http://4.bp.blogspot.com/_VmaFVAHi7sA/RiFBGXm_79I/AAAAAAAAAHg/6bjWc2B49Ss/s400/babalar4.jpg Bir gün susmağı öyrəndim.... Elə bir susdum ki bəlkə sonsuza qədər susacaqdım. Çünki susmaq mənim kiçik dünyamda atamla qurduğum ünsiyyət tərzi idi... Atam axşamları evə yorğun dönərdi. Mən bütün gün evdə sıxılar, onun gəlişini iplə çəkərdim. Daha o qapıdan girər girməz boyuna atılar onunla oynamaq istəyərdim. Atam sarılar, öpər sonra da, "indi otağına get!" deyərdi. Yemək hazırlanınca anam

Bu konu 2183 kez görüntülendi 1 yorum aldı ...
Bir gün susmağı öyrəndim... 2183 Reviews

    Konuyu değerlendir: Bir gün susmağı öyrəndim...

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2183 kez incelendi.

  1. #1
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    1001
    @Revane

    Standart Bir gün susmağı öyrəndim...



    Bir gün susmağı öyrəndim....
    Elə bir susdum ki bəlkə sonsuza qədər susacaqdım.
    Çünki susmaq mənim kiçik dünyamda atamla qurduğum ünsiyyət tərzi idi...
    Atam axşamları evə yorğun dönərdi. Mən bütün gün evdə sıxılar, onun gəlişini iplə çəkərdim. Daha o qapıdan girər girməz boyuna atılar onunla oynamaq istəyərdim.
    Atam sarılar, öpər sonra da, "indi otağına get!" deyərdi.
    Yemək hazırlanınca anam çağırar bu dəfə masada bir araya gəlirdik atamla.
    Onlar anamla danışarkən mən araya girər, səsimi eşitdirə bilməyincə də qışqırardım.
    Atam əsəbiləşər, "Bütün gün insanlara söz başa salmaqdan dəliyə döndüm birdə sən başmı ütüləmə!" deyərdi.
    Anam da "Bütün gün onsuz da səninlə məşğul oldum,bir söz dəmi danışdırmayacaqsan atanla?" deyə danlayar, məni otağıma göndərərdi.
    Çarəsiz bir şəkildə boyumu bükər otağıma yəni həbsxanama doğru gedərdim...
    Atam arxamdan, "Bizim bir otağımız belə yox idi, hər şeyə sahib, hələ nə istəyir anlamadım." deyə qışqırmağa davam edərdi. ?
    "Kaş ki mənim də bir otağım olmasaydı, kaş ki bizim də evimiz bir otaqlı olsaydı da birlikdə otursaydıq" deyərdim içimdən...
    amma yüksək səslə söyləməyə cəsarət edə bilməzdim…
    Yeməkdən sonra atam divana uzanar televiziya seyr edərdi….
    Məni yanına çağırar bir az sevərdi….
    Onun izləyəcəyi əhəmiyyətli bir şey varsa məni sanki yerimdən belə tərpətməzdi.
    Azca hərəkət edib qaçıb oynamağa çalışsam otaq həbsim yenidən başlar idi..

    Bir gün anladım ki susunca atamla daha yaxşı razılaşırıq…
    Bu dəfə susaraq edə biləcəyim oyunlar inkişaf etdirməyə başladım.
    Əvvəl şəkil çəkərək başladım işə.Atam çəkdiyim şəkilləri çox bəyənir; "Bax, belə dinc dinc oyna!" deyirdi.
    Atam bəzən göz ucuyla baxır, şəkillə əlaqədar bir şey soruşsam danlayardı.
    Amma mənə əsəbləşərək otağıma göndərmirdi.
    "Son günlərdə necədə də ağıllandı mənim oğulum.' deyə qonşulara danışırdı anam halımı...

    Şəkillərim artdıqca ortalıq dağılmağa başladı…
    Anam "Otağını topla!" diyə otağıma bağladığında işə haradan başlayacağımı bilmirdim.
    Mən bunlarla məşğul olarkən zaman keçir; amma otaqmı yığışdırmağı bacara bilmirdim.
    Anam otağıma gəlib "Bax sənə şəkil çəkməyi qadağan edəcəyəm!" dedi bir gün.
    Susqun olmamı dinclik olaraq qiymətləndirən ailəm şəkil çəkməyi də əlimdən alsa mən nə edəcəkdim?
    Bu düşüncələrlə bir ailə cədvəli çəkdim.
    Atam evə gəlincə uyğun zamanı gözlədim.
    Hər zamanki kimi yeməklər yeyildi, otağa keçildi.
    Atam oturar oturmaz çəkdiyim rəsmi gətirdim.
    Atam baxdı. Hmm, dedi "Çox gözəl olmuş. Bu adam mənəm hərhalda!"dedi .
    Mən "Xeyr o adam deyil, bu uşaq sənsən!" dedim.
    O "Xeyr, bu adam mənəm, bu uşaq sənsən, bu kiçik qız dostundur! dedi.
    Mən yenə "Xeyr, o böyük adam mənəm, bu kiçik adam sənsən, bu kiçik qız da anam!" dedim.
    Atam mənimlə məşğul olmaqdan imtina edib: 'Yaxşı bəs niyə bizi kiçik çəkdin?' dedi.
    Həyəcanla başladım izah etməyə...

    Mən böyüyüb adam olacağam. İş tapıb çalışacağam. Siz yaşlanıb kiçiləcəksiniz.
    Beliniz büküləcək, qonşumuz Elgün əmi ilə Leyla xala kimi kiçik qalacaqsınız.
    Mən işdən gəldiyimdə yorğun olacağam.
    Siz mənimlə danışmağa çalışdığınızda işyerində başım şişmiş olacağından sizi eşitməyəcəyəm belə.
    Siz mənimlə bir şeylər paylaşmaq istədiyinizdə '"İndi otağınıza çəkilin də dincəlim!" deyəcəyəm.
    Və bir də qışqıracağam "Hər şeylərini alıram. İsti otaqları da var, daha nə istəyirlər" deyə...
    Anamla atamın gözləri təəccübdən açıla qalmışdı.
    Eşitdiklərinə inana bilmirdilər .
    Mənə sarılıb məni elə içdən bir qucaqlamaları vardı ki sonsuza qədər danışsam heç bezmədən dinləyəcəklər kimi idi...

    Fərqində Olmalıdır insan..Özünün, Həyatın,Hadisələrin, Gedişatın Fərqində Olmalıdır...
    Ömür Dediyin Üç Gündür,Dünən Gəldi Keçdi,Sabah Məchuldur...
    O Halda Ömür Dediyin Bir Gündür,O Da Bu gündür!


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Bir gün susmağı öyrəndim...

          Kategori: Çocuk Hikayeleri ve Öyküleri

          Konuyu Baslatan: Revane

          Cevaplar: 1

          Görüntüleme: 2183


  2. #2
    ŞiMaL - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    10.12.2009
    Mesajlar
    21.656
    Konular
    10831
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @ŞiMaL

    Standart

    Yüreğine sağlık tatlım ...

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş