Tezliklə paytaxt Bakıda ölkənin ən böyük yeraltı piyada keçidi istifadəyə veriləcək. ANS TV-nin məlumatına görə, bu piyada keçidinin uzunluğu tam 160 metrdir. Bu keçid tək böyüklüyünə görə yox, eyni zamanda bir çox yeniliklərinə görə başqalarından xeyli fərqlənəcək. Keçid Zərifə Əliyeva və Neftçilər prospektlərini kəsərək Dənizkənarı Bulvarla Bül-Bül prospektini birləşdirəcək. Əsas məqsəd də “Sahil” metrostansiyasından çıxıb bulvara avtomobil yolu ilə hərəkət edən piyadaların hərəkətini tam

Bu konu 1390 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycanda yeraltı keçiddə ilk 1390 Reviews

    Konuyu değerlendir: Azərbaycanda yeraltı keçiddə ilk

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1390 kez incelendi.

  1. #1
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    997
    @Revane

    Standart Azərbaycanda yeraltı keçiddə ilk

    Tezliklə paytaxt Bakıda ölkənin ən böyük yeraltı piyada keçidi istifadəyə veriləcək. ANS TV-nin məlumatına görə, bu piyada keçidinin uzunluğu tam 160 metrdir. Bu keçid tək böyüklüyünə görə yox, eyni zamanda bir çox yeniliklərinə görə başqalarından xeyli fərqlənəcək. Keçid Zərifə Əliyeva və Neftçilər prospektlərini kəsərək Dənizkənarı Bulvarla Bül-Bül prospektini birləşdirəcək. Əsas məqsəd də “Sahil” metrostansiyasından çıxıb bulvara avtomobil yolu ilə hərəkət edən piyadaların hərəkətini tam məhdudlaşdırmaqdır.

    Bu piyada keçidinin tikintisinə 2010-cu ilin dekabrında başlanılıb. “Körpübinatikinti” ASC tərəfindən aparılan işlər ərazidən keçən kanalizasiya xəttinin nasazlığı uzündən xeyli ləngiyib. Hər 3 prospektdə yerləşən binaların təhlükəsizliyini təmin etmək üçün eni 14 m 20 sm olan beton laylar vurulub. Yalnız bundan sonra qazıntı işlərinə start verilib.

    Tikinti şirkətinin təhlükəsizlik mühəndisi Faiq Hüseynov layihədə nəzərdə tutulan işlərin çoxunun artıq görüldüyünü bildirib. Onun sözlərinə görə, layihədə yeraltı keçid üçün 16 eskalatorun quraşdırılması nəzərdə tutulub. Onlardan 14-ü quraşdırılıb, ikisi isə quraşdırılacaq.

    Maraqlıdır ki, bu 2 eskalatorun quraşdırılması bir qədər ləngiyəcək. Belə ki, tuneldə quraşdırılacaq yeniliyin bir hissəsi olan avadanlıqlar bir neçə gündən sonra gətiriləcək. Bu yeni avadanlıqlar hissə-hissə tunelə yerləşdirilib orada qurulacaq. Almaniya istehsalı olan texnika vasitəsilə yaşlılar, ağır yükü olanlar və hətta ərincək insanlar da keçidin bu başından o başına qədər yerimədən tez bir zamanda çata biləcəklər. Uzunluğu 60 metr olacaq bu avadanlıqlardan biri Bulvar istiqamətində, digəri isə geriyə doğru hərəkətdə olacaq. Adətən dünyanın nəhəng hava limanlarında quraşdırılan bu texnikaya şəhər sakinləri Azərbaycanda ilk dəfə bu keçiddə rast gələcəklər.

    Hazırda keçiddə dekorativ işlər görülür. Hər şey bu sürətlə getsə, artıq dekabrda ölkəmizin ən böyük yeraltı keçidindən istifadə etmək imkanı əldə edəcəyik.

    Hər şey sürətlə getsə, artıq dekabrda ölkəmizin ən böyük yeraltı keçidindən istifadə etmək imkanı əldə edəcəyik.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycanda yeraltı keçiddə ilk

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: Revane

          Cevaplar: 0

          Görüntüleme: 1390


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş