Ayaz Mütəllibovun gəldiyi təyyarənin Bakıya enməsinə az qalıb. Heydər Əliyev adına hava limanında olan əməkdaşlarımız xəbər verir ki, VİP zalının çıxışında ondan jurnalist və Mütəllibovun yaxınları toplaşıb. Eyni zamanda polislər və mülki geyimli şəxslər ətrafı nəzarətə götürüblər. Jurnalistlərə VİP zalının çıxışında dayanmağa icazə verilməyib. Vaxtilə Ayaz Mütəllibovun hüquqlarının müdafiəsi komitəsinin sədri olmuş Şeyx Əbdül AzadlıqRadiousuna bildirib ki, hazırda sabiq prezidentin Bakıya

Bu konu 1224 kez görüntülendi 0 yorum aldı ...
Ayaz Mütəllibov Bakıya gəlir 1224 Reviews

    Konuyu değerlendir: Ayaz Mütəllibov Bakıya gəlir

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1224 kez incelendi.

  1. #1
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    1000
    @Revane

    Standart Ayaz Mütəllibov Bakıya gəlir

    Ayaz Mütəllibovun gəldiyi təyyarənin Bakıya enməsinə az qalıb. Heydər Əliyev adına hava limanında olan əməkdaşlarımız xəbər verir ki, VİP zalının çıxışında ondan jurnalist və Mütəllibovun yaxınları toplaşıb. Eyni zamanda polislər və mülki geyimli şəxslər ətrafı nəzarətə götürüblər. Jurnalistlərə VİP zalının çıxışında dayanmağa icazə verilməyib.

    Vaxtilə Ayaz Mütəllibovun hüquqlarının müdafiəsi komitəsinin sədri olmuş Şeyx Əbdül AzadlıqRadiousuna bildirib ki, hazırda sabiq prezidentin Bakıya gəlməsini gözləyirlər: «Mənə dedilər ki, 18.30 Moskva-Bakı resyi ilə gəlir və biz də indi aeroporta onu qarşılamağa gedirik».

    AYAZ MÜTƏLLİBOVUN OĞLU VƏFAT EDİB

    Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun böyük oğlu Azad Mütəllibov vəfat edib. Xəbəri təsdiqləyən ASDP həmsədri Araz Əlizadə bildirib ki, 49 yaşlı Azad Mütəllibov avqustun 8-də vəfat edib. Mərhum ağır xəstəlikdən əziyyət çəkirmiş. Onunla vida mərasimi avqustun 9-da Təzə Pir məscidində olacaq.

    Ayaz Mütəllibovun ölkəyə qayıdıb dəfn mərasimində iştirak edə biləcəyi ilə bağlı sual isə hələ ki, açıq qalır. Araz Əlizadə bu məsələni şərh etmək istəməyib.

    Bir neçə il əvvəl Ayaz Mütəllibov atasının dəfnində də iştirak edə bilməmişdi.

    Ayaz Mütəllibovun ölkəyə gəlməsi üçün dövlət rəhbərliyi səviyyəsində ona təhlükəsizlik təminatı verilməsini istəyir.

    Ayaz Mütəllibov 1990-1992-ci illərdə Azərbaycana rəhbərlik edib. Ölkənin ilk prezidenti olub. 1992-ci ildən Moskvada mühacirət həyatı yaşayır.

    1993-95-ci illərdə Ayaz Mütəllibov barəsində cinayət işi açılıb və barəsində axtarış elan edilib.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ayaz Mütəllibov Bakıya gəlir

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: Revane

          Cevaplar: 0

          Görüntüleme: 1224


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş