PDA

Orijinalini görmek için tıklayınız : XIX esrde Azerbaycan xalq musiqisi rus folklorsunaslarinin eserleri

Emine
06.10.11, 22:40
XIX əsrdə Azərbaycan xalq musiqisi
rus folklorşunaslarının əsərlərində

Ә. İsazadә

oxəsrlik tarixə malik Azərbaycan xalq musiqisi son dərəcə zəngin və rəngarəngdir. Tarix boyu xalqın məhəbbət bəslədiyi mahnı, oyun havaları, aşıq sənəti və muğamlar onun həyatı, məişəti, əmək və zəhmətilə bağlı olmuş, gündəlik səmərəli işində zəruri, həlledici rol oynamışlar.

Şifahi ən'ənəli şəkildə yaşayan Azərbaycan xalq musiqisi spesifik forma və janrlar müxtəlifliyi, zəngin ritmi, parlaq ifadə tərzi, özünəməxsus milli xüsusiyyətləri ilə seçilir. Onun xalq musiqiçiləri tərəfindən qorunub saxlanan ən yaxşı nümunələri əsrdən-əsrə, nəsildən-nəsilə keçmiş və qiymətli bədii sərvət kimi bizə gəlib çatmışdır.

Bu sərvəti müasir texniki vasitələrlə lentə yazmaq, nota alıb mühafizə etmək, toplu və məcmuələr şəklində nəşr edib mədəniyyət abidəsi kimi qorumaq, yenidən xalqa, həm də gələcək nəslə çatdırmaq musiqişünasların müqəddəs borcu, şərəfli vəzifəsidir.

XIX əsrin əvvəllərindən Azərbaycan xalqının çox əsrlik mədəni irsinə, ən'ənələrinə, məişətinə, musiqisinə olan maraq getdikcə artır. Buna misal olaraq 1817-ci ildə "Aziatskiy muzıkalnıy jurnal"-da çap olunmuş "Dərbəndli Fətəli xanın mahnısı"nı qeyd etmək lazımdır.1 Həştərxan gimnaziyasının müəllimi İvan Dobrovolski tərəfindən nəşr olunmuş jurnalda kalmık, qırğız, tatar, türkmən və başqa xalqların mahnıları və oyun havaları öz əksini tapmışdı. Onların çapı nəinki Azərbaycan musiqisi folklorunun ilk nümunəsi, həmçinin Rusiyada müxtəlif xalqlara xas olan melodiyaların ilk dəfə nota yazılması kimi əhəmiyyət kəsb edirdi.

Həştərxan gimnaziyası müəllimi İvan Dobrovolski tərəfindən nəşr edilən, "Aziatskiy muzıkalnıy jurnal" səkkiz nömrədə çap olunmuşdur.

İvan Vikentyeviç Dobrovolski folklorçu-etnoqraf, bəstəkar, not nəşrinin orijinal üsulunun ixtiraçısı, dirijor, skripkaçı, violonçelist, maarifçi-müəllim, musiqi alətləri ustası kimi xalq arasında tanınmışdır. O, Mogilyov quberniyasının dvoryan zadəgan nəslindəndir. Öz dövrü üçün ümumi və musiqi təhsili almış və xarici dilləri mənimsəmiş sənətkar idi.

1810-cu illərdə İ. V. Dobrovolski varlı və məşhur baş keşiş Bratanovskiyə məxsus xorun regenti və orkestrin kapelmeysteri vəzifəsində çalışmışdır. Baş keşişin Həştərxan kilsəsinə tə'yin edilməsi ilə əlaqədar o, xorun və orkestrin ifaçıları ilə birlikdə Həştərxana köçür. Branatovskinin vəfatından sonra Dobrovolski Həştərxan gimnaziyasında işləməyə başlayır. Eyni zamanda o musiqi teatr xadimi kimi aktyor, dramaturq və kapelmeyster vəzifələrində də çalışır. Çox zaman o, xeyriyyə axşamlarında da çıxış edərək öz əsərlərini ifa edirdi.

Həştərxan sərhəd şəhəri olduğuna görə o dövrdə Rusiya Qafqaz, İran xalqları ilə sıx əlaqədə olmuşdur.

Dobrovolski Həştərxanda olduğu ilk illərdə musiqi folklorunu öyrənir və xalq havalarını nota salmağa cəhd göstərir.

1816-cı ilin əvvəllərində Dobrovolski musiqi jurnalını nəşr etdirmək fikrinə düşür və Qazan universitetinin senzura komitəsinin vasitəsilə qubernatora müraciət edir. Dörd ay keçdikdən sonra Qazan xəbərlərində jurnalın prospekti çap olunur və bildirilir ki, Həştərxanda "Aziatskiy" adlı musiqi jurnalı çap olunacaqdır.

Dobrovolski həmin jurnala müxtəlif xalqların mahnı və oyun havalarını daxil edərək özünün musiqi folkloruna olan məhəbbətini və müsbət münasibətini bildirirdi. Eyni zamanda belə bir jurnalın çap olunması o dövrdə olduqca cəsarət tələb edirdi. Çünki o zaman Həştərxan nəinki geridə qalmış bir şəhər idi, həm də xüsusi sürgün yeri idi.

Saltıkov-Şedrin adına Peterburq kitabxanasında 1816-1818-ci illərddə çap olunmuş jurnalın səkkiz nömrəsi saxlanılır. Bütövlükdə Dobrovolski tərəfindən 32 mahnı və oyun havaları nəşr olunmuşdur. Həmin jurnalda nəşr etməklə o musiqi folklor nümunələrini qorumaqla yanaşı, onları geniş kütlə arasında yayılmasına da nail olurdu.

""Aziatskiy muzıkalnıy jurnal"da çap olunmuş Dərbəndli Fətəli xanın mahnısından savayı bütün not yazıları fortepianoda çalmaq üçün köçürülüb orijinal və tərcümə olunmuş mahnı mətnləri ilə bərabər verilmişdir. Azərbaycan mahnısı isə kamera ansamblının ifasında, yə'ni kvartet tərkibində (iki skripka, fleyta və iri tambur üçün) qeydə alınmışdır.

Not nümunəsində mahnının melodik quruluşu geniş improvizasiyalığına görə və ritmik cəhətdən zəngin olduğundan, görünür, not yazan üçün çətinliklər törətmiş və nəticədə melodiya arasıkəsilməyən axınla qeydə alınmışdır. Bu isə mahnının quruluşunu qavramaq üçün çətinlik törədir. Melodiyanın ardıcıllığında sezura aşkar göründüyü halda, xüsusilə mahnının birinci bölməsində əsas intonasiya-tematik özülünü saxlayan sonrakı inkişafdan dəqiq surətdə ayrılır. Melodiya intonasiya müxtəlifliyi, geniş diapazonu və ornamet bəzəkləri ilə də fərqlənir, bu da melodiyanın xalq musiqi yaradıcılığına xas olduğunu sübut edir.

Rus klassik orientalizmi özünə xas və fərqləndirici cəhətlərdən biri kimi geniş şöhrət tapmaqla yanaşı, eyni zamanda Rusiyanın bir sıra Şərq ölkələri ilə qədim tarixə malik ümumi əlaqələrinin ifadəsi idi. Bu əlaqələr XIX əsrdə xüsusilə fəallaşır. Həmin dövrdən başlayaraq milli mədəniyyətlərin qarşılıqlı əlaqəsi və zənginləşməsi, prosesin intensivləşməsi müşahidə olunur. Bu baxımdan E. Kann-Novikovanın XIX əsrin 20-ci illərində Azərbaycan xalq mahnılarından ibarət məcmuənin çapı haqqında verdiyi məlumat xüsusilə maraqlıdır. O yazır: "1820-ci ilin sonunda Peterburqda "Muğam" silsiləsindən olan mətnləri ilə bərabər 6 fars (yəni azərbaycan - Ə.İ.)1 mahnısı daxil olunmuş məcmuə..." çap olunmuşdur. Xalq müsiqisinin klassik nümunələri toplanmış bu məcmuədə adətən tarın və kamançanın müşayiəti ilə müğənnilər tərəfindən ifa olunan mahnılardan biri öz melodiyasına görə fars xorunun mövzusuna çox yaxındır2.

Azərbaycan folkloruna dərin marağı M. Lermontovun yaradıcılığında da izləmək olar. 1837-ci ildə Azərbaycanda olarkən şairin S. Rayevskiyə yazdığı məktubundan mə'lum olur ki, o Şuşada, Qubada və Şamaxıda olmuşdur və əsaslı surətdə folkloru və dili öyrənməyə meyl göstərmişdir. M. Lermontov Azərbaycan dilini öyrənilməsi barəsində qeyd edir ki, "bu dili öyrənməyə girişmişəm və ümumiyyətlə Asiyada həmin dil Avropada Fransız dili kimi zəruridir3. Təsadüfi deyil ki, onun bir sıra əsərləri və xüsusilə, "Aşıq Qərib" ağa, ana, oğlan, saz və s. kimi sözlərlə zəngindir.

Görkəmli rus yazıçı və şairləri A. Puşkin, L. Qriboyedov, M. Lermontov, L. Bestujev-Marlinski və başqalarının yaradıcılığında da Qafqaz mövzusu, onun mədəniyyəti, məişəti, adət-ən'ənələri mühüm yer tutmuşdur.

Qafqaz və ümumiyyətlə Şərq xalqları musiqisi rus musiqisinin dahi klassiki M. Qlinkanın diqqətini yaxından cəlb etmiş və müxtəlif janrlarda yaradılmış bir sıra əsərlərində4, xüsusilə onlardan ən maraqlısı olan "Ruslan və Lüdmila" operasında bunun yaradıcı ifadəsini izləmək mümkündür.

Qlinkanın Qafqaz və qonşu xalqların xalq yaradıcılığına olan marağı təsadüfi deyil. Əksinə, bu marağın ciddiliyi təəcüb doğurur, belə ki, bəstəkarın Blaqorodnı pansionda professor Cəfərdən (akademik Mustafa bəy Topçubaşovun atası) azərbaycan dilindən dərs alması, Şimalı Qafqazda olarkən xalq musiqisinə maraq göstərməsi, həmçinin A. Puşkinin və A. Qriboyedovun Qafqaz xalqlarının həyat və mədəniyyəti barədə söylədikləri mə'lumatlara diqqət yetirməsi buna gözəl misal ola bilər. Şərq folkloruna olan canlı maraq, 1829-cu ildə İran şahzadəsinin katibi Xosrov Mirzədən eşitdiyi melodiyanı (yə'ni "Qaladan qalaya mən gördüm onu") nota almağı və özünün "Ruslan və Lüdmila" operasında istifadə etməsi bunu bir daha təsdiq edir.

Bu mahnının geniş coğrafi ərazidə yayılması mə'lumdur. Belə ki, N. Dmitriadi bildirir ki, o bu mahnının 27 variantını müəyyən etmişdir və onların arasında 7-i Azərbaycan, 5-i özbək, 2-i Əlcazir, 2-isə fars variantıdır!)

Ğralın, Orta Asiyanın, Qafqazın xalq yaradıcılığının musiqi təəssüratları ilə sıx əlaqədar olan A. Alyabyevin yaradıcılığı da ciddi diqqət tələb edir. Hələ 1816-cı ildə o Qafqazda olarkən bir sıra xalq musiqi yaradıcılığı nümunələri toplamış və Qafqaz mövzusunda bir neçə əsər yaratmışdır. Bu baxımdan onun forbeiiano üçün

Asiya mahnılarından ibarət fransız kadrili" xüsusilə maraqlıdır5. Həmin əsərin bir sıra epizodları: "Gürcü qoqonisi", "Azərbaycan", "Tamaşa", "Bayazetskaya", "Kumık tamaşası", "Lezkinka" adlanır. Bizi çox maraqlandıran "Azərbaycan" və "Bayazetskaya" epizodlarıdır. Əyər birincidə Azərbaycan rəqs melodiyası "Tərəkəmə"nin intonasiyaları hiss olunursa, ikincidə xalq arasında geniş yayılmış "Qalanın dibində" mahnısından istifadə olunmuşdur.

Beləliklə, hələ keçən əsrin görkəmli rus bəstəkarları M. Qlinkanın, M. Balakirevin, A. Alyabyevin yaradıcılığında hazırda yaşamaqda olan Azərbaycan xalq mahnısının melodiyasından istifadə olunması ilə rastlaşırıq. Bununla əlaqədar olaraq belə bir qanuna uyğun sual meydana gəlir: bu sadə melodiya hansı səbəbə görə bu qədər diqqəti cəlb edib, rus musiqisi klassiklərinin dərin marağına səbəb olmuşdur.

Zənnimizcə, bunun səbəblərini ilk növbədə mahnının tək Qafqazda deyil, ümumiyyətlə Şərq xalqları arasında şöhrət tapması və, ikinci isə, melodiyanın və ritmik quruluşun sadəliyi cəhətdən Avropa musiqisi əsasında təhsil almış sənətkarlar üçün nota alınmağa bir çətinlik törətm ədiyi ilə uzah etmək olar.

XIX əsr rus musiqisində Şərq əksər hallarda artırılmış sekunda intonasiyası ilə əlaqələndirilirdi. Bu cəhət Qafqaz xalqlarının musiqisinə də xasdır. Rus bəstəkarlarının bir sıra əsərlərində sənətkarların Şərq musiqisinə xas olan melodik gəzişmələr, ritm və intonasiyalardan ustalıqla istifadə etməsi nəticəsində musiqi mövzularının öz mahiyyəti e'tibarilə Şərq mənşəli olması özünü biruzə verir.

1. Mahnının meydana gəlməsini tarix elmləri namizədi, görkəmli alim Q. Qasımov XVIII-əsrin ikinci yarısına, yə'ni Quba xanlığında Fətəli xanın hökmranlığı dövrünə aid edir. Bax. "Azərbaycan EA Xəbərləri, c. XII, ¹10.

2. Azərbaycan bir xalq kimi çoxdan formalaşsa da və onun dili orta əsrlərdə ümumədəbi mə'na kəsb etsə də, XVIII əsrdə və XIX əsrin əvvəllərində rus tarixşünaslığında azərbaycanlıları səhvən "fars", "türk", "müsəlman", "tatar", "azərbaycan tatarları", "qafqaz tatarları" adlandırmışlar. Bu baxımdan təbiətşünas V. Zubovu Qafqazda müşayiət edən Fridrix Marşall fon Biberşteynin (Biberşteyin özü Qafqaz üzrə inspektor idi) əsərini qeyd etmək maraqlıdır. Öz əsərinin dördüncü fəslində o ümumi şəkildə Qafqaz xalqlarının meydana gəlməsinə toxunur. Maraqlıdır ki, müəllif Qafqaz müsəlmanlarını "fars" və ya "tatar" hesab edənlərə öz e'tirazını bildirir. Öz fikrini sübuta yetirməkdən ötrü o, dil və din məsələlərinə toxunur və qeyd edir ki, hələ XVIII əsrdən başlayaraq Azərbaycanda fars və ərəb dilləri Azərbaycan dili ilə aradan çıxarılmışdır. (Bax: Kerimov E. A. Oçerki istorii etnoqrafii Azerbaydjana i russko-azerbaydjanskix etnoqrafiçeskix svyazey" adlı əsərinə. Bakı, 1985, s. 73).

3. Müəllif M. Qlinkanın "Ruslan və Lüdmila" operasından fars xorunu nəzərdə tutur və burada qədim Azərbaycan xalq mahnısı "Qaladan qalaya mən gördüm onu" istifadəsini qeyd edir.