http://imgs.su/tmp/1310665318-220.jpg Göz yaşının sağlamlığa faydası çoxdur: gözdən çıxan bioloji aktiv maddələr yaraların tez sağalmasına və ağrını kəsməyə qadirdir. Göz yaşları ilə bərabər təkcə qəm-kədər yox, həm də toksinlər, yəni zəhərli maddələr xaric olunur. Ağlayanda 43, güləndə isə 17 üz əzələsi hərəkət edir. Kişilərin sağlamlığı naminə onları arabir ağlatmaq lazımdır! Kardioloqların fikrincə, ağlamaq ürəyə xeyirdir. Bəzi kişilər hisslərini boğanda ürəkləri zədə alır. Bu da

Bu konu 1554 kez görüntülendi 0 yorum aldı ...
Kişilər hansı halda ağlayırlar? 1554 Reviews

    Konuyu değerlendir: Kişilər hansı halda ağlayırlar?

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1554 kez incelendi.

  1. #1
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    999
    @Revane

    Standart Kişilər hansı halda ağlayırlar?




    Göz yaşının sağlamlığa faydası çoxdur: gözdən çıxan bioloji aktiv maddələr yaraların tez sağalmasına və ağrını kəsməyə qadirdir. Göz yaşları ilə bərabər təkcə qəm-kədər yox, həm də toksinlər, yəni zəhərli maddələr xaric olunur. Ağlayanda 43, güləndə isə 17 üz əzələsi hərəkət edir. Kişilərin sağlamlığı naminə onları arabir ağlatmaq lazımdır!
    Kardioloqların fikrincə, ağlamaq ürəyə xeyirdir. Bəzi kişilər hisslərini boğanda ürəkləri zədə alır. Bu da infarkta səbəb olur. Ağlayanda isə bütün mənfi emosiyalar göz yaşı ilə birgə bədəndən xaric olur və insana rahatlıq gətirir. Ona görə də ağlamaq istəyəndə ağlayın. Bu sizi sakitləşdirəcək. Kişilərin dilindən bir sirri açaq - kişilər sevdiyi qadının kədərinə göz yuma bilmirlər. Onlar qadınlara nisbətən 30% daha çox təsirlənə və kədərlənə bilirlər. Gizlin bir yerə çəkilib ağlamağı üstün tutan kişilər “kişilər ağlamaz” yalanının qurbanıdırlar. Psixoloqların fikrincə, oğlan uşaqlarının kiçik yaşlarından belə böyüdülməsi çox yanlışdır. Bu tərzdə tərbiyə alan uşaqlar gələcəkdə sevgilərini və hisslərini ifadə etməkdə çətinlik çəkirlər. Bəzən öz duyğularını ifadə edə bilmədiklərindən kişilərin qadınların köməyinə ehtiyacları olur. Onun kədərli olduğunu görəndə, hər hansı probleminin olub-olmamasını soruşun. Sizin onunla maraqlandığınızı görüb dərdini bölüşməyə istəkli olacaq. Sizin etibarınızı qazanandan sonra isə duyğularını rahatlıqla anlatmağa başlayacaq.

    Kişilər hansı halda ağlayırlar?

    Arzuları puç olanda;
    - Özlərini və hisslərini ifadə edə bilmədikdə baş verənlərə ağlayaraq reaksiya verirlər. Bununla da mənfi duyğuları özlərindən kənarlaşdırmış olurlar.

    Yaxınları vəfat edəndə;
    - Onlar köməksiz qalacaqlarını hiss edirlər. Yaxınlarının ölümü ilə barışmaq kişilərə heç də asan başa gəlmir. Onlar uzun müddət tənhalığa qapanır, real həyatdan uzaqlaşırlar.

    Eşqə düşəndə;
    - Sevgi elə bir duyğudur ki, heç kəs ona qalib gələ bilmir. Hətta ən güclü görünənlər belə eşq qarşısında diz çökürlər. Kişilər sevdikləri insana hisslərini aça bilməyəndə göz yaşına boğula bilərlər.

    Sevdiklərindən ayrılanda;
    - Bu zaman kişilər üçün dünya bitmiş olur. Yadda saxlayın ki, tərk edilmə ağrısı yalnız qadınları incitmir. Kişilərdən fərqli olaraq, qadınlar tərk ediləndə çəkinmədən ağlaya və kədərlərini başqaları ilə bölüşə bilirlər. Kişilər isə tərk edildikləri haqda heç kəslə danışmırlar, özlərinə qapanırlar. Sakit bir yerə çəkilib ağlamaqla sakitləşirlər.

    Ata olanda;
    - Kişilər istədikləri qədər soyuqqanlı görünmək istəsələr də, ata olduqlarını bildikləri an sevincdən ağlayırlar. Hər kişi nəslini davam etdirəcək bir oğlu olduğunu biləndə xoşbəxt olur. Sevinc göz yaşları da bu xoşbəxtliyin bir parçasıdır.

    İşini itirəndə;
    - Kişilərin işsiz qalması həyatlarında çox ciddi problemlər yaradır. Öz iş həyatını qurmaq üçün gecəsini gündüzünə qatıb əzmlə çalışan kişilər işlərini itirdikdə göz yaşı tökə bilərlər. Ailə qayğısı, yeni bir iş tapmaq və s. kimi problemlər kişiləri stresə salır. Hər hansı bir problemin qarşısında aciz qalmaq istəməyən kişilər işdən qovulanda bir müddət özlərinə gələ bilmirlər.

    Qeyd edim ki, qadınların kişilərə nisbətən daha uzunömürlü olmaları vaxtında ağlaya bilmələri ilə də izah olunur.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Kişilər hansı halda ağlayırlar?

          Kategori: Erkeklere Özel

          Konuyu Baslatan: Revane

          Cevaplar: 0

          Görüntüleme: 1554


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş