Oğlan: Ata, dünyada insanı yaşadan ən böyük istək nədir? Ata: Övladlarının sağlığını görüb, xoşbəxtliklərinə sevinmək. Oğlan: Bəs övladı olmayanları həyatda yaşadan ən böyük istək nədir? Ata: Bilirsən, oğlum, həyatda insanı yaşadan hər hansı bir hisslərdir. Bunlar da şəraitə uyğun olaraq dəyişir. Kimi evladına görə yaşayır, kimi var-dövlətə görə, kimsə də heç yaşadığını belə anlamır, sadəcə həyat yollarında sürünür. Oğlan:Ata deməli insan nəyə görəsə yaşayır? Ata: Bəli oğlum, insanı

Bu konu 1615 kez görüntülendi 0 yorum aldı ...
Gənc oğlanın atasına sualları 1615 Reviews

    Konuyu değerlendir: Gənc oğlanın atasına sualları

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1615 kez incelendi.

  1. #1
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    997
    @Revane

    Standart Gənc oğlanın atasına sualları

    Oğlan: Ata, dünyada insanı yaşadan ən böyük istək nədir?
    Ata: Övladlarının sağlığını görüb, xoşbəxtliklərinə sevinmək.

    Oğlan: Bəs övladı olmayanları həyatda yaşadan ən böyük istək nədir?
    Ata: Bilirsən, oğlum, həyatda insanı yaşadan hər hansı bir hisslərdir. Bunlar da şəraitə uyğun olaraq dəyişir. Kimi evladına görə yaşayır, kimi var-dövlətə görə, kimsə də heç yaşadığını belə anlamır, sadəcə həyat yollarında sürünür.

    Oğlan:Ata deməli insan nəyə görəsə yaşayır?
    Ata: Bəli oğlum, insanı həyatda yaşadan hər hansı bir qüvvə olmalıdır ki, həyat yollarındakı buzlu yollarda büdrəyib yıxılan zaman ayağa durmağa məcbur edən qüvvə köməyə gəlsin.

    Oğlan:Birdən insanı həyata bağlayan həmin qüvvə insanı tərk etsə necə?
    Ata: Bax onda oğlum əsl əzab başlayır. Nə üçün yaşadığını anlamırsan, sadəcə verilən ömürü birtəhər yaşamağa çalışırsan. Amma bu belə uzun çəkmir. İllər insana ən güclü dərman olur. Yenidən sıfırdan başlayırsan. O xoşbəxt anlarını yenidən geri qaytaracağını özünə söz verirsən. Bəzən mümkün olur, bəzənsə yox...

    Oğlan: Ata, həyatda mümkün olmayanı mümkün etmək mümkündürmü?
    Ata: Allahın sənə bəxş etdiyi həyat sənin öz əlindədir. İstəyirsən onu düzgün yönəldirib savadlı bir şəxs ol, insanlara xeyir ver, və yaxud qatı bir cani olub hətta valideyinlərinin də qatilinə çevril.

    Oğlan: Ata, bir gün gözünü açıb yanında ölmüş vəziyyətdə uzandığımı görsən nə hisslər keçirərsən ?
    Ata: O nə sözdür danışırsan, oğlum? Sənin həyatın hələ qarşıdadır. Sən hələ cavansan yaşayıb yaxşı ilə pisi ayırd etməlisən. Pis düşüncəli insanlar arasına düşərkən onlar kimi pis olmayasan, əksinə onları yaxşı yola sövq edə biləsən.

    Oğlan: Ata pislə yaxşının fərqi nədədir? Niyə hər zaman nəyəsə yaxşı, nəyəsə də pis deyirlər?
    Ata: Oğlum, hər hansı bir hadisənin və insanın pis və yaxud yaxşı adlandırılması hər kəsin həyatı dərk etməsindən asılıdır. Bəzən birinə yaxşı hisslər bəxş edən hadisələr digərinə nifrətinə səbəb olur. Bəzənsə də əksinə...

    Oğlan: Ata həyat nə deməkdir?
    Ata: İnsan həyatı bir zəncirə bənzəyir. Hər hərəkət bir halqa,hər uyğunluq isə bağlantıya səbəb olur. Zəncir halqaları bir birinə bağlaraq uzanır. Bəzən halqalardan biri balaca, bəzənsə digəri nisbətən böyük olur. Halqa kimi bir-birinə bənzəsə də azca da olsa fərqi hiss olunur. Ömür səhifələri də bu cürdür. Bəzən sevinc içində olub fərəh duyursan, bəzən də sıxıntı içində olub bir küncə qısılırsan.Yenə də güc tapıb ayağa qalxırsan, amma sonra yenə də fikir ümmanına qərq olursan.

    Siz də bu suallara belə cavab verərdiniz?
    Fikirləriniz...


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Gənc oğlanın atasına sualları

          Kategori: Kısa Hikayeler

          Konuyu Baslatan: Revane

          Cevaplar: 0

          Görüntüleme: 1615


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş