PDA

Orijinalini görmek için tıklayınız : Aygün Kazımova Ajda Pekkan`a mesaj göndərdi



Revane
26.10.11, 23:14
Xalq artisti Aygün Kazımova Türkiyənin superstarı Ajda Pekkan`ın "Yenə tək" mahnısına müraciət etməsinə münasibət bildirib. Xalq artisti superstarın onun repertuarından mahnı oxumasına çox sevindiyini bildirib: " "Yenə tək"in Ajda Pekkan tərəfindən ifa olunması məni çox sevindirdi. O, mahnıya Ajda kimi yanaşıb."

Xalq artisti bir çox türk sənətçilərinin mahnılarımıza müraciət edərkən anonim təqdim etməsinə də münasibət bildirib: "Bir çox türk müğənniləri bizim mahnılarımızı ifa edib müəlliflərinin adını açıqlamır. Ancaq Ajda Pekkan son albomunda yer alan "Yenə tək" mahnısının müəlliflərinin anonim olmayaraq göstərilməsi ilə bir daha əsl peşəkar olmasını sübut etdi."