Kocası tarafından dövülen kadın o kocanın koynuna bir daha nasıl girer hiç düşündünüz mü, yaşadınız mı, yaşattınız mı ya da yaşayanların yerine kendinizi koydunuz mu hiç ? Dayak yiyen kadınlar ne olursa olsun o dayağı asla unutmaz. Yüzde izi geçer de derler gönülde izi asla geçmez.. Şiddet uygulanan bir evde saadet ve mutluluk hiçbir zaman eski tadında olmaz. Aile içi şiddet gerek eşlerin birbirine duydukları sevgi ve saygıyı gerekse aile fertlerinin fiziksel ve ruhsal sağlığını ciddi

Bu konu 2017 kez görüntülendi 1 yorum aldı ...
dayak yiyen kadın eşinden soğuyor 2017 Reviews

    Konuyu değerlendir: dayak yiyen kadın eşinden soğuyor

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2017 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart dayak yiyen kadın eşinden soğuyor

    Kocası tarafından dövülen kadın o kocanın koynuna bir daha nasıl girer hiç düşündünüz mü, yaşadınız mı, yaşattınız mı ya da yaşayanların yerine kendinizi koydunuz mu hiç ? Dayak yiyen kadınlar ne olursa olsun o dayağı asla unutmaz. Yüzde izi geçer de derler gönülde izi asla geçmez..
    Şiddet uygulanan bir evde saadet ve mutluluk hiçbir zaman eski tadında olmaz.




    Aile içi şiddet gerek eşlerin birbirine duydukları sevgi ve saygıyı gerekse aile fertlerinin fiziksel ve ruhsal sağlığını ciddi bir şekilde zedeler.
    Araştırmalar, şiddetin hedefi olan kişilerde aşağıdaki tepkilerin doğduğunu gösteriyor:
    Aşırı korku, korktuğu zamanlarda başlayan titreme krizi, ani seslere karşı aşırı tepki, çarpıntı, öfke patlamaları,
    içten içe aşırı kızgınlık ve intikam alma isteği, ürkeklik, sessizlik, çekingenlik, uyku sorunları ve korkulu rüyalar görme, halsizlik, bitkinlik, baş dönmesi ve ayakta duramama, unutkanlık, umutsuzluk, çaresizlik duygusu,
    geleceğe yönelik plan yapamama, karar verme güçlüğü, aşırı mutsuzluk, yaşamdan zevk alamama, perdeleri açma korkusu, sokağa yalnız çıkamama, güvensizlik, kendini sevmeme, kendinde bir sorun olduğuna inanma veya her şey için başkalarını suçlama,
    düzgün cümleler kurmakta zorlanma, konuşurken göz iletişimi kuramama, donuk bakma, sık ağlama krizleri, suçluluk duyguları, şiddetle bağlantılı olarak kendini suçlama, duyguların ani değişimi, karışık duygular, uğradığı şiddeti gizleme ya da daha önemsiz gösterme.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: dayak yiyen kadın eşinden soğuyor

          Kategori: Bilinmesi Gerekenler

          Konuyu Baslatan: Emine

          Cevaplar: 1

          Görüntüleme: 2017


  2. #2
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    1002
    @Revane

    Standart

    Qadına əl qaldırmaq

    Almaniya məhkəməsi də şəriət hökmü verib
    “Rəbius sani ayının on beşi, sübh namazına üç saat qalmış şeytanın bu dünyaya gəldiyi gündür. Hər kim ki, həmin gün öz arvadını döyə, çox savab qazanar. Yox, əgər döyə-döyə öldürə, baaaaaaaah, elə bil ki, yüz kəniz azad eləmiş olar...”
    Bu sözləri yəqin “Ac həriflər” televiziya tamamşasına baxan hər kəs xatırlayır. Zərbalıdan yeməyə nələrsə qoparmaq üçün ağlına gələn tarixləri uyduran Dərvişin söylədikləridir bunlar. Bu gün də bir məsələ aktualdır. Kişi arvadını döyərsə, buna İslam dininin münasibəti necə olar?

    Arvad da ərini döyə bilər
    2008-ci ildə Almaniyanın Frankfurt-Mayn şəhərində qəribə bir məhkəmə prosesi keçirilmişdi. Müsəlman qadın ərinin onu döydüyünü əsas gətirərək məhkəməyə üz tutmuş, boşanmaq üçün qanunla müəyyən olunan vaxtın bitməsini gözləmədən məhkəmə hökmünün çıxarılmasını tələb etmişdi. Alman hakim bu iddianı qəbul etməyərək, Qurani-Kərimdə qadınların cəzalandırılmasını, ər-arvadın da müsəlman olduğunu bildirirək qadının tələbini yerinə yetirməmişdi.

    Qadına qarşı ailədə baş verən zorakılıqlar hər zaman mübahisə mövzusu olaraq qalır. Ərinin qadını döyə bilmək haqqının olub-olmadığının mübahisəsi ruhani alimlərə qədər çıxarılıb. Livanda yaşayan şiə ailimi Şeyx Məhəmməd Hüseyn Fəzlullah bir neçə il əvvəl namus cinayətlərinin iyrənc və rəzil bir hərəkət kimi dəyərləndirdi və belə fətfa verdi: “Əgər bir kişi arvadını döyərsə, qadının da eyni şəkildə əvəz çıxmaq haqqı meydana gələr, yəni döyülməyə qarşı döyülmək keçərlidir.”

    Hizbullaha ruhani liderlik edən Şeyx Fəzlullahın bu fətvası mübahisələrə səbəb oldu. Misirdəki əl-Əzhar Universitetinin əməkdaşı, ilahiyyatçı Suad Saleh verilən bu fətfada bəzi problemlərin olduğunu bildirdi. Suad Saley qeyd elədi ki, ailədə baş verən bu qarşılıqlı zorakılıqlar uşaqların tərbiyəsinə və davranışlarına ciddi zərbə vura bilər.

    İslam dini ailə və ailə üzvlərinin münasibətləri haqda nə deyir?
    İslam dini ailəyə böyük əhəmiyyət verir. Çünki ailə həm insanın rahatlıq tapdığı bir müəssisə, həm nəslin davamı üçün vəsilə, həm də insanı dinə görə günah sayılan müxtəlif pisliklərdən qoruyan bir qurumdur. Bu barədə ALLAHın Qurani-Kərimdə buyurduğu ayə belədir: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” (Rum surəsi, ayə 21) Cəmiyyətin əsasını və təməlini ailə təşkil edir. Bəşər sivilizasiyasında inkişaf etmiş nə qədər millət varsa, ailə ocağında gözəl tərbiyə görmüş fərdlərdən meydana gəlmişdir. Çünki millətlər bir çox ailənin birləşməsi ilə formalaşır. Dinimiz ailələrə və ailə üzvləri, qohumlarla münasibət və əlaqələrə böyük önəm verir. Ailə evlilik və nikahla formalaşır.

    Quranda döymək deyil, uzaqlaşmaq buyurulub?
    Mübahisəyə səbəb olan məsələ Qurani-Kərimdə ərinin öz arvadını döyə bilmək haqqının olub-olmaması ilə bağlıdır. Müqəddəs Kitabdakı Nisa surəsinin 34-cü ayəsinə istinad edən alimlərin ALLAH-Təalanın kişilərə öz arvadlarını döymək haqqının verdiyi fikir üzərində israr edirlər. Lakin bu ayənin təfsiri barədə İslam alimlərinin fikirləri müxtəlifdir. Çikako Universitetində islami elmləri tədris edən İran əsilli Lalə Bəxtiyar Qurani-Kərimin məallarında keçən “döymək” ifadəsinin düzgün çevrilmədiyini, əslində bu kəlməni “uzaqlaşmaq” kimi tərcümə olunmasının düzgün olduğunu bildirib. Lalə Bəxtiyarın baxışlarıan görə, ailədə birgə yaşamaq mümkün olmadıqda uzaqlaşmağın gərəkli olduğu ortaya çıxır. Əslində Qurani-Kərim ərin arvadını döyməsinə icazə vermir.

    Əl-Əzhar Universitetinin müəllimi Suad Salehin də fikirləri də amerikalı alimin düşüncələri ilə uyğunluq təşkil edir. Suad Saleh hesab edir ki, ərinə itaət etməyən qadınlardan yatağını ayırmaq, sonra onlardan uzaqlaşmaq ailədaxili problemlərin həllində ən düzgün variantlardandır. Ailə daxili mübahisə və problemlərinin həllinə baxış sisteminə diqqət edən alimlər ilk növbədə Hz.Məhəmmədin (s) ailə münasibətlərindən nümunə götürməyi tövsiyə edirlər. Hz. Peyğəmbərimiz (s) hər zaman ailəsinə qarşı mehriban davranmış və bu mənada ideal bir ailə modelini ortaya qoymuşdur.

    İslam dini qadınların da kişilər üzərində haqqı olduğunu irəli sürür. Bu məsələ Qurani-Kərimin məntiqi ilə aşkar olunur. ALLAH-Təala bu haqqı qadınlara tanıyaraq buyurur: “(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır” (Bəqərə surəsi, ayə 228).

    Ailənin rəisi kimdir?
    Yenə mübahisə doğuran məsələ kimi kişinin “ailə rəisi” kimi göstərilməsidir. Quran hikmətinə görə, ayələrin bəzilərində insanlar arasında ən üstün olanın günahlardan daha çox qorunan - təqvalı olan kəslərdir. Əgər insanların biri o birindən üstün deyilsə, onda ailə rəisliyi niyə kişiyə verilib? Ayələrin təfsirini verən alimlər bunlardan birinin ilahi hikmət, o birinin isə sosial məsuliyyət olduğunu göstərirlər. Qadın və kişi insan olduqları baxımından bir-birindən yalnız günahlardan qorunması ilə üstündürlər, əks halda ALLAH insanlara başqa üstünlük vermir. O biri ayədə isə kişinin öz ailəsini sosial, iqtisadi və s. baxımından təmin edə biləcək məsuliyyətə şərik edilib.

    Beləliklə, ailə daxili zorakılıqları pisləyən dinimiz bu modelin qorunması üçün bütün hikmətləri ortaya qoyur. Ailə modelinin dağılması cəmiyyətdə əxlaqın aşınmasına yol açır. Ailədə və cəmiyyətdə əxlaqlı olmağın insanın ən gözəl sifəti olduğuna qiqqət çəkən Hz. Peyğəmbərimiz (s) buyurur: “Möminlərin iman baxımından ən mükəmməli əxlaqı ən gözəl olanıdır. Sizin ən xeyirlinzi də xanımlarına qarşı əxlaq baxımından xeyirli olanınızdır” (Tirmizi, Rada. 3-cü cild, səh. 457).


    Siz necə düşünürsüz qadına əl qaldırmaq olarmı?
    Əgər bir qadın öz həyat yoldaşının sözündən dəfələrlə çıxıb, bir qadın kimi öz vəzifəzinə
    əməl etmərsə bu halda kişinin qadına əl qaldırmağı nə dərəcədə düzgündür ????

    YORUMLARINIZI BEKLİYORUZ LÜTFEN BU KONU OLDUKCA BİZ BAYANLAR İÇİN ÇOK ÖNEMLİ BU YÜZDEN YORUMLARINIZI ÖZELİKLE BEKLİYORUZ TEŞEHKKÜRLER ŞİMDİDİEN

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş