Fərəh Əliyeva Azərbaycan bəstəkarlıq məktəbi yaranan zaman dünya musiqi sənəti artıq vahid üslub diqtəsindən çıxmışdı. Iyirminci yüzillik cox səviyyəli və coxqütblü bəstə sistemləri, yazı texnikaları mərhələsi idi. Əvvəlki əsrlərin ənənələri və musiqi informasiyası – qədim polifoniya ustalarının maraq obyektinə cevrilərək yenidən fəal ifacılıq həyatına qədəm qoyan əsərlərindən tutmuş postimpressionizmə, ekspressionizmə, neoprimitivizmə və s. müxtəlif təbiətli və məntiqli üslub şaxələri

Bu konu 2500 kez görüntülendi 1 yorum aldı ...
AQŞIN ƏLIZADƏ 2500 Reviews

    Konuyu değerlendir: AQŞIN ƏLIZADƏ

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2500 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart AQŞIN ƏLIZADƏ

    Fərəh Əliyeva

    Azərbaycan bəstəkarlıq məktəbi yaranan zaman dünya musiqi sənəti artıq vahid üslub diqtəsindən çıxmışdı. Iyirminci yüzillik cox səviyyəli və coxqütblü bəstə sistemləri, yazı texnikaları mərhələsi idi. Əvvəlki əsrlərin ənənələri və musiqi informasiyası – qədim polifoniya ustalarının maraq obyektinə cevrilərək yenidən fəal ifacılıq həyatına qədəm qoyan əsərlərindən tutmuş postimpressionizmə, ekspressionizmə, neoprimitivizmə və s. müxtəlif təbiətli və məntiqli üslub şaxələri çulğaşaraq qəribə bir rəngarənğlik yaradırdı. Bəstə texnikasında ənənəvi funksional əsaslarda dayananlarla bu əsasların özünü buxov kimi qəbul edib ondan yaxa qurtarmaq istəyənlər arasında radikal qütbləşmə gedir. Əsr artıq vahid bir harmoniyada birləşən həmahəng çoxsəsliliyi deyil, əsl kakofoniya səsləşməsini xatırladır. Nəhənğ informasiya axını ,texniki imkanlar bolluğundan hər bir milli musiqi məktəbi öz inkişaf səviyyəsinə uyğun gələni seçmək imkanı qazandı. Məhz seçim bolluğu – XX əsr musiqi təfəkkürünün qazandığı və malik old uğu ən önəmli keyfiyyətidir.

    Azərbaycan bəstəkarları XX əsrin bu seçim bolluğundan əsrin ikinci yarısından etibarən bəhrələnmək imkanı əldə etdilər.Bu bolluq içində özünü tapanlar da oldu, itirənlər də Dahi sələflərinin ənənələrinə dayaqlanaraq sənətdə öz yolunu tapmış, öz üslubunu yaratmış Aqşin Əlizadə Azərbaycan mədəniyyətinin ən istedadlı və özünəməxsus simalarından biridir. Ədəbiyyat və incəsənətə yeni nəfəs, əhəmiyyətli dəyişiklər, əsl yaradıcılıq azadlığı gətirən, milli şüuru dirçəldən, xalqı özünə, tarixinə, söykökünə qaytaran 60-cı illər Azərbaycan musiqisində də yeni mərhələ açmışdır. Ehkamçı, mühafizəkar musiqi zövqlərini alt-üst edən müasir üslublara, çağdaş ifadə vasitələrinə söykənən, milli incəsənətin ənənələrinə yeni gözlə baxan, yeni estetik mövqelərdən yanaşan gənclər arasında Aqşin Əlizadə də var idi.

    Onun bəstəkar kimi formalaşmasında xalq musiqisini dərindən bilməsi, böyük sənətkarımız Cövdət Hacıyevin sinfində təhsil alması, xasiyyətindəki əməksevərlik, daim kamilləşmək, öyrənmək həvəsi böyük rol oynamışdır. Aqşin Əlizadəni haqlı olaraq Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyovun ənənələrinin ən parlaq davamçısı hesab edirlər. Üzeyir Hacıbəyovun musiqisinə xas gözəllik və nəciblik, həssas forma duyumu, xəlqilik, sözün əsl mənasında, klassik təfəkkür tərzi Aqşin Əlizadənin yaradıcılığında yeni səpkidə, müasir görümdə davamını tapır. Bəstəkarın öz sözləri ilə desək, Üzeyir musiqisi onun canına hopub, sənətdə yol göstərən ulduza çevrilib. Aqşin Əlizadə çağdaş dünya musiqisinin ən müxtəlif üslub təmayullərinə, yazı üsullarına yaxşı bələddir. Onun bənzərsiz musiqi təxəyyülü Q.Qarayev, F.Əmirov, S.Prokofyev, I.Stravinski, B.Bartok, K.Orf irsindən qidalanmışdır. Lakin yaradıcılığının hər bir dövründə A.Əlizadə təkrarçılıqdan, təqlidçilikdən uzaq olub, sənətdə ilk addımlarından ciddi, tələbkar, m üstəqil düşünmək istedadına malik bəstəkar kimi tanınıb. O, heç vaxt müasirlik xatirinə müasirlik yolunun yolçusu olmayıb, dəbdən kənarda qalmamaq həvəsiylə əsər yazmayıb, sənətdə yersız güzəştlərə getməyib. Aqşin Əlizadə sənətkar kimi təbiətilə həmahəng olan, ürəyinə yatan bütün təsir və ənənələri müstəqil musiqi təfəkkürünün süzgəcindən keçirir, öz qəlbinin hərarəti, özgün baxışları və estetik mövqeyinin mayası ilə yoğuraraq yeni müəllif məntiqinə tabe olan təravətli musiqi dünyasında yaşadır. Bəstəkarın musiqi lüğəti çox zəngindir. Xalq musqisinin əski qatlarından tutmuş müasir kompozisiya üsullarına qədər. Lakin onun musiqi üslubu alabəzəklikdən, şit milli-etnoqrafik qəliblərdən, süni müasirçilikdən uzaqdır.

    Aqşin Əlizadənin yaradıcılığının ilk dövrünə aid iki əsərdə onun üslubunun mühüm keyfiyyətləri artıq aydın görünür. Üçhissəli Kamera simfoniyası parlaq obrazlılığı, müstəqil yaradıcılıq yoluna qədəm qoyan bir bəstəkar üçün qibtə ediləcək bir xassə olan kamil və münasib forma hissiyyatı, üslub məharəti ilə fərqlənir. Əsərin üslub istiqaməti müasir üslub əsasında əxz olunmuş erkən klassisizmə unvanlanır. Kamera simfoniyası haradasa S.Prokofyevin «Klassik simfoniya»sı ilə də səsləşir. Bu əsərlər arasında maraqlı analogiya aparmaq olar: hər iki bəstəkarın yaradıcılığında simfoniyaların yeri və əhəmiyyəti demək olar ki, eynidir. Hər iki simfoniya yetkin yaradıcılıq yolunun astanasıdır. Ümumilik əsərlərin yığcamlığında, gümrah nikbin emosional tonusundadır. Eyni zamanda, hər iki əsərdə neoklassisizmin mühafizəkar çərçivələrindən cəsarətlə kənara çıxmaq meyli və milli musiqi ənənələrinə müraciət vardır.

    Tərkibində mütləq alət kimi çembalo olan kamera orkestrinə müraciət artıq bəstəkarın öz əsərində müəyyən ifaçılıq üslubu dövrünə ünvanlandığını göstərir. Lakin məlumdur ki, bu hələ əsərin məhz neoklassisizmə mənsubiyyətini qəti müəyyənləşdirmək üçün kifayət deyildir. Əsərin dramaturji xüsusiyyətləri, silsilənin xarakteri, mövzuların üslub «siması» və inkişaf prinsipləri, forma xüsusiyyətləri ilə tanışlıq Kamera simfoniyasını neoklassisizmin 60-cı illərdə sovet musiqisində yayılmış və geniş təmsil olunmuş sintezin nümunəsi kimi qiymətləndirməyə imkan yaradır. Bu mənada Kamera simfoniyası nəzərdən keçirdiyimiz o biri əsərlərdən məhz fərqli təkan amili ilə seçilir: əgər F.Qarayev və I.Hacıbəyovun əsərlərində Stravinski neoklassisizminin bilavasitə davamı və buradan da konkret bir modelin və modellər toplusunun təcəssümü əsas vəzifə idisə, Kamera simfoniyasında A.Əlizadə qarşısına buna bənzər məqsədlər qoymamışdı. Əsərin üslub konsepsiyasında klassik, müasir və milli düşüncə tərzi üzvi surətdə çulğalaşır. Onlar hər biri o biri ilə müqayisədə qovuşuqda mövcuddur.

    A.Əlizadənin yaradıcılığında Kamera simfoniyası bu qəbildən yazılmış əsərlərin bəklə də yeganə nümunəsi oldu. Klassisizm onun yaradıcılığında neoklassisizm libasında sabitləşmir, üslubun aydınlıq, mütənasiblik, obyektivlik xassəsində əriyir. Neoklassik «məktəb» A.Əlizadə üçün mərhələvi xüsusiyyət daşıyır və sonrakı əsərlərdə («Aşıqsayağı», «Pastoral», «Kənd süitası») xalq musiqisinin janr-obraz aləminin obyektiv, klassikcəsinə aydın təcəssümü tərzində üzə çıxır.

    Müşayiətsiz xor üçün «Bayatılar» əsəri 1969-cu ildə yazılmışdır. Bu əsər Azərbaycan musiqisində müşayiətsiz xor üçün ilk silsilədir. Lakin onun milli musiqimizdə tutduğu şərəfli yer yalnız xor sənətində yeni janrın təmsilçisi olmaqla bitmir. «Bayatılar» müasir bəstəkar yaradıcılığında xalq bədii təfəkkürünün, musiqi sərvətlərinin imkanlarına yeni mövqelərdən baxışı, əldə etdiyi təravətli, yeni estetik-bədii nəticəsi ilə mərhələ açan əsərdir.

    Silsilənin adından göründüyü kimi bəstəkar xalq yaradıcılığının ən ulu və özünəməxsus bir janrına – bayatılara müraciət etmişdir. Öz-özlüyündə bu müraciət 60-cı illərin «xalqçılıq» əhval-ruhiyyəsindən yaranmışdı. Qeyd edək ki, rus musiqisində, eləcə də başqa bəstəkarlıq məktəblərində xalq poetik mətnlərinə müraciətlə yazılmış əsərlər onlarcadır.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: AQŞIN ƏLIZADƏ

          Kategori: Azerbaycan Müzik Adamları

          Konuyu Baslatan: Emine

          Cevaplar: 1

          Görüntüleme: 2500


  2. #2
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    Bayatı – Azərbaycan bədii-ədəbi təfəkkürünün qədim və cilalanmış məhsuludur. Nədənsə bayatını oxuyanda istər-istəməz onun musiqisini də eşidirsən, onda anlayırsan ki, nəyə görə Azərbaycan dilində oxumaq sözünün iki mənası var; qubarlı niskil də, könül dilləndirən həzinlik də, şimşək kimi çaxan qəzəb də narahat bir ürəyin döyüntüsündən qüvvət alır. Bayatıda xalq öz sevincini, dərdini, bəla və faciəsini, arzu və diləyini, duzlu-məzəli yumorunu, kinayəsini səsləndirib. Nəğmələr, oxşamalar, laylalar, ağılar bayatı üstündə oxunur. Xalq musiqi yaradıcılığının formayaradıcı prinsiplərində, janr təsnifatında da poetik əsas kimi bayatıların «sözü» tutarlı və əhəmiyyətlidir.

    A.Əlizadə bayatını təkcə şer forması kimi yox, özündə musiqi ahəngini, əlaqədar olduğu musiqi janrlarının da əlamətlərini, ənənəvi təcəssüm formalarını gəzdirən çoxmənalı forma kimi götürərək, onların müəllif təxəyyülündəki musiqisini «eşitmək», el bayatılarını müasir kökdə və üslubda səsləndirmək istiqamətində uğurlu addım atmışdır. «Bayatılar» kimi «folkor» əsərinin yaranmasının məhz 60-cı illərə təsadüf etməsi də qanunauyğun idi. Müasir musiqi dilinin əlifbasına yiyələnib yeni səpkidə xəlqilik ruhu yaratmaq – «Bayatılar» bu bədii məqsədi yüksək səviyyədə həll etdi.

    Beləliklə, 3 mühüm keyfiyyət - klassikçəsinə aydın, mütənasib biçim, ölçü hissi, üslub zövqi, dərindən, kökündən duyulan xəlqilik və bu komponentlərin yeni kəsişmə müstəvisinə yol göstərən unikal intuisiya -A.Əlizadə yaradıcılığının uğurunu təmin etmişdir.

    Aqşin Əlizadənin musiqisində insanı cəlb edən gözəlliyin, səmimilik və həyatiliyin sirri onun xalq musiqi sənətinə bağlılığındadır. Milli musiqi nəfəsini, zənginliyini və özünəməxsusluğunu öz əsərlərində hifz edən Aqşin Əlizadə heç vaxt bu zəngin sərvətə qarşı istismarçı, passiv mövqe tutmamışdır. O, xalq musiqi xəzinəsinə xammal ehtiyatı kimi yox, xalqın bədii təfəkkürünün dühası ilə yaranmış, cilalanmış yüksək sənət aləmi kimi pərəstiş edərək ona sonsuz sevgi və qayğı hissi ilə, əsl övlad nəvazişi ilə yanaşır. Aqşin Əlizadənin musiqisində müdrik muğamlarımızın təsirli avazı, döyüşkən cəngilərin harayı, həzin nəğmələrimizin ahəstə zümzüməsi, odlu rəqslərin oynaq ritmləri, aşıq musiqisinin həyatsevər ruhu yaşayır, səslənir. Bəstəkar xalq musiqisinin səciyyəvi məqam – intonasiya dönmələrini, ritmik naxışlarını, janr əlamətlərini böyük məharətlə fərdi üslub konsepsiyasına daxil edir. Aqşin Əlizadə təbiəti, təfəkkür tərzi baxımından lirik bəstəkardır. Onun əsərlərində dolğun, lirik melodiyaların bolluğunu , təbiət lövhələrinə böyük yer verilməsini də bununla izah etmək olar. Aqşin Əlizadənin lirikası daxilən zəngin və əlvan bir aləmdir. Lirik təbiət peyzajları, məişət səhnəciklərinin sakit əhval-ruhiyyəsi ilə son əsərlərinin lirik səhifələrindəki faciəvi boyalar, çağlayan hisslərin dramatizmi arasında necə də böyük fərq var.

    Aqşin Əlizadə daim axtarışda olan, yaradıcılıq üfüqlərini genişləndirən, sənətkarlığını kamilləşdirməyə can atan narahat qəlbli bəstəkardır. Onun musiqi üslubu zaman keçdikcə cilalanır, yeni təmayüllərin və həyat təcrübəsinin təsiri ilə yeniləşir, haradasa başqalaşır; miniatür, yığcam formalar, lirik-pastoral boyalar yerini miqyaslı kompozisiyalara, dramatik-faciəvi ovqatlara verir. Lakin Aqşin Əlizadənin ən müxtəlif dövrlərdə yazılmış əsərlərinin hamısını bir ümumi cəhət birləşdirir: səmimilik, təbiilik, həyata, insana inam, xalqına məhəbbət.

    Aqşin Əlizadə vətəninin, doğma torpağının nəğməkarıdır. Onun əsərləri Azərbaycan xalqının qəhrəmanlıq tarixinin səhifələrini canlandırır, füsunkar vətən təbiətini vəsf edir, sadə, qonaqpərvər, məğrur insanlardan söhbət açır. Kamera orkestri üçün şux, oynaq «Aşıqsayağı», odlu nəfəsli «Cəngi», fortepiano üçün yazılmış müdrik düşüncəli «Dastan», əziz xatirə səhifəsi olan «Qoca xanəndə» orqan pyesi, xor üçün xalq poeziyasının gözəlliyini tərənnüm edən «Bayatılar» silsiləsi, vətənə sonsuz sevgi və vurğunluq hissi ilə aşılanmış «Kənd süitası», musiqisində ağrılı-acılı keçmişimizin, mübarizəmizin nəfəsini duyduğumuz Üçüncü, Dördüncü, Beşinci simfoniyalar... Nəhayət həm A.Əlizadənin yaradıcılığında, həm XX Azərbaycan mısiqisində tarixi bir əsər-ilk milli qəhrəmanlıq baleti - "Babəkin" premyerası.

    A.Əlizədə XXI əsri yeni əsərlərlə qarşılamışdır. 2002-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrının səhnəsində bəstəkarın ikinci baleti-«Qafqaza səyahət» tamaşaya qoyulmuş və böyük uğur qazanmışdır. Azərbaycan haqqında bu lirik-poetik hekayəti bəstəkar böyük fransız yazıçısı A.Dümanın dilindən söyləyir. Məlum olduğu kimi,XIX əsrdə Şərq ölkələrinə səyahətə çıxmış A.Düma Qafqazı gəzmiş, Şuşada, Bakıda, Şamaxıda gördüklərini qələmə almışdır. Macəra romanlarının ustasını Azərbaycan xalqının qonaqpərvərliyi, incəsənəti, səfalı təbiəti, tanış olduğu insanlar heyrətə gətirmişdi. A.Əlizadə Dümanın təssüratlarını baletin üç iri səhnəsində canlandırır. «Azərbaycan muğamı», «Atəşgah», «Dümanın xan qızı Natəvan və Xasay xanla görüşü» səhnələri ümumi musiqi dramaturqiyası lövhə prinsipi ilə qurulmuş bir aktlı kompozisiyada əsas məzmunu dolğun açır. Bəstəkar burada da milli musiqi ənənələrinin rəngarəng qaynaqlarından, muğam, mahnı və rəqslərin tanış avazlarından hörülmüş musiqi çələngi yaratmışdır. Dümanı səc iyyələndirən Avropa qiyafəli, Fransız ruhlu musiqi mövzusu da ümumi musiqi axınında olduqca təbii və həmahənq səslənir. Bəstəkar bu əsərdə müasir xoreoqrafik konsepsiyanın iki mühüm tələbini yüksək səviyyədə reallaşdırmışdır: yadda qalan, yığcam, orijinal süjet xətti və yüksək bədii ümumiləşdirmə dərəcəsinə, teatral obraz konkretliliyinə malik «ümumi hərəkət formullarından» uzaq dinamik musiqi partiturası.

    A.Əlizadə ölkəmizin ictimai, musiqi həyatında fəal iştirak edən ziyalılarımızdandır. Keçmiş Sovetlər dövründə Azərbaycanın Ali Sovetinin deputatı kimi o, daim öz xalqının mənafeyindən çıxış edirdi. 1990-cı il yanvar faciəsindən sonra sözün düzünü ən yüksək səviyyələrdə, açıq deməkdən çəkinməyənlər arasında bəstəkar A.Əlizadə də var idi. Yanvar faciəsindən sonra milyonlarla azərbaycanlının qəzəb və etirazını ifadə edən tarixi sessiyanın qərarına səs verənlər sırasında Aqşin Əlizadə də var idi.

    A.Əlizadə Azərbaycan musiqi mədəniyyətinin inkişafında ictimai xadim kimi də böyük işlər görür. O, 1979-1985-ci illərdə Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə Heyətinin katibi, 1985-1990-cı illərdə birinci katibi olmuşdur. 30 ildən artıq Bakı Musiqi Akademiyasında, Y.Məmmədəliyev adına Naxçıvan və Türkiyənin Van universitetlərində dərs deyən bəstəkarın musiqiçilər nəslinin yetişməsində böyük xidmətləri var.

    Aqşin Əlizadən bəstəkar, şəxsiyyət kimi müasir Azərbaycan cəmiyyətində xüsusi bir nüfuza malikdir. Onun kimi insanlara bu gün böyuk ehtiyac var.

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş