Bir kişi, minəcəyi avtobusun tərpənməsinə bir saatdan çox müddət olduğu üçün terminalın yarı işıqlıq koridorlarını gəzinirdi. Əllərini yumaq üçün bir az irəlidəki məscidə yaxınlaşdığında, iş geyimində bir gənc ona doğru gələrək: - "Hərhalda namaz qılacaqsınız. Dəstəmaz almaq yerimiz də var." dedi. Adam, əlindəki siqaretin külünü cavanın ayaqları dibinə silkələyərək: - "Sən hərhalda gözətçisən" deyə dikləndi. "Nə iş görürsən burada?" Cavan, küncdəki süpürgəyə işarə edərək: - "Təmizlikçiyəm"

Bu konu 1461 kez görüntülendi 1 yorum aldı ...
Namaz qılmırsanmı? O, sənə qıldırar! 1461 Reviews

    Konuyu değerlendir: Namaz qılmırsanmı? O, sənə qıldırar!

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1461 kez incelendi.

  1. #1
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    997
    @Revane

    Standart Namaz qılmırsanmı? O, sənə qıldırar!

    Bir kişi, minəcəyi avtobusun tərpənməsinə bir saatdan çox müddət olduğu üçün terminalın yarı işıqlıq koridorlarını gəzinirdi. Əllərini yumaq üçün bir az irəlidəki məscidə yaxınlaşdığında, iş geyimində bir gənc ona doğru gələrək:
    - "Hərhalda namaz qılacaqsınız. Dəstəmaz almaq yerimiz də var." dedi.
    Adam, əlindəki siqaretin külünü cavanın ayaqları dibinə silkələyərək:
    - "Sən hərhalda gözətçisən" deyə dikləndi. "Nə iş görürsən burada?"
    Cavan, küncdəki süpürgəyə işarə edərək:
    - "Təmizlikçiyəm" deyə kəkələdi. "Hamam və tualeti təmizləyirəm."
    Adam, onu kinayəli gözlərlə süzərək:
    - "Mən, namazı sənin kimi çulsuzlara buraxdım" deyə təkəbbürlə güldü.. "Bu iş sizə elə yaraşır ki…"
    Təmizlikçi gənc, adamın təhqirinə aldırmayacaq qədər olqun (yetişmiş, mükəmməl) idi. Lakin namaza qarşı edilən hörmətsizlik, canını çox sıxmışdi. Verəcəyi cavabı bir müddət düşündükdən sonra, susmağı seçərək işinə qayıtdı.
    Adam, məğrur addımlarla oradan uzaqlaşarkən, başının fırlandığını hiss etdi. Kürəyindən çıxardaraq qoluna götürdüyü kaşmir paltonun ağırlığını da ilk dəfə fərqinə varırdı. Bir az əvvəl yediyi iki boşqab kabab, hərhalda təzyiqini yüksəltmiş və özünü halsız eləmişdi. Bir neçə addım daha atdıqdan sonra birdən halı pisləşərək dizləri üzərinə çökdü. ALLAHdan ki, qolundakı palto ondan əvvəl yerə sərilmiş və yeni aldığı kostyumun çirklənməsini mane olmuşdu. Adam, çöməlmiş vəziyyətdə olmasına baxmayaraq fırılanan başını yerə söykəyərək bir müddət dinləndi və təkrar dikəldi, yenənarahatlığı hiss edərək eyni hərəkətini təkrarladı. Lakin, başqaları tərəfindən görülməsi onu edirdi. Bunun üçün başını yerdən qaldırıb sağa sola bakındığında, terminalın çayçısı olduğu aydın olan bir gənclə burun buruna gəldi. Cavan, kişini hörmətli bir ifadəylə salamlarkən:
    ALLAH qəbul etsin əmi, dedi. Amma qiblə bir az daha sağa doğru idi.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Namaz qılmırsanmı? O, sənə qıldırar!

          Kategori: Kısa Hikayeler

          Konuyu Baslatan: Revane

          Cevaplar: 1

          Görüntüleme: 1461


  2. #2
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    997
    @Revane

    Standart

    ALLAHIM bizi ser bohtandan xeta beladan bed nezerden qorusun.. ve qildigimiz namazlari İNŞALAH qebul edib bizi dogru yola yonelder.. ALLAH bilerekden, bilmiyerekden etdiyimiz gunahlarimizi bagiŞlaR.İNŞALAH ALLAH ozu komeyimiz olsun her zaman. bizi ozunden baŞqa hec kese mohtac etmezİNŞALLAH
    ALLAH butun haminin namazlarini qebul etsinnn...
    AMIN!

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş