PDA

Orijinalini görmek için tıklayınız : cavablarini verdik



K_H-zade
26.08.11, 13:51
13 yaşlı qarabağlı qız 13 yaşlı erməni qızın cavabını verdi


Aydan Tağızadə: “O qız bizim evimizdə yaşayır deyə elə bilməsin ki, bu torpaqlar onlarındır”
Bakı ətrafındakı qaçqın qəsəbəsində yaşayan məktəbli qız valideynlərinin xatirələri və şəkillər əsasında Şuşadan, erməni vəhşiliklərindən danışır

Qarabağdan olan 13 yaşlı erməni qızı Adelina Avaqimyanın Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubla bağlı polemikalar davam edir. Xatırladaq ki, həmin məktubda Qarabağın “qədim erməni torpaqları olduğu” deyilirdi. A.Avaqimyan Azərbaycan prezidentindən soruşurdu ki, niyə onları müharibə ilə hədələyir. Bu məktuba Azərbaycan Prezident Administrasiyası cavab göndərib, erməni qızına onun dədə-babalarının indi yaşadıqları torpaqlara vaxtilə qonaq kimi necə gəldikləri xatırladılıb.

Həmçinin bildirilib ki, Azərbaycan dövləti onun vətəndaşlığını qəbul etməyə hazır olan Qarabağ ermənilərinin təhlükəsiz yaşayışını təmin etməyə hazırdır. Cavabda Dağlıq Qarabağın işğalının bu bölgəyə hansı itkilər hesabına başa gəldiyini öz gözləri ilə görmək üçün A.Avaqimyan valideynləri ilə birlikdə Bakını, digər şəhərləri gəzib Azərbaycanın inkişafına baxmağa da dəvət olunub. Aydındır ki, ermənilər 13 yaşlı qızın adından bu cür məktub yazmaqla əslində təbliğat gedişi etmək istəyirdilər. Lakin Bakının bu məktuba tolerant cavabı ermənilərin planlarını pozub.


***


Biz də erməni qızına onun əslən Dağlıq Qarabağdan olan azərbaycanlı həmyaşıdının cavabını dinləmək istədik. Avaqimyana cavab verməyə 13 yaşlı qız axtarışı ilə Bakı ətrafında Şuşa və Malıbəyli qaçqınları üçün inşa edilmiş qəsəbəyə yollandıq. Qəsəbədə fəaliyyət göstərən Şuşa Musiqi Məktəbində olduq, məqsədimizi danışdıq. Məktəbdə ideyamızı bəyəndilər, qəsəbə icra nümayəndəliyininin köməyi ilə öz qəhrəmanımızı- əslən Malıbəylidən olan 13 yaşlı Aydan Tağızadəni seçdik. Onun yaşadığı ünvana yollandıq.

ZEHLEKAR
28.08.11, 00:10
paylsm icin tsklr