Azərbaycan musiqisi - Azərbaycan mədəniyyətinin bir qolu olub, Azərbaycan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılmış müxtəlif janrlı musiqi. Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçmişdir. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Çox qədim zamanlardan – Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) – başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər, çobanların tütəkdə

Bu konu 1912 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan Musiqisi 1912 Reviews

    Konuyu değerlendir: Azərbaycan Musiqisi

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1912 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    129
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Azərbaycan Musiqisi

    Azərbaycan musiqisi - Azərbaycan mədəniyyətinin bir qolu olub, Azərbaycan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılmış müxtəlif janrlı musiqi. Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçmişdir. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Çox qədim zamanlardan – Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) – başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər, çobanların tütəkdə çaldığı havalar səslənir.


    [redaktə / تحریر] Muğam ustaları

    Azərbaycanın musiqi yaradıcılığı nəsildən-nəslə ötürülərək inkişaf etmiş, təkmilləşmiş, həyat dairəsi genişlənmiş, yeni-yeni janrları mənimsəmiş və zənginləşmişdir. Keçmişin klassik musiqi sərvəti olan muğamlar milli musiqi mədəniyyətimizin əhəmiyyətli bir hissəsini təşkil edir. Xanəndələr və sazəndələrin yaradıcılığında zəngin klassik irsimiz olan muğamlar inkişaf edərək bu gün yüksək nümunələri ilə yaşayır.

    Azərbaycan musiqi sənəti tarixinə çoxlu görkəmli muğam ustaları – ifaçılar daxildir. Onlar XIX əsrin görkəmli incəsənət ustalarından Səttar, Hacı Hüsü – şöhrət qazanmış, muğam məktəbi yaratmışlar. XIX əsrin görkəmli incəsənət ustalarından Səttarın, Hacı Hüsünün, Məşədi İsinin, Ələsgər Şirinin, tarzən Sadıqcanın və b.-nın, əsrimizin əvvəllərində isə Cabbar Qaryağdıoğlunun, Məşədi Cəmil Əmirovun, Seyid Şuşinskinin, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev və b. adların xüsusi qeyd olunmalıdır.


    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]

    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]

    Şəkidə muğam festivalı zamanı ifa olunan Azərbaycan milli rəqsi



    Xan Şuşinski, Zülfü Adıgözəlov, Haşım Kələntərli, Hüseynqulu Sarabski, Həqiqət Rzayeva, Sürəyya Qacar, Fatma Muxtarova və başqaları XX əsrin əvvəllərində yaranmış məşhur müğənnilərdir. Bu dövrdə muğam üzrə instrumental ifaçılardan Qurban Pirimov, Mənsur Mənsurov, Əhməd Bakıxanov, Bəhram Mənsurov və b.-nın adları da şöhrət qazanmışdır.

    [redaktə / تحریر] Azərbaycan klassik musiqisi

    XX əsr Azərbaycan musiqisinin tarixində mühüm, əlamətdar bir mərhələdir. Məhz bu dövrdə ölkəmizdə yüksək peşəkarlığı ilə, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi yaranmışdır. Azərbaycan musiqisi dünya professional musiqi mədəniyyətinin ümumi sisteminə qovuşur, Azərbaycan bəstəkarları və ifaçıları dünya musisinin səviyyəsinə qalxmışlar. Yeni təmayüllərlə yanaşı, milli musiqimizin çoxəsrlik tarixi ilə bağlı püxtələşmiş janr və formaları, eləcə də xalq çalğı alətlərimiz xüsusi qayğı ilə qorunub saxlanılır. Bizə mirsa qalmış bu zəngin xəzinə XX əsr Azərbaycan musiqisinin bünövrəsi, onun müxtəlif sahələrini qidalandıran bir örnəkdir.

    Dahi bəstəkarımız, professional klassik musiqimizin banisi Üzeyir Hacıbəyovun 1908-ci ildə yanvarın 8(25)-də tamaşaya qoyulmuş “Leyli və Məcnun” muğam operası milli opera sənətinin və Azərbaycanın bütün professional bəstəkarlıq yaradıcılığının inkişafının əsasını qoydu. “Leyli və Məcnun” operası təkcə Azərbaycanda deyil, ümumən bütün müsəlman Şərqində ilk opera idi. Üzeyir Hacıbəyov isə (1885-1948) tariximizə Azərbaycan musiqi mədəniyyətinin klassiki, onun yeni mərhələsinə təkan vermiş, milli musiqi ənənələrini Avropa musiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirmiş dahi sənətkar kimi daxil olmuşdur. Azərbaycan professional musiqi yaradıcılığının təşəkkülü və inkişafı – bir çox janrların meydana gəlməsi və tıkamülü, bir sıra professional kollektivlərin yaranması Üzeyir Hacıbəyovun adı ilə bağlıdır.

    30-cu illərin sonu, 40-cı illərin əvvəllərində Azərbaycan musiqisində yeni bəstəkarlar nəsli yetişir. Yaradıcılıq axtarışlarının diapazonu genişlənir, yeni janrlar, yeni təmayüllər meydana gəlir. Avropa musiqisinin aparıcı təmayülləri – neoklassizm, dodekafoniya, seriya texnikası milli zəmində işlənməsi maraqlı sənət tapıntıları ilə nəticələnir. Ən başlıcası isə odur ki, Azərbaycan musiqisi artıq ölkə hüdudlarından çox-çox kənarlarda, beynəlxalq miqyasda da geniş şöhrət qazanır. Belə böyük uğurlar ilk növbədə üç dahi sənətkarın – Qara Qarayev (1918-1982), Fikrət Əmirov (1922-1984) və Niyazinin (1912-1984) yaradıcılıq axtarışları ilə bağlıdır. Onların əsərləri dünyanın bir çox ölkələrində səsləndirilmiş, disklərə yazılmış və mükafatlara layiq görülmüşlər. “Cəvahirləl Nehru”, “Bela Bartok adına medal” və bir sıra beynəlxalq mükafatlara layiq görülən Niyazi dövrümüzün böyük dirijorları sırasına daxildir.

    30-40-cı illərdə Azərbaycan musiqisində Səid Rüstəmov (1907-1983) və Tofiq Quliyev (1917-2000) kimi mahir mahnı ustaları meydana gəlir. S. Rüstəmov “Alagöz”, “Qurban adına”, “Gəlmədin”, “Sürəyya”, “Oxu tar” və s. gözəl mahnıları, “Beşmanatlıq gəlin”, “Durna”, “Rəisin arvadı” musiqili komediyaları kimi əsərlər yaratmışdır. T. Quliyevin Azərbaycan xalq musiqisi ənənələrindən, habelə Avropanın estrada və caz musiqisindən qidalanmış – “Sənə də qalmaz”, “Qızıl üzük”, “Bəxtəvər oldum”, “Bakı haqqında mahnı”, “Zübeydə” və s. populyar mahnıları Azərbaycan musiqisinin mahnı yaradıcılığında gözəl nümunələrdir.

    [redaktə / تحریر] Azərbaycan xor musiqisi

    Azərbaycan musiqisində xor musiqisinin də öz inkişaf mərhələsi və gözəl əsər nümunələri mövcuddur. Xor musiqisinin inkişafında əhəmiyyətli rol oynamış Cahangir Cahangirov (1921-1992) “Arazın o tayında” vokal-simfonik poemasının, “Füzuli” və “Nəsimi” kantatalarının, “Sabir” və “Hüseyn Cavid-59” oratoriyalarının müəllifidir. O, həmçinin “Azad” və “Xanəndənin taleyi” operaları, dram tamaşaları, kinofilmlərə musiqi, müxtəlif instrumental əsərlər bəstələmişdir.

    [redaktə / تحریر] Azərbaycan operettaları

    Süleyman Ələsgərov (1924-2000) ilk növbədə “Ülduz”, “Milyonçunun dilənçi oğlu” və digər operettaların müəllifi kimi tanınır. S. Ələsgərov “Sərvi-Xuramanım mənim”, “Vətənimdir”, “Neylərəm” kimi gözəl mahnı və romansların, “Bayatı-Şiraz” simfonik muğamın və b. əsərlərin müəllifidir.

    [redaktə / تحریر] Azərbaycan musiqisində ifaçılıq məktəbi

    Azərbaycan musiqisində ifaçılıq məktəbi də xüsusi yer tutur. Milli musiqimizdə klassik opera ifaçılıq məktəbinin baniləri Şövkət Məmmədova və Bülbüldür (Murtuza Məmmədov). Şövkət Məmmədova (1897-1981) milli opera səhnəmizdə çıxış edən ilk qadın müğənni olmuşdur. Bülbül (1897-1961) sənətinin möcüzəsi onun milli vokal üslubunun italyan vokal ənənələri ilə üzvi surətdə birləşməsidir. Azərbaycan vokal məktəbinin şanlı yetirmələri sırasında Firəngiz Əhmədova, Fatma Muxtarov
    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]
    , Lütfiyar İmanov, Şövkət Ələkbərova, Rəşid Behbudovun adları vokal sənəti tarixində, Həqiqət Rzayeva, Rübabə Muradova, Zeynəb Xanlarova muğam ifaçılığında layiqli yer tuturlar. Müasir Azərbaycan opera sənətinin ən parlaq nümayəndələri Fidan Qasımova və Xuraman Qasımova acılarıdır.

    [redaktə / تحریر] Azərbaycan instrumental ifaçılıq sənəti

    Milli mədəniyyətimizdə instrumental ifaçılıq sahəsində də parlaq nümayəndələr yetişmişdir. Azərbaycan fortepiano məktəbinin ən parlaq ulduz bir neçə beynəlxalq müsabiqələrin laureatı Fərhad Bədəlbəylidir. Azərbaycan musiqisində görkəmli yer tutmuş pianoçu Kövkəb Səfərəliyevadan (1907-1976) gələn ənənəni davam etdirmiş milli fortepiano ifaçılığının digər nümayəndələri sırasında Rauf Atakişiyev, Elmira Nəzirova, Elmira Səfərova, Simuzər Quliyeva, Zöhrab Adıgözəlzadə, gənclərdən Murad Adıgözəlzadə və b. istedadlı musiqiçiləri göstərmək olar.

    Azərbaycanda skripka ifaçılığının mahir nümayəndələri sırasında isə Azad Əliyev, Sərvər Qəniyev kimi ifaçılar nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda da fəxri yerlər tutmuşlar.


    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan Musiqisi

          Kategori: Azerbaycan Müzik Adamları

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 1912

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş