Nə üçün şair doğuldum
Mən artıq nə yazım yurduma dair
Düşmən zəhər saçar, dostlar gizlənir.
Bilməm ki, yurdunu sevən bir şair
Nə üçün bir cani kimi izlənir.
Gizli yol kəsmədim, qaçaq olmadım,
Saqın bir həyatı pozmadım mən ki,
Yurd üçün qanlı bir çiçək olmadım
Heç bir qətlə fərman yazmadım mən ki…
Nə üçün qəribəm bu doğma eldə,
Məhbəsmi dörd yanım… Mən ki, boğuldum
Məlun bir zamanda, məhkum bir eldə
Allahım, mən neçin şair doğuldum?