PDA

Orijinalini görmek için tıklayınız : Azpetrol"da dəhşətli partlayış



Revane
23.10.11, 00:24
[Sadece Kayıtlı Kullanıcılar Linkleri Görebilir]


Hacıqabulda “Azpetrol” yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb. Xəstələrdən 3 nəfərin vəziyyəti qənaətbəxş olduğu üçün onlar evə buraxılıb. Xəstələrdən birinin - Etibar Tofiq oğlu Səfərovun vəziyyəti son dərəcə ağır olduğu üçün o, helikopter vasitəsilə Bakıya göndərilib.

Xatırladaq ki, bu gün saat 15 radələrində Hacıqabul rayonu ərazisində, Bakı-Qazax yolunun Padarçöl kəndi ərazisindən keçən hissəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Yanacaqdaşıyan maşından məntəqənin bazasına benzin vurularkən qəfil yanğın başlayıb və partlayış olub. Nəticədə yanacaq daşıyan maşın ikiyə bölünüb. Həmin vaxt məntəqədə yanacaq götürən bir neçə minik avtomobili, həmçinin içi sərnişinlə dolu avtobus alışıb. Əraziyə çoxsaylı təcili yardım və yanğınsöndürmə maşınları göndərilib.

Qəzaya səbəb olmuş yanacaqdoldurma maşınında xüsusi təhlükəli maddə olan propan daşınırmış. Odur ki, partlayışın miqyası həddindən artıq geniş olub. Məlumatda həmçinin bildirilir ki, həmin vaxt məntəqədə olan Bakı-Gəncə marşrutu üzrə işləyən “İkarus” markalı avtobus, 5 minik və 1 yük maşını tamamilə yanaraq kül olub. Hadisə yerində Hacıqabuldan və ətraf rayonlardan 10-dan çox yanğınsöndürən avtomobil və iki helikopter cəlb edilib.


[Sadece Kayıtlı Kullanıcılar Linkleri Görebilir]