdırmaçılar bunu 2, bəziləri isə 7-8 əsr öncəyə aid edirlər.

    Məlumat üçün qeyd edim ki, Azərbaycanın görkəmli şairi Hüseyn Cavid bu əfsanənin geniş yayıldığı Yuxarı Kür və Çorux çayları boyunda yaranmış əfsanəni yaxından öyrəndikdən sonra “Şeyx Sənan” adlı pyesini yazıb.

    Jurnalist Eyüphan Qılınc araşdırdığı qaynaqlarda qadın kimi təsvir etdiyi Sarı Gəlinin sarışın olduğuna dair bir məlumata rast gəlmədiyini ifadə edir. Bunu Sarı Gəlinin bağlı olduğu Qıpçaq türklərinə məxsus olması ilə əlaqələndirir və qıpçaqların qarabuğdayı olduğunu deyir. Tutaq ki, Eyüphan Qılıncın bu versiyası doğrudur, tutaq ki, “Sarı Gəlin” insandır. Amma hətta belə olsa da, jurnalist yenə doğru izdə deyil. Çünki qıpçaqlar onun sandığının tam əksidirlər. Yəni, qıpçaqlar qarabuğdayı deyil, sarışın və olduqca gözəl olublar və türklərin ən yaraşıqlı soyu hesab ediliblər. Bir çox tarixi qaynaqlarda qıpçaqların gözəl, sarışın, mavi gözlü olması qeyd olunur. Böyük şair Nizami Gəncəvinin “İskəndərnamə” əsərində də qıpçaqların gözəlliyindən bəhs olunur.

    Qıpçaqların tarixdə bir adı da Kumandır. XIII əsrdə qıpçaqlar Qafqazda, Cənubi Rusiyada və Ukrayna ərazisində çox fəal idilər. XII-XIII əsrlərdə qıpçaqlar Gürcüstanın çiçəklənməsində böyük rol oynamışlar. Qıpçaq ordusu hesabına Səlcuqluları məğlub etmiş gürcülər orta əsrlərdəki sərhədlərinə görə onlara çox şeyi borcludurlar. Tanınmış tarixçi və folklorşünas professor F.Kırzıoğlu 1958-ci ildə yazmış olduğu “Ədəbiyyatımızda Qars” əsərində qeyd edir ki, “Sarı gəlin türküsü və Şeyx Sənan əfsanəsi XII əsrdə Şimali Qafqazdan gələn ortodoks qıpçaqların xatirəsindən qalıb”. Kırzıoğlu hesab edir ki, “Sarı Gəlin” sanıldılğı kimi 200-300 il öncənin deyil, ən azı 7-8 əsr öncənin məhsuludur.

    Son olaraq

    …Başımıza gələnlər boş-boşuna deyil, “Tanrı cəzasıdır”, – deyə düşünürəm. Sahib çıxa bilmədiklərimizi alır bizdən Tanrı… Bir gün mahnımızı oğurlayırlar, bir gün xalçamızın saxtasını istehsal edirlər. Bir gün Babəki, Nizamini farslaşdırırlar, o biri gün Zərdüştü, Avestanı. Gah mahnılarımızı oğurlayırlar, gah abidələrimiz, gah da başqa mədəni sərvətlərimizi. Bunlara yiyələnəndən sonra da torpağımıza göz dikirlər. Niyə əcəba? Bu qədər basqı niyə üstümüzdədir? Türklüyümüzə, türkçəmizə, vətənimizə, ulularımıza saldıranlar nə istəyir axı? Azərbaycanın minillərə dayanan tarixini saxtalaşdıra biləcəklərini, möhtəşəm kültürümüzü mənimsəyəcəklərini düşünürlər? “Mənim-mənim” deməklə hər şeyi özününküləşdirə biləcəklərinimi düşünürlər? Dədəm Qorqut (Qor – Od, Qut – Müqəddəs Ruh deməkdir) deyirdi ki, “Dəvəcə böyümüşsən, köşəkcə ağlın yox”. Bu ermənilər də elədir, ağılları heç böyümür, elə yerində sayır. Nəğmə özgə torpağı deyil ki, üstündə oturub yiyə çıxasan. “Sarı Gəlin” el öyküsüdür, el səsidir, bu bəşər sivilizasiyanın əsasını qoymuş bir millətin gen yaddaşından, möhtəşəm kültüründən qaynaqlanan bir tarixi sərvətdir, onu zəbt edə bilməzsən, bacarmazsan…


    Lale Mehralı'dan alınma

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş